İlham Əliyevin güclü dövlət konsepsiyası...
09.02.2022 [09:51]
Azərbaycanın sabitlik adası kimi siyasi təkamülünü təmin edir
Nurlan QƏLƏNDƏRLİ
XXI əsrin üçüncü onilliyində dünyanın mənzərəsi olduqca ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, xarici müdaxilələr və digər mənfi hallar müxtəlif ölkələrin real mənzərəsini təşkil edir. Səbəblər müxtəlifdir. Siyasi hakimiyyətin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və s. Ona görə də “rəngli ssenari”lər, xaos planları, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənəyə, “milli” adətə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb. İstər postsovet məkanında, istər Yaxın Şərq və Şimali Afrikada, istərsə də Asiya qitəsində yerləşən müxtəlif ölkələr liderizləşdirmə, dövlətsizləşdirmə və mənəviyyatsızlaşdırma əməliyyatları nəticəsində dövlət funksiyasını de-fakto itirərək coğrafi vahidə çevrilirlər. Həmin ölkələrin sosial-demoqrafik potensialı məhv edilir, təbii sərvətləri mənimsənilir, ərazilərindən hərbi-siyasi məqsədlərlə istifadə olunur, tarixi irs-siyasi ənənələr sıradan çıxarılır. Amma onu da etiraf etmək lazımdır ki, bu ölkələr siyasi boşluqlarına görə belə zərbələrə tuş gəlirlər və “nokaut” vəziyyətinə düşürlər. Xüsusilə də, idarəetmənin uzun müddət kök salmış hakimiyyət stereotipləri əsasında həyata keçirilməsi, bürokratizmin gücləndirilməsi, vətəndaşla, cəmiyyətlə açıq ünsiyyətin, şəffaf ictimai münasibətlərin yaradılmaması, islahatlara müqavimət, hakimiyyətin monolitliyinin təmin olunmaması bu baxımdan xüsusi qeyd edilməlidir. İqtisadi resurslar nə qədər zəngin olsa da, belə neqativ situasiya fonunda ictimai-siyasi transformasiyanın baş tutmaması ölkənin daxili uzlaşmazlıq (cəmiyyət və hakimiyyət arasında), xarici müdaxiləyə açıqlıq kimi problemlərlə üzləşməsini şərtləndirir. Hakimiyyət nə qədər güclü görünsə də, dövlət aparatı siyasi taqətdən düşür, cəmiyyətin ictimai-siyasi səbir limiti tükənir, böhran ölkənin xarici müdaxilə poliqonuna çevrilməsinə zəmin yaradır. Sonrası isə bəllidir...
Diqqəti cəlb edən məqamlardan biri budur ki, postsovet ölkələrinin əksəriyyəti bu problemlərlə üzləşib. Uzağa getməyək, elə yerləşdiyimiz Cənubi Qafqaz regionunun 3 ölkəsindən ikisi - Gürcüstan və Ermənistanda siyasi və hakimiyyət böhranı, iqtisadi problemlər, xarici siyasətdə krizis halları inkaredilməz gerçəkliklərdir. Azərbaycan nümunəsi isə müsbət təcrübəni, mütərəqqi modeli ifadə və ehtiva edir. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası kimi özünü təsdiq etməsi və milli gücünü davamlı olaraq artırması bilavasitə lider amili ilə əlaqədardır. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına hədəflənib.
İlham Əliyevin güclü dövlət konsepsiyasının əsas prinsiplərindən biri siyasi təkamüldür. Siyasi təkamülə nail olmaq üçün isə yenilənən islahat kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan istifadə etmək lazımdır.
Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür. Elə ictimai münasibətlərdə yeni keyfiyyət dəyişikliklərinin ifadəsidir.
İslahat - reforma təkcə formanı deyil, həm də mahiyyəti dəyişməklə, keyfiyyətcə yeni dəyişikliklərə nail olmaqla təkamülü, tərəqqini təmin etmək vasitəsidir. Prezident İlham Əliyevin islahatlar kursu da bu reallığı ifadə edir. Cənab İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmişdi. Bundan sonra həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə konkret hədəflərə istiqamətlənmiş genişmiqyaslı islahatlara start verildi. Dövlət başçısı “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”, - deyə vurğulayıb.
Ölkədə həm müxtəlif sahələri əhatə edən kompleks reformalar həyata keçirilir, həm də ictimai sistemi zədələyən neqativ hallara qarşı ciddi mübarizə aparılır. Məsələn, korrupsiyaya qarşı mübarizə dövlətin ictimai-sosial və mənəvi-siyasi dayaqlarının möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır. İnsan faktoru ilə əlaqədar olan rüşvətxorluq, korrupsiya kimi mənfi hallar bütün cəmiyyətlərdə hökm sürür. Burada vacib strateji məqam bu problemə qarşı mübarizədə siyasi iradənin sərgilənməsidir - barışmaz mövqeyin ortaya qoyulmasıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı qeyd edib ki, son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərs olmalıdır. Dövlət başçısı heç kimin məsuliyyətdən boyun qaçıra bilməyəcəyini, qanundan üstün olmadığını, qanun qarşısında hamının bərabər olduğunu, heç kimin əvvəlki xidmətlərinin nəzərə alınmayacağını söyləyib: “Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.
Dövlətin onurğa sütununu yerində olan və idarəetmə aparatını işlək vəziyyətdə saxlayan məmurlar təşkil edirlər. Prezident İlham Əliyev güclü lider, təcrübəli və praqmatik siyasətçi, müdrik dövlət adamı kimi bu reallığı nəzərə alır, müvafiq addımlar atır. Kadr islahatlarının məqsədi idarəetmədə səmərəliliyin artırılması, ölkənin inkişafı naminə yenilikçi və təşəbbüskar qüvvələrin enerjisindən - potensialından istifadənin təmin olunmasıdır. Yeni enerji və yeni təfəkkür isə köhnə stereotiplərdən xilas olmaq, ictimai-siyasi transformasiyanı uğurla həyata keçirmək üçün hərəkətverici qüvvədir.
İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə bildirir. Vətəndaş fərdi, cəmiyyət isə ictimai anlam daşıyır. Dolayısıyla, siyasətin mərkəzində dayanan vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması mühüm ictimai əhəmiyyət daşıyır. Dövlət başçısı güclü dövlət konsepsiyasının tərkib hissəsi olan bu siyasətin reallaşdırılmasında ictimai amillərə xüsusi önəm verir. Yəni vətəndaş fəallığının, təşəbbüskarlığının və iştirakçılığının təmin olunması. Bu, bürokratiyanı və stereotipləri istisna edir, dövlət-vətəndaş ahəngdarlığını yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Xüsusilə də, müxtəlif sahələrdə neqativ halların aradan qaldırılmasında ictimai nəzarətin vacib rolu var. Ona görə ki, xoşagəlməz hallar yalnız dövlət üçün neqativ nəticələr doğurmur, eyni zamanda, cəmiyyətə, hər bir fərdə - vətəndaşa zərər verir. Hüquqi dövlət fəlsəfəsinə və qanunun aliliyi prinsipinə zidd olan istənilən fakt barəsində fərdlər, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən aidiyyəti dövlət strukturlarına müvafiq məlumat verilməsi ümumi problemlərlə birgə mübarizə aparılması - çatışmazlıqların aradan qaldırılması baxımından önəmlidir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara toxunaraq “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin”, - deyə bildirib. Əlbəttə, bu yanaşma ictimai rəydə də öz müsbət qiymətini alıb. Dövlət başçısının bu strateji kursuna yüksək ictimai dəstəyin göstərilməsi, bəhs olunan prosesdə dövlət-vətəndaş birliyinin təmin olunması, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi mühüm nəticələr əldə etməyə imkan verir.
İlham Əliyevin güclü dövlət konsepsiyası nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırıb, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazıb - tarixin yaddaşına əbədi həkk olunub. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.
Azərbaycan Prezidenti yarım əsr irəliyə baxdığını qeyd edir. Onun 50 il öncəni görən bu strateji baxışı nəticəsində qazanılan Qələbə Azərbaycanın 100 illik regional geostrateji arxitekturanı dəyişməsini, 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib. İndi Azərbaycan Zəfər marşındadır - sözün bütün mənalarında!
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

