Azərbaycan keçid iqtisadiyyatını arxada qoyaraq yeni inkişaf mərhələsinə daxil olub
24.12.2010 [09:16]
Sürətli inkişaf dövrünü yaşayan müstəqil Azərbaycan dövlətinin postsosializm sistemindən indiki tərəqqi mərhələsinə gəlib çatması sistemli, davamlı və kompleks islahatların məntiqi nəticəsində mümkün olub. Respublikamız indiki inkişaf dövrünə çatana kimi böyük təkamül yolu keçib, institusional və funksional islahatların davamlığını təmin etməklə yüksək nailiyyətlər əldə edib. Azərbaycan keçid dövrü yaşayan postsovet ölkələri, xüsusilə də, Şərqi Avropa və Baltikyanı ölkələrlə müqayisədə bu mərhələni islahatları paralel şəkildə həyata keçirməklə və insanların sosial rifahının yüksəldilməsini əsas prinsip hesab etməklə arxada qoymağa nail olub.
Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olub. Təsadüfi deyil ki, məhz ümummilli liderin yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə siyasi sabitlik bərqərar olub, iqtisadi tənəzzülün qarşısı alınıb, atəşkəs əldə edilib, irimiqyaslı iqtisadi islahatlara başlanıb. Müstəqil dövlət quruculuğu prosesinə başlanılması fonunda iqtisadi tərəqqinin yeni istiqaməti müəyyənləşib, bu məqsədlə müvafiq inkişaf konsepsiyaları, sənəd və proqramlar qəbul olunub. Respublikamızda liberal iqtisadiyyatın inkişafı üçün zəruri olan bütün komponentlər təmin edilib.
ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev isə 2003-cü ildən başlayaraq mükəmməl iqtisadi model hazırlamaqla ölkəmizin inkişaf strategiyasını daha da zənginləşdirib. Dövlət başçısının inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. ölkəmiz ötən illər ərzində MDB dövlətləri arasında ən sürətli və əhatəli şəkildə bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların aparılması, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirib. ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və bu, dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun şəkildə aparmaq qətiyyətinin əyani təzahürüdür.
ölkəmiz əldə etdiyi sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempilə nəinki regionda, həm də dünya coğrafiyasında aparıcı yerlərdən birini tutur. Dövlət başçısının həyata keçirdiyi inkişaf strategiyası bütün iqtisadi və sosial bölmələrdə dinamikliyi təmin edib və kompleks, sistemli islahatlar geniş miqyas alıb. Bu islahatların əsas istiqamətlərindən biri də büdcə siyasəti ilə bağlıdır. Məlum olduğu kimi, büdcə sistemi, Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla, ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının icra olunmasının əsas maliyyə təminatı rolunu oynayır. ölkənin ali maliyyə sənədi olan büdcə layihəsi dövlətin iqtisadi, siyasi və sosial mənafelərini özündə əks etdirən mükəmməl strateji konsepsiya hesab olunur. Büdcənin rezervləri ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında da başlıca yer tutur. Büdcənin maliyyə mənbələri hesabına dövlətin strateji inkişaf planı həyata keçirilir, bu mərkəzləşdirilmiş resurslar ölkədəki bütün sferalar üzrə quruculuq işlərinin əsasını təşkil edir. Eyni zamanda, uzunmüddətli və davamlı layihələrin icrası üçün əsaslı zəmin yaradır.
Keçid iqtisadiyyatını arxada qoyan Azərbaycan ötən illər ərzində büdcə tərtibatı ilə bağlı heç bir problemlə üzləşməyib. Məlum olduğu kimi, keçid iqtisadiyyatının xarakterik əlamətlərindən biri maliyyə-büdcə-fiskal sahəsində, eləcə də, bank və investisiya bölmələrində vəsait qıtlığının və pul resursları ilə təminatda xarici kreditlərdən asılılığın olmasıdır. Bu sistemdən xilas ola bilməyən ölkələr həm büdcə tərtibatında, həm də investisiya layihələrində maliyyə çatışmazlığı ilə üzləşirlər. Büdcə tərtibatı zamanı yaranmış kəsirin xarici borc hesabına örtülməsi, xarici sərmayələr olmadan iqtisadiyyatı inkişaf etdirməyin çətinliyi həmin ölkələr üçün səciyyəvi əlamətlərdir. Azərbaycan isə qeyd olunan tendensiyalarla ötən əsrdə vidalaşıb. Respublikamız, faktiki olaraq, 1998-ci ildən başlayaraq büdcə vəsaitlərinin formalaşmasında xarici maliyyə resurslarının cəlb edilməsi amilindən imtina edib.
Prezident İlham Əliyevin rəhbərliyi altında yeni yüzillikdə Azərbaycan iqtisadiyyatı obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə ehtiva edən və irimiqyaslı islahatlarla müşayiət olunmaqla zamanın çağırışlarına cavab verən növbəti inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. 2004-2010-cu illər ərzində ümumi daxili məhsulun həcmi 3 dəfə artıb. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılıb və onun həcmi artıq 30 milyard dollara çatmaqdadır. Qeyd edək ki, hazırda ölkəmizin valyuta rezervlərinin həcmi xarici dövlət borcundan təxminən 9 dəfə çoxdur. Bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatındakı payı 77 faizə yaxındır.
Azərbaycanı qarşıdakı illərdə yüksək tərəqqi və sosial sıçrayışla müşayiət olunan inkişaf dövrü gözləyir. Bu illər ərzində ölkəmizin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək. İqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcəkdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

