Zaqatala rayonu tarixi simasını saxlamaqla müasirləşir, inkişaf edir
09.07.2010 [08:00]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonunda səfərdə olub.
ölkənin bütün regionları kimi, Zaqatala da özünün yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb.
Dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə Zaqatalaya bir neçə dəfə səfər etməsi rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub. ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2009-cu ildə 4,1 dəfə, sənaye məhsulunun həcmi 2,3 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 20,5 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 15,7 dəfə artıb. Sosial və istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi Zaqatalada işsizliyin səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərib. 2003-cü ildən başlayaraq 2010-cu ilin birinci rübünə qədər Zaqatalada 7805-i daimi olmaqla, 12190 yeni iş yeri açılıb. Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində olub, son bir neçə ildə 7 tibb məntəqəsi tikilib, mərkəzi rayon xəstəxanasının və 2 kənd sahə xəstəxanasının binaları əsaslı təmir edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər birində 240 şagird yeri olan üç kənd orta məktəb binası, digər mənbələr hesabına isə 10 yeni məktəb binası tikilib. Zaqatalanın qaz və elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində də mühüm tədbirlər görülüb.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Dövlətimizin başçısına məlumat verilib ki, Ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında abadlıq işləri görülüb. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, fəvvarələr yenidən qurulub, yaşıllıq zolağı genişləndirilib.
Prezident İlham Əliyev Zaqatala süd emalı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Bildirilib ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılıb. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri var. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.
Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarla sakin işlə təmin olunub.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib.
Dövlətimizin başçısı müəssisənin istehsalı olan məhsulların dadına baxıb.
Prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində “İntertobakko” MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Bildirilib ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulub. Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcək.
Prezident İlham Əliyev müəssisəni işə salıb.
Məlumat verilib ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan bu zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaq. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə “İntertobako”nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılıb. Burada emal olunan tütün əsasən “Virciniya”, qismən də “Berley” sortudur.
Dövlətimizin başçısı müəssisədə emal olunmuş tütün növlərinə baxıb, kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Prezident İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə də tanış olub. Foyedə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına qayğısını əks etdirən fotoguşə yaradılıb. Məlumat verilib ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir.
Binanın qarşısında geniş abadlıq işləri görülüb, Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulub. üçmərtəbəli binanın ümumi sahəsi min kvadratmetrə yaxındır. Birinci mərtəbədə inzibati otaqlar yerləşir. Müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 250 nəfərlik akt zalı ikinci mərtəbədə yerləşir. Burada səsyazma və avtomatik idarəetmə otaqları var. Zal müasir işıqlandırma sistemi ilə təchiz olunub. üçüncü mərtəbədə də müxtəlif təyinatlı otaqlar yerləşir. Məlumat verilib ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstərir.
Prezident İlham Əliyev Mədəniyyət evinin qarşısında Azərbaycan mədəniyyətinin tanınmış simalarının büstləri qoyulmuş sahəyə baxıb, habelə yaxınlıqda müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış olub. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayon sakinlərini salamlayaraq deyib: “Mən sizi ürəkdən salamlayıram, Zaqatalada olmağımdan çox məmnunam. Birinci dəfə deyildir ki, mən Zaqataladayam. Bu, mənim son illər ərzində Zaqatalaya üçüncü səfərimdir və hər dəfə burada olanda yenilikləri, inkişafı görəndə çox sevinirəm. Bu gün də Zaqatala rayonunun gələcək inkişafı üçün çox əlamətdar bir gündür. Rayonda çox müasir iki yeni sənaye müəssisəsi işə başlamışdır. Hər biri dünya standartları səviyyəsində qurulubdur. Bu gün həm süd, həm tütün zavodunun açılışında iştirak edərkən gördüm ki, burada rayonun inkişafı üçün çox böyük və vacib məsələlər öz həllini tapır. Tütün zavodunun yaradılması əslində Azərbaycanda müasir tütün sənayesinin yaranması deməkdir. Biz bu gözəl ənənələri bərpa edirik və rayonun inkişafı, sənaye potensialının gücləndirilməsi üçün bunun çox böyük mənası vardır. Süd zavodu da müasir standartlara cavab verir. Bu, həm iş yerlərinin açılmasıdır, həm yerli istehsalın yaradılmasıdır, həm də rayonun inkişafıdır. Yəni bütün bu işlər bir daha onu göstərir ki, rayon dinamik şəkildə inkişaf edir, işlər burada müsbət istiqamətdə davam edir və həm rayonun iqtisadi, sənaye potensialı artır, eyni zamanda, görkəmi gözəlləşir. Zaqatala tarixi şəhərdir. çox gözəl şəhərdir. Zaqatalanın tarixi simasını saxlamaqla bu gün burada aparılan müasir işlər əlbəttə ki, yeni infrastrukturun yaranmasına xidmət göstərir. Siz - burada yaşayanlar bütün bu işlərin fəal iştirakçılarısınız. Bütün bu işlərdə fəal iştirak edirsiniz və ümumiyyətlə, bu bölgənin gələcək inkişafı Azərbaycanın potensialını böyük dərəcədə gücləndirəcəkdir. Bu bölgəyə xüsusi diqqət göstərilir. Bildiyiniz kimi, keçən dəfə mən burada olarkən Zaqatalanın inkişafı üçün vacib obyektlərin açılışında iştirak etmişdim. Olimpiya Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, mehmanxana yaradılmışdır. Yəni, burada bütün başqa sahələrdə işlər görülür ki, insanların rahatlığı üçün şərait yaradılsın. İş yerləri, sosial obyektlər, səhiyyə, təhsil, mədəniyyət müəssisələri açılır. Bu gün mədəniyyət mərkəzinin təmirdən sonra açılışında iştirak etmişəm. Bu da çox gözəl hadisədir. Beləliklə, bu bölgənin gələcək inkişafı təmin ediləcəkdir. çünki biz elə etməliyik ki, Azərbaycanın hər bir bölgəsi özünə xas olan sənaye sahəsində maksimum səmərə ilə lazımi səviyyəyə çatsın. Bu bölgənin öz xüsusiyyətləri vardır. Keçən dəfə mən burada olarkən bölgənin, burada turizmin inkişafı üçün böyük əhəmiyyəti olan aeroportun açılışını qeyd etdik. Düzdür, müəyyən müddətdən sonra uçuşlar dayandırıldı və mənə verilən məlumata görə, ona görə ki, sərnişin axını o qədər də güclü deyildi. Ancaq mən bu gün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verdim ki, yaxın zamanlarda Bakı-Zaqatala xəttində təyyarə uçuşlarını bərpa etsin. Biz insanlar üçün əlavə imkanlar yaratmalıyıq. çünki təyyarə ilə gəlmək daha da rahatdır. Düzdür, əminəm ki, Bakı-Zaqatala-Balakən sərhəd avtomobil yolu da əsaslı təmirdən sonra yaxın zamanlarda istifadəyə veriləcəkdir. Yolun bir hissəsi artıq hazırdır. Ancaq hava nəqliyyatının öz üstünlüyü vardır və bu, gələcəkdə Zaqatalanın, ətraf rayonların turizm imkanlarının genişləndirilməsi üçün şərait yaradacaqdır. Hər bir bölgə, hər bir rayon çalışmalıdır ki, öz daxili resursları hesabına iqtisadi və sənaye potensialını gücləndirsin. Düzdür, Azərbaycan dövləti və hökuməti fəaliyyətini hər bir bölgə üzrə konkret plan, konkret proqram əsasında qurubdur. Hər bir bölgəyə dövlət büdcəsindən subsidiyalar, dotasiyalar verilir və bu, belə də olmalıdır. Amma biz elə etməliyik ki, rayonların sənaye və iqtisadi potensialından maksimum şəkildə istifadə edək. Zaqatalanın bu sahədə imkanları genişdir - gözəl təbiəti, iqlimi, turizm imkanları, kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait vardır. Biz elə etməliyik ki, bütün lazımi imkanları yaradaq. Bilirsiniz ki, kənd təsərrüfatının inkişafı, fermerlərin, sahibkarların fəaliyyəti üçün lazımi tədbirlər görülür, kreditlər, subsidiyalar, texnika verilir, sosial sahə xüsusi diqqət mərkəzindədir. Beləliklə, ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir. O gələcək inkişaf ki, bu gün bunun əsası qoyulur. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr deyə bilərəm ki, dünya miqyasında xüsusi yerə malikdir. Biz dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkəyik. Hətta bu il, keçən il - dünyada böhran illəri kimi tarixdə qalacaq bu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bütün sosial proqramlar, infrastruktur layihələri icra olunur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün bütün lazımi tədbirlər nəzərdə tutulub. Büdcəmiz artır. Dünyada böhran nəticəsində bir çox ölkələrdə büdcə yerinə yetirilmir və kəsir yaranır. Biz isə əksinə, büdcədə dürüstləşmə etdik və əlavə böyük vəsait ayırdıq ki, ölkə qarşısında təxirəsalınmaz, yəni vacib olan məsələlər tezliklə öz həllini tapsın.
Bu gün Zaqatalada gördüklərim məni ürəkdən sevindirir. Mən çox şadam ki, rayon çox dinamik inkişaf edir və hər şey burada yüksək səviyyədədir. Arzum odur ki, daha da yaxşı olsun və əlbəttə ki, buna nail olmaq üçün bu il və gələn illərdə Zaqatalanın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görüləcək və yardımlar ediləcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və sizə xoş arzularımı bildirirəm”.
Zaqatala rayonunun sakini Sona Qazıyeva dövlətimizin başçısına müraciətlə deyib ki, zaqatalalılar həmişə dövlətçiliyə sadiq olublar: “Cənab Prezident, Siz rayonumuzun iqtisadiyyatının inkişafına böyük qayğı ilə yanaşırsınız. Bu gün Siz yeni müəssisələrin açılışını etmisiniz. Bu, hər bir zaqatalalı üçün yeni iş yeri, maddi rifah halının yaxşılaşdırılması deməkdir. Bunun üçün Sizə çox böyük təşəkkür edirik. Eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma incəsənətimizin, mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə təşəkkürümüzü bildiririk”.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Qaladüzü pilləkənləri adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri ilə də tanış olub. Burada dövlətimizin başçısına bütövlükdə rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verilib.
Bununla da dövlətimizin başçısının Zaqatalaya səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

