/ / Onların hulqumu yoxdu, burda deyəcəm, qaçıb meydanlarda qışqıracaqlar, bu sayaq işlər isə qışqırmağı yox, iş görməyi sevir...
Onların hulqumu yoxdu, burda deyəcəm, qaçıb meydanlarda qışqıracaqlar, bu sayaq işlər isə qışqırmağı yox, iş görməyi sevir...
12.12.2021 [14:34]
“Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Yeni Azərbaycan"a danışır
1992 - ci il sentyabrın əvvəlləri idi. Naxçıvan televiziyasında " Azərbaycanda çoxpartiyalılıq problemləri" mövzusunda ilk dəfə politoloq kimi yarım saat çıxış etdim. Mövzunu özüm təyin etmişdim, televiziyanın o zamankı sədri şair Elman Həbiblə dostluq edirdik . İndi dünyasını dəyişib, nur içində yatsın. Bir gün dedim ay Elman, AXC hərəkat olduğu üçün gec - tez dağılacaq , ondan sonra Azərbaycanın partiyalaşma dövrü başlayacaq, dünyada belə olub. Bir var ki, partiyaları Heydər Əliyev kimi təcrübəli, intellektli şəxsiyyətlər yaratsın, bir də var həvəskarlar və ya "uşaq- muşaqlar" yaratsın. Bəlkə çoxpartiyalılığın problemləri ilə bağlı verilişlər edək? Çox bəyəndi və ilk çıxışıma qərar verdik...
YAP hələ təsis edilməmişdi.Təbii ki, çıxışda Heydər Əliyevə xüsusi yer verilmişdi. Əsas tezis bu idi ki, Heydər Əliyev kimi dünyəvi tanınmış siyasətçinin siyasi təqib olunması Azərbaycanda həqiqi güclü partiyaların yaranma prisesini ləngidəcək, olsa - olsa adi adamların üzərində "karlik partiyalar" yaranacaq. Bir neçə partiya artıq yaranmışdı... Çıxışımın ertəsi gün həmişəki kimi gəldim işə, Naxçıvan Dövlət Universitetində işləyirdim. Heydər Əliyevə çox yaxın bir nəfər mənə dedi ki, kişi sənin axşamkı çıxışından çox təsirlənib, deyib mən onların kəndində 30- cu illərdə işləmişəm, öyrənin, o kənddən tanıdığım adamlar var, bəlkə tanıdığım hansısa ailənin övladıdı... Doğrudan da həmin gün məni Heydər Əliyevin qəbuluna apardılar. Çox maraqlı idi. Heydər Əliyevin kim olduğunu üz- üzə görmək ... Mən təbii ki, çox az danışırdım, nə deyə bilərdim ki, onu təəccübləndirim, onu daha çox dinləmək istəyirdim, xüsusən də Qarabağ necə olacaq, onu bizə qaytaracaqlar ya yox , bu kimi suallar. Mənim televiziya çıxışımı çox təriflədi, belə obyektiv və cəsarətli çıxışlara ehtiyac olduğunu vurğuladı, haranı, necə qurtardığımı, valideynlərimi soruşdu, elmi işi də davam etdirdiyimi təqdir elədi və Azərbaycanın indi mənim kimilərə çox ehtiyacı olduğunu dedi və sair... Təbii ki, mən çox sevinmişdim . Çoxlarına əlçatmaz olan Heydər Əliyevlə söhbət eləmək, üstəlik onun tərifini də qazanmaq az iş deyildi ki...
Çox maraqlı şeylər danışdı. Dedim Heydər Əliyeviç, bu cəbhəçiləri çağırıb onlara bir çox şeyləri başa salmaq olmaz? Dedim axı onlar siyasəti "yazma, oxuma , eşitmə" üsulu ilə öyrəniblər, ancaq siz içində olmusunuz, görmüsünüz. Bu sözüm çox xoşuna gəldi, güldü və dedi onların hulqumu yoxdu, burda deyəcəm, qaçıb meydanlarda qışqıracaqlar, bu sayaq işlər isə qışqırmağı yox, iş görməyi sevir...
Yeri gəlmişkən , Heydər Əliyevin qəbul otağında ilk dəfə rəhmətlik Fəttah Heydərovla tanış oldum. Dedi axşam televiziyada çıxışına böyük məmuniyyətlə baxdım, həzz aldım, sənin cəsarətinə heyran oldum, bu kişinin Azərbaycana qənimət olduğuna dəyər verən hər kəs mənim üçün doğmadır, sözün - sovun olsa, de və sair. Ancaq qismətdən , bir- iki təsadüfü rastlaşmalar nəzərə alınmasa, Fəttah müəllimlə heç vaxt görüşmədik...
Gərək olanda Heydər Əliyev məni həmişə qəbul edirdi. Mənimlə bağlı köməkçilərə oxşayırdı ki, nəsə demişdi. Universitetdə işləməklə yanaşı Naxçıvan televiziyasında həftədə bir dəfə siyasi icmalla çıxış edirdim. Bir gün qəbuluna gedəndə masanın üstündə açıq vəziyyətdə "İki sahil" qəzetini gördüm, həmin gün bu qəzetdə böyük yazım çıxmışdı, adı dəqiq yadımdadı - "Bu dəfəki mübarizənin hədəfləri mitinq, meydan qəhrəmanları olacaq". Başlıq böyük şriftlərlə verildiyi üçün gördüm mənim yazım olan səhifədi, oxuyub və bir yerini böyük qara dairəyə alıb. Mən tutdum ki, həmin dairə məqalənin onunla bağlı yeridir. ....Getmək vaxtı olanda hiss etdi ki, mən hələ qalxmaq istəmirəm. Dedi bir başqa sözün var? Dedim bəli, o qəzeti mənə verərsiz? Güldü, dedi sənin məqalən olan qəzetdi, onu özün də tapa bilərsən. Dedim başqa qəzetlərdə Sizin qeydiniz yoxdu axı. Xoşuna gəldi, gülümsədi və məqaləm çıxan qəzeti mənə uzatdı...
Sonralar məni YAP- ın Naxçıvan şəhər təşkilatının sədr müavini seçdilər, o qəzeti arxivimdə saxlayırdım. Şəhər təşkilatında bir gün guşə yaratmaq istədilər, həmin qəzeti məndən istədilər, verdim və indi kimdə olub - olmadığını bilmirəm...
Heydər Əliyev həqiqətən unikal və universal şıxsiyyət idi.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

