Bakının barışdırıcı missiyası və geosiyasi dialoq təşəbbüsləri...
27.01.2022 [21:54]
Xəzər-Qara dəniz strateji xəttində anlaşma və uzlaşmanın təmin olunmasında müstəsna rola malikdir
Azərbaycan regional miqyaslı, qlobal xarakterli geostrateji missiya yerinə yetirir
Avrasiyanın ən önəmli strateji məntəqələrindən olan Xəzər-Qara dəniz geosiyasi hövzəsində qaynar proseslər və intensiv diplomatik trafik müşahidə edilir. Xüsusilə də, ABŞ ilə Rusiya arasında Ukrayna gərginliyinin artması, hərbi qarşıdurma ehtimalının güclənməsi diqqəti çoxtərəfli diplomatiyaya yönəldib. Bu prosesin fəal və təşəbbüskar qüvvələri qismində isə mühüm təsir mexanizmlərinə malik regional subyektlər çıxış edirlər.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konstruktiv, barışdırıcı məzmuna malik strateji diplomatiyası və xarici siyasət kursu ilə fərqlənir, çox mühüm təşəbbüslər və ideyalarla çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Ukraynaya işgüzar səfəri isə tarixinə, geosiyasi əhəmiyyətinə görə bu baxımdan xüsusi önəm daşıyır. Ekspertlərin də vurğuladıqları kimi, səfər Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm həlqələrindəndir. Daha sonra İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna probleminin müzakirə olunması isə göstərir ki, Azərbaycan Prezidenti regional təhlükəsizlik məsələlərində geosiyasi dialoqun təmin olunmasında müstəsna rol oynayır. Paralel olaraq Bakı ilə Ankaranın birgə təşəbbüsləri - geostrateji fəallığı bölgədə gərginliyin öz yerini anlaşma və uzlaşmaya verməsinə əlverişli şərait - dayanıqlı zəmin yaradır. Yeri gəlmişkən, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Vladimir Putin Türkiyəyə səfər edəcək. "Putin böyük məmnuniyyətlə Ərdoğanın dəvətini qəbul edib. Epidemioloji vəziyyət və iş qrafiki imkan verən kimi Putin Türkiyəyə səfər edəcək",-deyə o bildirib.
Prezident İlham Əliyev hər zaman deyir ki, ölkəmiz toqquşma deyil, əməkdaşlıq məkanıdır. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla həm də bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində həlledici addım atdı. Dövlət başçısının qeyd etdiyi kimi, Vətən müharibəsindən sonra yeni reallıqlar yaranıb. Azərbaycan kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında "3+3" formatında yeni əməkdaşlıq platformasının yaradılması kimi istiqamətlərdə strateji fəallıq nümayiş etdirməklə regionda yeni düzən - nizam formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət Cənubi Qafqazla məhdudlaşmır, bir çox dövlətlərin, o cümlədən güc mərkəzlərinin strateji maraqlarının olduğu regionları əhatə edir. Ukrayna böhranı fonunda Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasətinin Xəzər-Qara dəniz bölgəsində təhlükəsizliyin təmin olunmasını - sülhyaratma prosesini də əhatə etməsi ölkəmizin geosiyasi missiyasının regional miqyaslı, qlobal xarakterli olduğunu təsdiqləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

