Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlətin güc, xalqın güvən mənbəyi

Dövlətin güc, xalqın güvən mənbəyi

02.07.2022 [09:30]

2 iyul peşəkar və fədakar asayiş keşikçilərinin günüdür

Azərbaycanda polis orqanlarının yaranmasından 104 il ötür

Heydər Əliyev: Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır

İlham Əliyev: Polisə olan hörmət dövlətə olan hörmətdir

Dövlətçilik tariximiz əlamətdar hadisələrlə zəngindir. 104 il əvvəl polis orqanlarının yaradılması da bu baxımdan xüsusi qeyd edilməlidir. Bu gün qürur və iftixarla “Azərbaycan polisi dövlətimizin güc, xalqımızın isə güvən mənbəyi, inam və etibar ünvanıdır” deyə bilirik.

Tarix yaxşı bələdçidir. Ölkəmizdə 1918-ci ildə yaradılan polis orqanlarının tarixinə nəzər saldıqda gözümüzün önündə şərəfli və nümunəvi inkişaf yolu canlanır.

Günümüzün reallıqlarına keçməmişdən öncə tarixi faktlara diqqət yetirək. Birinci mərhələ 1918-1920-ci illəri, yəni Xalq Cümhuriyyətinin mövcud olduğu dönəmi əhatə edir. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları həmin dövrdə ictimai asayişin, dövlətin milli mənafelərinin qorunması üçün fədakarcasına və əzmlə çalışıb, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etsə də, ölkəmizin hüquq-mühafizə orqanları fəaliyyətini davam etdirib, zəngin təcrübə əldə edib. “Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır” - deyən müdrik dövlət xadimi Heydər Əliyevin SSRİ dövründə respublikamıza rəhbərlik etdiyi vaxt (1969-1982-ci illər) daxili işlər orqanlarının təşkilati cəhətdən möhkəmlənməsi, kadr potensialının gücləndirilməsi, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Bununla yanaşı, sistemli mənəvi-psixoloji iş aparılması şəxsi heyətin milli ruhda formalaşmasını təmin edib. Bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq dəf edən nizami qüvvə daxili işlər orqanlarının bölmələri olub. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Müstəqillik illərində, daha dəqiq desək, Heydər Əliyevin xalqın etimadı əsasında hakimiyyətə gəldiyi 1993-cü ildən sonra daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyini təmin etmək və artırmaq üçün məqsədyönlü işlər görülüb. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunması isə yüksək diqqət və qayğının bariz nümunəsidir.  Prezident İlham Əliyev “Ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır”, - deyə vurğulayıb.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının daha da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu isə Azərbaycan polisinin peşəkar fəaliyyətini uğurla davam etdirməsinə dayanıqlı zəmin yaradıb.  Daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm xidmətlər göstərməsi bunun bariz nümunəsi - əyani ifadəsidir.

Müxtəlif fors-major situasiyalarda - istər müharibə zamanı, istərsə də pandemiya şəraitində Azərbaycan polisinin xidmətləri, polis əməkdaşlarının nümunəvi fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirilir. Xüsusi vurğulamaq gərəkdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük şanlı Vətən müharibəsində də yüksək vətənpərvərlik, qəhrəmanlıq və şücaət nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsində Vətənin bütövlüyü uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaratdılar. 44 günlük müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara təltif olunub, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Vətənin hər bir guşəsində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda daxili işlər orqanlarının əməkdaşları inamı və etimadı doğrultmaq üçün ləyaqətlə və əzmlə xidmət aparırlar.

Beləliklə, Azərbaycan polisi öz vəzifə borcunu uğurla yerinə yetirərək ictimai asayişin, sabitliyin qorunmasında fəal və müstəsna rol oynayır. Vətəndaşların da polis orqanlarına münasibəti bu reallığa adekvatdır. Bu isə sabitlik və təhlükəsizik mənbəyi olmaqla yanaşı, dövlətin gücünün - qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır”.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 144 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31