BMT-nin imicini bərpa etmək üçün növbəti şansı...
11.02.2022 [23:35]
Qurum Ermənistanın Azərbaycana təzminat ödəməsi ilə əlaqədar qərar çıxaracaqmı?
Nurlan QƏLƏNDƏRLİ
Hüquq və güc: beynəlxalq münasibətlər sistemində ən çox istifadə və müzakirə edilən məfhumlar sırasında yer alır. Yüzillərdir ki, “haqlı olan güclüdür, yoxsa güclü olan haqlı” sualına cavab axtarılır, ayrı-ayrı faktlara istinad olunaraq müxtəlif nümunələr ortaya qoyulur. İkili standartlara əsaslanan ədalətsiz yanaşmalar isə “siyasi ənənə”yə, “geosiyasi adət”ə çevrilib desək, yanılmarıq. Bu, əslində, dünyada beynəlxalq hüquq böhranının mövcud olduğunu, hətta daha da dərinləşdiyini göstərir. Biz bu reallığı Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində daha yaxşı müşahidə etmişik. İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmaması, təcavüzkar Ermənistana beynəlxalq sanksiyaların tətbiq olunmaması, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsinə loyal - laqeyd və etinasız münasibət göstərilməsi və digər faktlar bu reallıqlar sırasındadır.
Təəccüblüsü odur ki, bir sıra dövlətlərə qarşı BMT vasitəsilə qəbul edilən, yaxud etdirilən qətnamələr bir neçə saat içində yerinə yetirilir. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. Azərbaycan isə uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Amma ölkəmiz 30 ilə yaxın müddət ərzində “həm haqlı, həm də güclü olmaq” konseptual yanaşması ilə uğurlu strategiya icra etdi, öz milli qüdrətini davamlı olaraq artırmaqla haqqın - ədalətin təmininə nail oldu. İqtisadi, siyasi-diplomatik, hərbi-strateji müstəvidə milli gücün artırılması, geosiyasi vaxtın - təqvimin düzgün müəyyənləşdirilməsi və zamanında dəqiq - adekvat qərarın verilməsi ilə Azərbaycan tarixi Qələbəyə imza atdı. Bu, həm də bir milli dövlətin öz hərbi-siyasi resursları və milli gücü vasitəsilə beynəlxalq hüququ bərpa etməsi idi.
İndi yeni reallıqlar - postmüharibə gerçəklikləri mövcuddur. Azərbaycan regionda sülhə, sabitliyə - təhlükəsizliyə, əməkdaşlığa və inteqrasiyaya xidmət edən mühüm təklif və təşəbbüslərlə çıxış edir. Yeni reallıqlar fonunda regionda kommunikasiyalar bərpa olunmalı, sərhədlər dəqiqləşdirilməli, sülh müqaviləsi imzalanmalıdır və s. Amma eyni zamanda, Ermənistan 30 ilə yaxın davam edin işğal müddətində, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməli, maddi-mənəvi ziyanın bədəlini ödəməlidir. Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi Gevorq Kostanyan etiraf etmişdi ki, Paşinyan üçtərəfli Bəyanatı imzalayaraq Ermənistanın dəymiş maddi ziyana görə Azərbaycana 50 milyard dollardan çox təzminat ödəmək öhdəliyini təsdiqləyib. Lakin reallıq budur ki, Ermənistanın vurduğu ziyan dəfələrlə çoxdur və yüz milyardlarla ölçülür. Dəqiq və yekun məbləğ isə müvafiq komissiyanın işi başa çatdıqdan sonra müəyyənləşəcək.
Bununla bağlı beynəlxalq təcrübə - presedent mövcuddur. Yeri gəlmişkən, “Interfax” agentliyinin məlumatına əsasən, İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdırıb. Proses Təzminat komissiyasının işi nəticəsində həyata keçirilib. Komissiya isə 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub, hərbi müdaxilə nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi istiqamətində fəaliyyət göstərib. BMT Təhlükəsizlik Şurasının müvafiq qərarları əsasında təzminat ödənişi həyata keçirilib.
Eyni təcrübə Ermənistana qarşı nə üçün tətbiq edilməsin? Axı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq strukturları Ermənistanın Azərbaycana məxsus sərvətləri talamasından, iqtisadi resursları qanunsuz mənimsəməsi və istismar etməsindən, kəndləri, şəhərləri, qəsəbələri dağıtmasından, maddi-mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirməsindən xəbərdardır. O da məlumdur ki, İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlub olaraq aciz - çıxılmaz vəziyyətə düşən işğalçı Ermənistan mülki əhalini hədəf seçməklə müharibə cinayətləri törədib. Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə protokollarına zidd davranışlara yol verib. Ümumiyyətlə, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti, müharibə cinayətləri beynəlxalq humanitar hüququn ən ciddi pozuntuları sırasındadır. Ona görə də bu dövlət beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi isə zərurətdir.
Azərbaycan bu istiqamətdə müvafiq təşəbbüslər irəli sürür və adekvat qərarların qəbul edilməsinə nail olur. Bu, Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarında da öz əksini tapır. Şübhəsiz ki, proses davam edir və Azərbaycan konkret olaraq müharibə cinayətlərinə görə beynəlxalq hüquq müstəvisində Ermənistanın məsuliyyətə cəlb olunması və müvafiq cavab verməsi üçün növbəti addımlar atacaq. Amma bununla yanaşı, BMT-nin aidiyyəti təsisatları faktları əsas götürməklə, müvafiq araşdırma aparmaqla Ermənistana qarşı qətnamələr qəbul etməli, bu ölkənin cəzalandırılması və Azərbaycana təzminat ödəməsi ilə əlaqədar müvafiq mexanizm yaratmalıdır. Dünya təcrübəsi ilə yanaşı, beynəlxalq hüquq normalarının tələbləri də ortadadır. Elə BMT tərəfindən 2001-ci ildə qəbul edilmiş “Dövlətlərin beynəlxalq-hüquqazidd əməllərinə görə məsuliyyəti” adlı qətnamənin 31-ci maddəsində təsbit edilib ki, beynəlxalq səviyyədə qanunsuz əməl törətmiş dövlət dəymiş maddi və ya mənəvi zərəri tam kompensasiya etməlidir.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

