Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Şuşa Bəyannaməsinin təsdiq edilməsi...

Şuşa Bəyannaməsinin təsdiq edilməsi...

28.01.2022 [23:17]

Hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə töhfə olacaq

Nurlan QƏLƏNDƏRLİ

Günel ABBAS

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq ediləcək. Əlbəttə, bu, sıradan bir hadisə, yaxud sadə məsələ deyil. Çünki Bəyannamədən irəli gələn müvafiq addımların atılması - strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq.

Xüsusilə də nəzərə almaq lazımdır ki, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Başqa sözlə, birgə fəaliyyət və ortaq təşəbbüslər əsasında regionun geostrateji arxitekturası yenidən dizayn olunur. Ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb. Sənəddə “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.”,-deyə vurğulanıb. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiq olunması strateji əhəmiyyət daşıyır.

Strateji tərəfdaşlığın hüquqi əsası

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb. Millət vəkili qeyd edib ki, bu məqamı Prezident İlham Əliyev də hər zaman vurğulayıb: “Cənab Prezident ötən il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra keçirilən mətbuat konfransında da bu sənədin əhəmiyyətini xüsusi vurğulamışdı. Dövlət başçısı bildirmişdi ki, Türkiyə ilə Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın, strateji tərəfdaşlığın və qardaşlığın hüquqi əsasına çevrildi”.

E.Mirbəşir qeyd etdi ki, Şuşa Bəyannaməsi beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, birgə müdafiəsi məsələsində də mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə nail oldu: “Bu sənəd həm də iqtisadi platformada işbirliyinin inkişafında yeni perspektivlər açacaq. Sənəddə Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır ki, bu amillər hər iki dövlətin gələcək inkişafında əhəmiyyətli yer tutur”.

Regionda yeni geostrateji güc mərkəzi

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən isə bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlığa və qardaşlığa söykənir. Azərbaycan-Türkiyə münasibətlərinin çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə etdiyini bildirən millət vəkilinin fikrincə, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açdı. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır: “Bəlli olduğu kimi, sənəddə iki ölkənin qarşıdakı dövrdə müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Ən mühüm məqamlardan biri hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi məsələsidir ki, bu da həm regional, həm də qlobal müstəvidə yeni imkanlar açır. Bu müqavilə Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması, təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”.

Millət vəkili bildirib ki, sənədin imzalanmasından ötən müddət ərzində həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti Şuşa Bəyannaməsi ilə bağlı müsbət fikirlər ifadə edib. Hər iki ölkənin siyasi qüvvələri bu sənədin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. “Artıq Azərbaycan parlamenti bu sənədin ratifikasiyasına hazırlaşır. İnanırıq ki, yaxın zamanda Türkiyə dövləti də bununla bağlı mühüm addımlar atacaq”, - deyən R.Həsən əlavə edib ki, Qarabağın düşmən işğalından azad edilməsi, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın və Türkiyənin regionda yeni geostrateji güc mərkəzi kimi ortaya çıxmasına şərait yaratdı. Onun fikrincə, bu əməkdaşlıq, strateji addımlar regiona sülh, stabillik və əmin-amanlıq vəd edir.

Yeni mərhələdə - ən yüksək zirvədə

Milli Məclisin deputatı Arzu Nağıyev qəzetimizə açıqlamasında qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoyub və ən yüksək zirvəyə çatıb. Bu sənəd haqqında parlamentin müvafiq komitələrində artıq müzakirələr aparılıb. Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında  Şuşa Bəyannaməsi təsdiq ediləcək. Sənədi Türkiyə Böyük Millət Məclisi də ratifikasiya edəcək: “Bu, ölkələrimizin strateji tərəfdaşlığını gücləndirən, iki dövlətə yönəlik təhlükəsizliyə təhdid hallarının, təxribatların qarşısını almaq üçün hüquqi, siyasi və strateji əhəmiyyətə malikdir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqliyin ən ciddi təzahürüdür”.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31