Güclü Liderin qurduğu dövlət də güclüdür
11.01.2022 [10:00]
Qazaxıstan hadisələri niyə və necə baş verdi?
Mübariz ABDULLAYEV
Mərkəzi Asiyanın ən böyük və güclü dövlətlərindən olan Qazaxıstanda cari ilin ilk günlərindən etibarən yaşanan hadisələr səngisə də, hələ tam sabitlik yarandığını söyləmək tezdir. Baş verənlərlə bağlı müzakirələr dünya gündəminin mərkəzində qalmaqda davam edir. Hadisələrin miqyası kifayət qədər böyükdür. İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində 164 nəfər həyatını itirib. Təhlükəsizlik qüvvələri arasında isə ölənlərin sayı 18-ə çatıb. Ölkədə matəm elan olunub. Bu kimi itkilərin fonunda hadisələr müxtəlif rakurslardan dəyərləndirilir. Suallar və şərhlər kifayət qədər çoxdur. Bəs Qazaxıstan hadisələri hansı reallıqları ortaya qoydu? Region və dünya dövlətləri üçün hasil olan nəticələr hansılardır?
Müxalifətin heyrət doğuran susqunluğu
İndiyədək dünyanın bu və ya digər ölkəsində oxşar iğtişaşların, hakimiyyətə qarşı yönələn etiraz aksiyalarının az şahidi olmamışıq. Ancaq belə demək mümkünsə, bir dünya təcrübəsi və ənənəsi də formalaşıb: Etirazçıların, narazı kütlənin önündə, adətən, bir və ya bir neçə müxalifət təmsilçisi dayanıb. Etirazçıların növbəti addımlarını onlar istiqamətləndiriblər və tələblərini də onlar hakimiyyətə çatdırıblar. Bir sıra hallarda bu kimi funksiyaları həmkarlar təşkilatları həyata keçirirlər.
Bəs Qazaxıstanda hadisələr necə cərəyan etdi? Xatırlayaq: Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazın qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı. Yanvarın 1-dən qazın qiymətinin elektron birjalarda bazar şəraitinə uyğun müəyyənləşdirilməsinə keçildi. Bu da dərhal qiymətin iki dəfə artmasına səbəb oldu. Sıxılmış qazın qiymətinin artmasına cavab olaraq, ilk mitinqlər yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqıştau bölgəsində keçirildi. Cəmi iki gün sonra - yanvarın 4-də hökumət etirazçıların tələbini yerinə yetirərək, maye qazın qiymətini əvvəlkindən də aşağı - 50 təngəyə (20 qəpik) salmaq vədini versə də, bu, etirazçıların dayanması üçün yetərli olmadı. Etirazlar artıq ölkənin digər bölgələrinə və iri şəhərlərinə də sıçramışdı.
Məsələ burasındadır ki, getdikcə böyüyən etirazların kimlər, hansı siyasi qüvvələr tərəfindən koordinasiya edildiyi bəlli deyildi. Belə bir boşluqda narazı kütlə qarşıya çıxan hər şeyi - mağazaları, avtomobilləri, xidmət obyektlərini dağıdıb yandırdılar. Dağıdıcılıq kimlərin marağında idi? Təbii ki, ortada xarici kəşfiyyata işləyən qüvvələr də az deyildi. Milli müxalifət olmayan yerdə onlar gözəgörünməz və yaxud virtual dartıcı qüvvə rolunda çıxış edərək, sadə, vətənpərvər insanları da özlərinin yaramaz və məkrli “nümunələri” ilə istiqamətləndirirdilər. Baş verənlərin fonunda Qazaxıstan müxalifətinin heyrət doğuran susqunluğunun heç bir məntiqi izahı yoxdur.
Zəif mərkəzi hakimiyyət
Qazaxıstanda baş verən hadisələr fonunda diqqət çəkən digər bir vacib məqam mərkəzi hakimiyyətin adekvat davranmaması ilə bağlıdır. Qazaxıstan kimi güclü iqtisadi potensiala və əlverişli coğrafi yerləşməyə malik olan bir ölkədə güclü mərkəzi hakimiyyətin olması şərtdir. Belə bir mərkəzi hakimiyyət, güclü və operativ işləyən əks-kəşfiyyat olmadan nəhəng ölkədə xarici güclərin kəsişən siyasi və iqtisadi maraqlarını neytrallaşdırmaq əsla mümkün deyildir. Hadisələr zamanı Qazaxıstan hökumətinin ölkədə prosesləri proqnozlaşdırmaq və tənzimləmək iqtidarında olmadığına şahidlik etdik. Baş verənlərə mərkəzi hakimiyyətin gecikən reaksiyası qətiyyətsizlik kimi səciyyələndirilə bilər. Etirazçıların “terroristlər” adlandırılması qığılcımın alova çevrilməsinə rəvac verdi. Halbuki narazı insanlarla dil tapıb onları iş yerlərinə, evlərinə qaytarmaq lazım idi. Başa düşülməli idi ki, indiki məqam administrativ metodların işə yarayacağı məqam deyil.
Mərkəzi hakimiyyətin daxili güc strukturlarına güvənməməsi də arzuedilən hal kimi dəyərləndirilə bilməz. Hakimiyyət ölkənin güc strukturlarına inamsızlığını şəxsi heyətin etirazçıların tərəfinə keçmək ehtimalı ilə əlaqələndirə bilər. Ancaq bu halda da günah zamanında dövlətə, xalqa, milli maraqlara sadiq güc strukturlarının formalaşdırılmasına nail olmayan hakimiyyətin üzərinə düşür. Yeri gəlmişkən, Azərbaycan cəmiyyətinin təmsilçiləri də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iğtişaşları yatırmaq üçün KTMT qüvvələrini öz ölkəsinə dəvət etməsini birmənalı qarşılamayıb. Bu xüsusda fikirlərini bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Azərbaycana”a bildirib ki, Qazaxıstanla Azərbaycanın münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ölkənin birinci prezidenti Nursultan Nazarbayev Azərbaycanı MDB və digər platformalarda həmişə müdafiə edib, bir sıra məsələlərdə respublikamızın yanında olub. Hələ ki, iğtişaşlarda kimlərin iştirak etməsinin, kimlərin bu prosesdə əlinin olmasının sona qədər aydınlaşdırılmadığını deyən millət vəkili qeyd edib ki, müəyyən təhlillər aparılır, izlənilir. Ola bilər ki, bu hadisələrin arxasında geosiyasi məsələ dayansın. Bunu zaman göstərəcək. Qazaxıstanın rəhbəri Tokayevin sülhməramlılar adı ilə KTMT qüvvələrini ölkəyə dəvət etməsini doğru addım saymadığını deyən Vahid Əhmədov vurğulayıb: “Bu, dövlətin daxili məsələsi olduğu üçün o, qüvvələrlə görüşüb, problemi özü həll etməli idi. Xaricdən hansısa qüvvələrin Qazaxıstana dəvət olunması cəmiyyət tərəfindən də yaxşı qəbul edilən hal deyil. Qazaxıstan, həm də Türk Dövlətləri Təşkilatının üzvüdür. Ora da müraciət edə bilərdi. İndi əsas sual budur ki, niyə Tokayev Türk Dövlətləri Təşkilatına deyil, KTMT-yə müraciət etdi? Niyə öz xalqına qarşı silah işlətdi? Bunlar sual doğuran məsələlərdir. Bu, onun öz xalqıdır, nədənsə narazıdır və mitinq keçirir. Onu yatırtmaq, danışıqlara getmək lazım idi”.
Lider amili
Qazaxıstandakı hadisələrin arzuolunmaz məcrada inkişafını şərtləndirən ən mühüm amillərdən biri də, heç şübhəsiz ki, meydanda liderin görünməməsi ilə bağlıdır. Dünya tarixində belə həlledici məqamlarda xalqına, Vətəninə bağlı olan liderlərin öz üzərlərinə götürdükləri xilaskarlıq missiyalarına dair çoxlu misallar sadalamaq mümkündür. Qazaxıstan hadisələrində isə lider yoxluğunun acı nəticələri bütün cəhətləri ilə göründü. Biz yuxarıda müxalifət partiyalarının suların durulmasını gözləməsinə diqqət çəkdik. Sual edilir: Bəs uzun illər ərzində bu ölkəyə rəhbərik edən, elba?ı titulunu qazanan Nursultan Nazarbayev niyə susdu? Uman yerdən küsərlər. Çətinliklə üzləşən qazax xalqı Elbasının bəyanatını, müdrikcəsinə çıxış yolu göstərəcəyini hər an gözləyirdi. Ancaq ondan baş verən böyükmiqyaslı hadisələrlə bağlı kiçik bir açıqlama da gəlmədi ki, bu da məyusluq doğurmaya bilməz.
Bu barədə müzakirələr açarkən qeyri-ixtiyari olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinmədən taleyüklü məqamlarda xalqının yanında yer almasını xatırlayırsan. 1990-cı ilin 20 yanvarında imperiya qüvvələri Bakıya soxularaq azadlıq və respublikanın ərazi bütövlüyünün qorunmasını istəyən insanları amansızcasına qətlə yetirdi. Ertəsi gün ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu aqresiyanı qətiyyətlə pislədi və beləliklə də, dünya 20 Yanvar hadisələrinin əsl mahiyyətindən xəbər tutdu. Budur lider cəsarəti, mövqeyi və xalqı ilə bir yerdə olmaq nümunəsi! Məhz Heydər Əliyevin cəsarətli çıxışından sonra dünya mediası imperiya qoşunlarının Bakıya qanunsuz daxil olmasını və burada qırğınlar törətməsini pisləyən məqalələr dərc etməyə başladı.
Azərbaycan cəmiyyəti Ulu Öndərin əsl lider qətiyyətini müstəqilliyimizin ilk illərində bir daha gördü. 1993-cü ilin yayında AXC-”Müsavat” iqtidarı yarıtmaz idarəçiliyi ucbatından Azərbaycanı uçurumun kənarına gətirib çıxartmışdı. Belə vəziyyətdə xalqın təkidli tələbini qəbul edən Heydər Əliyev ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə gələrək müstəqilliyimizin itirilməsinin qarşısını aldı, ölkəni inkişafa istiqamətləndirdi. Güclü lider olan Heydər Əliyev Azərbaycan dövlətçiliyini bütün təhdidlərdən qoruyaraq xalqımıza ərmağan etdi.
Azərbaycan sonrakı mərhələdə də xaricdəki antimilli mərkəzlərdən idarə olunan radikal müxalifət düşərgəsinin xain əməlləri ilə qarşı-qarşıya dayandı. Xaricdəki düşmənlər və “sapı özümüzdən olan baltalar” respublikamızda bir neçə dəfə rəngli inqilablar törətməyə uğursuz cəhdlər göstərdilər. Ancaq Prezident İlham Əliyevin uzaqgörənliyi, adekvat addımları, ən əsası isə milli maraqlardan çıxış etməsi, xalqla bir yerdə olması sayəsində belə cəhdlər iflasa uğradı. Milli Məclisin deputatı Etibar Əliyev də qəzetimizə açıqlamasında indiki məqamda ölkələrin uğurlu idarəçiliyində lider amilinin müstəsna rol oynadığına diqqət çəkərək vurğuladı: “Qazaxıstanda baş verənlər onu göstərdi ki, hər bir ölkənin davamlı inkişafı və yadellilərdən xilası üçün yeganə yol güclü liderin mütləq güclü liderlə əvəzlənməsidir. Geosiyasi vəziyyət elə mürəkkəbdir ki, dünya siyasətindən baş çıxaran, möhkəm iradəyə malik olan, xalqını sevən şəxsiyyət ölkəyə rəhbərlik etməlidir. Onunla hesablaşmalıdırlar. Zamanında Azərbaycanı “narıncı inqilab”larla, “ərəb baharı” ilə təhdid etdilər. Alınmadı. Ölkə rəhbəri çox güclüdür. Güclü liderin varisidr. Əsl rəhbər odur ki, ölkəsini təhdidlərlə üzləşəndə onları məharətlə dəf edir, diplomatiyası və sərkərdəlik qabiliyyəti ilə itirilmiş torpaqları işğaldan təmizləyir”.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

