Qurtuluşdan Zəfərə!
15.06.2022 [09:59]
Heydər Əliyev:
Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm
İlham Əliyev:
1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir
15 iyun 1993-cü il - sıradan bir təqvim gününü ifadə edən tarix deyil. Sözün əsl mənasında, Azərbaycanın dövlətçilik və müstəqillik tarixinin dönüş nöqtəsi, xalqımızın xilasının, dövlətimizin isə qurtuluşunun ifadəsidir. Söhbət xalqımızın milli qürur və ləyaqətini, dövlət qurmaq və yaşatmaq qabiliyyətini, milli ruhunu özünə qaytaran Qayıdışdan sonra siyasi tariximizə əbədi həkk olunmuş Milli Qurtuluş Günündən gedir. Bu, tənəzzül, böhran şəraitində, müstəqilliyi itirmək təhlükəsinin və iflasın astanasında olan Azərbaycan xalqının xilası - Heydər Əliyevin Qayıdışı sayəsində dövlətimizin Qurtuluşudur.
Həmin vaxt AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış siyasi böhran, iqtisadi tənəzzül, respublikanın regionda və beynəlxalq münasibətlərdə təcrid vəziyyətinə düşməsi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edirdi. Daha dəqiq desək, tarixi-siyasi məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı xilas edəcək, tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxaracaq lider - şəxsiyyət lazım idi. İnam və etimad ünvanı isə zəngin dövlətçilik təcrübəsinə malik müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət Heydər Əliyev idi.
Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını öz üzərinə götürdü. O, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Qurtuluşu idi. Həmin gün parlamentin iclasında çıxış edən Heydər Əliyev “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm” ,- deyə inamla və qətiyyətlə bildirmişdi. 24 iyun 1993-cü il tarixində isə parlamentin qərarı ilə Ali Sovetin Sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Bu, növbəti mühüm qərar - həlledici məqam idi.
Qeyd etdiyimiz kimi, Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var. Bu günün tarixi və mənəvi-siyasi əhəmiyyəti, ilk növbədə, xalq-lider birliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünyanın geosiyasi xəritəsindən silinmək təhlükəsindən, tənəzzüldən və böhrandan xilas olaraq tərəqqi və yüksəliş, rifah və intibah dövrünə qədəm qoymasında öz əksini tapır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurəsi, eyni zamanda, Azərbaycan xalqının xilaskarlıq salnaməsidir. Həmin dövrə nəzər salan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan xalqı bir daha öz müdrikliyini göstərərək Ulu Öndərə üz tutdu, ona müraciət etdi və onu hakimiyyətə dəvət etdi: “... 1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşdü. Ən əsası, Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişaf üçün etibarlı zəmin yaratmış oldu. Ümummilli Liderimiz 2003-cü ildə xalqa müraciəti zamanı İlham Əliyevə özü qədər inandığını qeyd etmişdi. Xalqımız Heydər Əliyev siyasətinə növbəti dəfə dəstək verdi, cənab İlham Əliyevə etimad göstərdi. İnam və etimad isə özünü doğrultdu. Andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah, tərəqqi və qələbə ilə bağlı söz verən cənab İlham Əliyev həm daxili, həm də xarici siyasətdə müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə nail olmaqla vədlərini gerçəkləşdirdi. Onun liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bir çox strateji məqsədinə nail oldu.
Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında ifadə olundu: “Qarabağ Azərbaycandır!”.
Beləliklə, İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na çevrilən region ölkələrindən fərqli olaraq həm öz milli qüdrətini artırdı, həm də Zəfər tarixi yaradaraq tarixi yenidən yazdı - tarixin yaddaşına əbədi həkk olundu. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.
Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli lider və müzəffər sərkərdədir. Azərbaycan Prezidenti qeyd edib ki, “bizim sözümüz imzamız qədər keçərlidir”. Keçərli olduğu qədər həm də dəyərlidir. İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqq yolundan döndərə bilməz. İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır - üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin qarşısında yeni perspektivlər açılıb. Bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların İlham Əliyevə böyük inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Beləliklə, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanın Qurtuluşunu təmin etdi. Prezident İlham Əliyev isə Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi. Qurtuluşdan Zəfərə gedən və ölkəmizi strateji zirvələrə aparan yol xalqımızın qürur mənbəyi, dövlətimizin isə qüdrətinin ifadəsidir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 İyun 22:12

Xəbər lenti
29 İyun 20:58

Gündəm
29 İyun 18:49

Xəbər lenti
29 İyun 18:06

Xəbər lenti
29 İyun 16:58

Dünya
29 İyun 16:54

İdman
29 İyun 15:57

Xəbər lenti
29 İyun 15:34

Xəbər lenti
29 İyun 15:02

Xəbər lenti
29 İyun 14:30

Siyasət
29 İyun 14:21

Siyasət
29 İyun 14:13

Xəbər lenti
29 İyun 14:12

Siyasət
29 İyun 14:10

Xəbər lenti
29 İyun 14:07

Dünya
29 İyun 13:53

Xəbər lenti
29 İyun 13:23

Xəbər lenti
29 İyun 13:17

Xəbər lenti
29 İyun 13:00

Xəbər lenti
29 İyun 12:30

Xəbər lenti
29 İyun 12:18

Xəbər lenti
29 İyun 11:49

Xəbər lenti
29 İyun 11:39

Xəbər lenti
29 İyun 11:36

Xəbər lenti
29 İyun 11:25

Dünya
29 İyun 11:13

Xəbər lenti
29 İyun 11:09

Xəbər lenti
29 İyun 11:05

Xəbər lenti
29 İyun 11:03

Turizm
29 İyun 10:44

Sosial
29 İyun 10:30

Xəbər lenti
29 İyun 10:25

Analitik
29 İyun 10:21

Xarici siyasət
29 İyun 10:17

Prezident bu gün
29 İyun 10:17

MEDİA
29 İyun 10:14

Siyasət
29 İyun 10:09

Xarici siyasət
29 İyun 10:06

Xəbər lenti
29 İyun 10:03

Siyasət
29 İyun 10:02

İqtisadiyyat
29 İyun 10:00

Siyasət
29 İyun 09:58

Siyasət
29 İyun 09:49

Turizm
29 İyun 09:46

Siyasət
29 İyun 09:40

Gündəm
29 İyun 09:32

Xəbər lenti
29 İyun 09:21

Xəbər lenti
29 İyun 09:10

Dünya
29 İyun 00:06

Xəbər lenti
28 İyun 20:10

Xəbər lenti
28 İyun 19:04

Xəbər lenti
28 İyun 19:02

Xəbər lenti
28 İyun 17:58

Xəbər lenti
28 İyun 17:55

Xəbər lenti
28 İyun 17:47

Xəbər lenti
28 İyun 17:41

Xəbər lenti
28 İyun 17:14

Xəbər lenti
28 İyun 17:12

Xəbər lenti
28 İyun 16:43

Gündəm
28 İyun 15:40

İdman
28 İyun 15:35

Xəbər lenti
28 İyun 15:10

Siyasət
28 İyun 14:44

Xəbər lenti
28 İyun 14:42

Xəbər lenti
28 İyun 13:41

Xəbər lenti
28 İyun 13:03

Xəbər lenti
28 İyun 12:52

Xəbər lenti
28 İyun 12:20

Xəbər lenti
28 İyun 12:10

Mədəniyyət
28 İyun 12:02
