Dünyanın 9-cu ölkəsini nə gözləyir?
11.01.2022 [10:11]
Hadisə və proseslər Mərkəzi Asiyanı haraya aparır?
Nurlan
Qazaxıstan olayları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələr, regional və beynəlxalq təşkilatlar hadisələri müzakirə edir, müxtəlif çağırışlar və bəyanatlarla çıxış edirlər. Siyasi analitiklər isə qeyd edirlər ki, bəhs olunan prosesləri lokal problem kimi səciyyələndirmək olmaz. Bu, təkcə bir ölkənin milli təhlükəsizlik məsələsi deyil, regional xarakter daşıyır və ciddi beynəlxalq nəticələrə səbəb ola bilər.
KTMT-nin toplantısı nə ilə yadda qaldı - hansı mesajlar verildi?
Həm Qərb dairələri, xüsusilə ABŞ rəsmiləri tərəfindən, həm də KTMT-nin videokonfrans formatında keçirilən iclasında səsləndirilən fikirlər hadisələrin konturlarını müəyyən etməyə və geosiyasi təfərrüatlar barədə bəzi nəticələr hasil etməyə imkan verir. Tərəflər dünyanın ərazicə ən böyük 9-cu ölkəsində baş verən hadisələr ilə əlaqədar müəyyən qədər bir-birini ittiham etsələr də, Qərb cəbhəsində qəribə sükunət - daha çox loyal və məsafəli yanaşma müşahidə edilir. Hətta bəzi siyasi analitiklər bu proseslərdə bəhs olunan güc mərkəzlərinin sinxron hərəkət etdiklərini, müəyyən anlaşma - razılaşma çərçivəsində çıxış etdiklərini söyləyirlər. Bununla yanaşı, KTMT daxilində ziddiyyətlərin olması məsələsi də analitiklərin diqqət yetirdiyi məqamlardandır. Məsələn, Qırğız Respublikasının əvvəl sülhməramlı kontingent tərkibində Qazaxıstana hərbi qüvvə göndərməməsi, daha sonra fərqli qərar qəbul etməsi, son olaraq isə təşkilatın videokonfrans formatında keçirilən tədbirinə dövlət başçısının qatılmaması bu səpkidə xüsusi olaraq vurğulanır. Yeri gəlmişkən, KTMT-nin dünən videokonfrans formatında keçirilən iclasında ifadə olunan fikirlər geniş müzakirələrə səbəb olub. Rusiya Prezidenti Vladimir Putin “Qazaxıstandakı vəziyyət hamımıza aiddir. Qazaxıstan öz dövlətçiliyinə qarşı təhdidlə üz-üzə gəlib”,-deyə bildirib. V.Putin bu ölkədə Maydan texnologiyalarından istifadə edildiyini, hücumun təcavüz aktı olduğunu deyib: “Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”. Bununla yanaşı, Rusiya Prezidenti KTMT qüvvələrinin Qazaxıstanda nə qədər qalacağı məsələsinə də toxunub: “Öz funksiyasını yerinə yetirəndən sonra bütün KTMT kontingenti Qazaxıstandan çıxarılacaq”.
Növbəti hədəf Özbəkistandır?
Belarus Prezidenti Aleksandr Lukaşenko isə deyib ki, bu gün Mərkəzi Asiya ölkələrində situasiyanı pozmaq üçün cəhd edənlərin sayı çoxalıb, sərhəddə isə xeyli terrorçu cəmləşib: “Qazaxıstandakı hadisələrin analizi, əlbəttə ki, xarici faktorun olduğunu göstərir. Analogiyaların ardınca uzağa getmək lazım deyil. Yuqoslaviya, İraq, Liviya, Suriya, Ukrayna, Əfqanıstan. Elə bu yaxınlarda Belarus belə kombinə olunmuş təzyiqlə üzləşib”,-deyən A.Lukaşenko əlavə edib ki, Qazaxıstanda baş verən yalnız xarici faktor ola bilməz, həm də daxili səbəbləri görmək lazımdır. O, “burada barəsində çox danışdığımız dərslərdən hamıdan əvvəl Özbəkistan nəticə çıxarmalıdır”,-deyə bildirib. Yəni “Qazaxıstandan sonra Özbəkistana keçə bilərlər”.
Göründüyü kimi, KTMT çətiri altında birləşmiş geosiyasi cəbhə konkret olaraq Qərbi ittiham edir, proseslərin əks qütblərin diktəsi və ssenarisi əsasında baş verməsini ictimai rəyə təqdim etməyə çalışır. Bəs Lukaşenkonun KTMT sıralarını tərk etmiş Özbəkistanı işarə etməsi yeni geosiyasi kataklizm anonsudur, yoxsa əks-cəbhəyə xəbərdarlıq? Ümumiyyətlə, Qazaxıstan hadisələri “domino effekti” ilə yayılaraq bütün regionu ağuşuna ala bilərmi - Mərkəzi Asiyada siyasi qiyamətə səbəb ola bilərmi? Yaxud bu bölgədə yeni geosiyasi tənzimləmə mexanizminin yaradılması Avrasiyanın gələcək nizamına necə təsir göstərəcək?
Əsas məqam ABŞ-Çin rəqabəti və gərginliyidir
Siyasi şərhçi Tofiq Zülfüqarov “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, hazırda dünyada əsas geosiyasi trend və tendensiya Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı gərginlikdir və bu münasibətlərin gələcəkdə qarşıdurmaya çevrilməsi qaçılmazdır: “Hazırda bu prosesə hazırlıq dövrü müşahidə edilir - hadisələr bu çərçivədə cərəyan edir. Beynəlxalq münasibətlər sistemində vacib hərbi oyunçulardan olan Rusiya bu məsələdə hələ ki, öz mövqeyini tam, dəqiq və birmənalı açıqlamayıb: yəni Moskva Çinin yanında, neytral, yoxsa Qərb ilə olacaq - hələ bəyan edilməyib. Bəllidir ki, Qərb Rusiyanın neytrallığını təmin etmək üçün bir sıra güzəştlərə gedəcək. Bu, Ukrayna məsələsində də ola bilər. Bir müddət əvvəl ABŞ “Şimal axını-2” üçün icazə verdi, bunun nəticəsində Ukrayna mürəkkəb iqtisadi vəziyyətə düşdü. Bütövlükdə, Qazaxıstanda cərəyan edən proseslərə bəhs etdiyim məsələlər çərçivəsində bu prizmadan baxmalıyıq”.
Proseslər konkret ssenari əsasında baş verir
“Qazaxıstanın geosiyasi vəziyyətinə də xüsusi nəzər salmaq lazımdır. Bu ölkə Çinin ən zəif və həssas hissəsi olan qərb sərhədlərində yerləşir. Deməli, ABŞ ilə Çin arasında rəqabət və qarşıdurmada bu ölkə çox vacib nöqtəyə çevrilir”,-deyən Tofiq Zülfüqarov Qazaxıstanda proseslərin hansısa konkret ssenari əsasında baş verdiyini söyləyib. Elə sözügedən hadisələrin fonunda bir çox məsələlərin həm məntiqə, həm də siyasi praktikaya uyğun baş verməməsi bunu deməyə əsas verir. Siyasi şərhçinin qənaətinə görə, SSRİ-nin bərpası məsələsi isə ictimai rəyi yanıltmaq - əsas məqsədi gizlətmək üçün ortaya atılıb: “Başlıca məsələ, qeyd etdiyim kimi, ABŞ-Çin rəqabəti və gərginliyi ilə əlaqədar məqamlardır”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

