Böyük Qayıdış: Azərbaycan gücünü dünyaya bir daha nümayiş etdirir
22.12.2021 [11:31]
Beynəlxalq və regional nəqliyyat-logistika dəhlizləri Azərbaycanın inkişafına böyük təkan verəcək
M.ABDULLAYEV
Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqlara və gələcəyə hesablanan strategiyası sayəsində Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğal faktına, ədalətsizliyə son qoydu və özünün ərazi bütövlüyünü təmin etdi. Müharibənin nəticəsi olaraq regionun beynəlxalq statusu dəyişib və bölgədə yerləşən ölkələrin inkişafı üçün yeni imkanlar açılıb. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Gündəliyin əsas məsələsi...
Müharibə böyük xərc, maliyyə itkiləri deməkdir. Qalib Azərbaycan isə müharibənin başa çatmasından dərhal sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı planlarını reallaşdırmağa başladı. Söhbət 10 min kvadratkilometrədək ərazilərin bərpasından gedir. Burada hər şey - yaşayış evləri, tarixi mədəni-dini abidələr tamamilə dağıdılıb, ekologiyamıza böyük ziyan vurulub, təbii sərvətlərimiz talanıb. Postkonflikt mərhələsində bütün bu fəsadların aradan qaldırılması, ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin olunması ölkəmizin gündəliyinin mərkəzində dayanır. Müharibənin başa çatmasından də?hal sonra genişmiqyaslı bərpa işlərinə başlanılması dövlətimizin, xalqımızın işğaldan azad edilmiş ərazilərə bağlılığını göstərir. Üç onillik dövrü əhatə edən işğal faktı bizi doğma torpaqlarımıza həsrət qoymuşdu. Bütün bu illər ərzində hər bir azərbaycanlı torpaq, yurd yerləri həsrətinə nə vaxt son qoyulacağını gözləyirdi. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir. Belə böyükmiqyaslı işləri yalnız Azərbaycan kimi qüdrətli dövlət həyata keçirməyə qadirdir.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında donorların köməyinə ümid bəsləmir. Respublikamız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri infrastrukturun qurulması işləri müxtəlif istiqamətləri əhatə edir. Füzulidə, Laçında və Zəngilanda olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası (onlardan biri artıq fəaliyyətə başlayıb), yüz kilometrlərlə uzanan dəmir yollarının inşası regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Artıq Füzuli istiqamətindən Şuşaya çəkilən Zəfər yolu istifadəyə verilib. Regionda elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su layihələri, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəbin, xəstəxananın, idman komplekslərinin, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış hədəfi çərçivəsində reallaşdırılacaq.
Qarabağ “yaşıl enerji” zonasına çevrilir
İşğaldan azad olunmuş ərazilər su və elektrik enerjisi potensialı ilə zəngin olan bir diyardır. Azərbaycan bu potensialdan səmərəli istifadə etmək üçün həmin ərazilərdə çoxsaylı layihələrin icrasını planlaşdırır. O cümlədən işğaldan təmizlənən ərazilərə Böyük Qayıdış planına uyğun olaraq düşmən tərəfindən dağıdılmış stansiyaların yenidən qurulması gündəlikdədir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə növbəti səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Oktyabrın 3-də isə Prezident İlham Əliyevin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Hazırda bir neçə digər stansiyanın yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaq. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. İcrası nəzərdə tutulan layihələr çox böyük perspektivə malikdir.
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları reallaşdırılır
İşğaldan azad olunmuş ərazilərdə icra olunan yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. “Arximed” bərpaedilən enerji qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə olunacaq.
Bu cür müasir layihələr bütün digər ərazilərdə də həyata keçiriləcək. Ağdam şəhərinin Prezident İlham Əliyevə təqdim olunan Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Zamanında Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda isə şəhərin əhalisinin sayı 50 mini ötüb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb.
İşğaldan azad olunmuş ərazilərin yeni konseptlər əsasında bərpası ilə bağlı növbəti layihələrə Füzulidə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. Füzuli şəhərinin bərpası planı da yeni yanaşma konsepti əsasında hazırlanıb. Təxminən 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsində mərhələli şəkildə 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

