Mavi Xəzərdən Qara dəniz sahillərinədək...
14.12.2022 [10:19]
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci üçtərəfli Zirvə görüşü
Mübariz FEYİZLİ
Tarixi bir dönəmdə yaşayırıq. Bir vaxtlar Türk dövlətlərinin məhz xalqların milli-etnik kimliyindən çıxış edərək vahid təşkilatda birləşəcəklərini, həmçinin öz aralarında ikitərəfli və çoxtərəfli platformalarda inteqrasiyanı dərinləşdirəcəklərini yalnız xəyal edə bilərdik. Bu gün isə qlobal miqyasda cərəyan edən geosiyasi reallıqlar fonunda Xəzər-Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Türk dövlətlərinin kənar vasitəçilər olmadan bir araya gəlmələri xüsusilə diqqət çəkir. Türk dövlətlərinin regional və qlobal əhəmiyyət daşıyan layihələri birlikdə reallaşdırmaları, iqtisadi, siyasi fəaliyyətlərini uzlaşdırmaları, beynəlxalq tədbirlərdə oxşar maraqlardan çıxış etmələri sevindirici haldır. Bütün bu kimi reallıqlar fonunda Azərbaycan, Türkiyə və Tür?mənistanın iştirakı ilə üçtərəfli platformanın formalaşması da böyük Türk birliyinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcək.
Prezidentlərin iradəsini ifadə edən siyasi dialoq
Azərbaycan, Türkiyə və Türkmənistanı üçtərəfli formatda bir araya gətirən çoxsaylı amillər sadalamaq mümkündür. Burada xalqlarımızın eyni kökdən boy ataraq şaxələnmələrini, oxşar mədəniyyətləri və mənəvi dəyərləri bölüşmələrini xüsusi qeyd edə bilərik. Müqəddəs İslam dini ölkələrimizi birləşdirən ən güclü dəyərlərdən biridir. Hər üç dövlətin siyasi iradəsi, yaxınlaşmaq istəyi də məhz bu kimi tarixi-mənəvi bağlılığa istinad edir. Deyə bilərik ki, bu gün üç ölkəni ortaq tarixi köklər və ortaq maraqlar birləşdirir.
Hazırda Azərbaycan, Türkiyə və Türkmənistan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Hər üç ölkənin liderləri tez-tez qarşılıqlı səfərlər edirlər, müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlirlər və əməkdaşlığın yeni perspektivləri ilə bağlı müzakirələr aparırlar. Üç ölkənin prezidentlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdıməhəmmədovun üçtərəfli görüşünün keçiriləcəyi məkan kimi isə Türkmənbaşı şəhəri seçilib. Bu, tarixə qardaş ölkə liderlərinin birinci Zirvə görüşü kimi düşəcək.
Zirvə görüşünə hazırlıq hələ bir müddət bundan əvvəl başlanıb. Belə ki, noyabrın 28-də Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada türkmənistanlı həmkarı ilə birgə mətbuat konfransında Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının üçtərəfli Zirvə görüşünə hazırlıq getdiyinin anonsunu edib. “Bu, çox faydalı olacaq. Qardaş xalqlar - türkmənlər, azərbaycanlılar və türkiyəlilər birlikdə böyük işlər həyata keçirə bilərik”. Bu fikri isə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ifadə edib.
Zirvə sammiti ərəfəsində Türkiyənin və Türkmənistanın yüksək səviyyəli rəsmilərinin Azərbaycandan olan həmkarları ilə də sıx təmasları baş tutub. Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirilib. Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Nəqliyyat məsələləri gündəlikdə
Üç ölkə arasında iqtisadi əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Xatırladaq ki, Türkiyə 761.4, Azərbaycan 48, Türkmənistan 48 milyard dollar nominal ÜDM-ə malikdirlər. Eyni zamanda, coğrafi yerləşmə ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsini mümkün və zəruri edir.
Üçtərəfli Zirvə görüşündən də gözləntilər kifayət qədər böyükdür. Nəqliyyat məsələləri üçtərəfli dialoqun əsas istiqamətlərindən birini təşkil edir. İndiki geosiyasi reallıqlar fonunda Azərbaycanın, Türkiyənin və Türkmənistanın coğrafi yerləşmələri tranzit daşımaları üçün çox əlverişlidir. Quru və su sərhədlərinə malik olan hər üç ölkə öz səylərini birləşdirməklə və fəaliyyətlərini uzlaşdırmaqla Avropa ilə Asiya arasında nəhəng nəqliyyat habı formalaşdıra bilərlər. Bunun üçün Azərbaycandan keçən və optimal infrastrukturla Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan Transxəzər marşrutu xüsusilə cəlbedicidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə daşımaları tez və ucuz həyata keçirtmək üçün yeni imkanlar yaranıb. Perspektivdə isə Zəngəzur dəhlizinin açılması gözlənilir. Azərbaycan və Türkiyə bu dəhlizin yaradılmasını güclü şəkildə təşviq edirlər. Türkmənistan da Transxəzər marşrutu ilə bu dəhlizə çıxış əldə edəcək.
Üçtərəfli enerji dialoqunun aktuallığı
Son illərdə enerji sektoru üçtərəfli əməkdaşlığın mühüm seqmentinə çevrilib. Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Əvvəllər Türkmənistan neft-qaz ixracını, əsasən, Rusiya üzərindən həyata keçirirdi. Qərbin şimal qonşumuza qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən indi bu mexanizm pozulub. Buna görə də Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tbilisi Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarılması təmin edilib. Ölkənin ixrac potensialı isə bundan xeyli çoxdur. Eyni zamanda, Azərbaycan və Türkiyə Türkmənistandan daha böyük həcmlərdə neft qəbul edib onun tranzitini həyata keçirməyə hazırdırlar.
Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Bu sahədə də zəngin potensialı olan dost Türkmənistan çətinliklərlə üz-üzədir. Səbəblər eynidir. Vəziyyətdən real çıxış yolu Transxəzər boru kəmərinin çəkilməsidir. Bu boru kəməri Türkmənistanın mavi yanacaq şəbəkəsini yenə də Azərbaycan və Türkiyədən keçib Avropanın mərkəzi hissəsinədək uzanan Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Hazırda Azərbaycanla Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizinin TANAP və TAP seqmentlərinin genişləndirilməsi üzrə müzakirələr aparılır. Azərbaycan Transxəzər kəmərinin çəkilməsinə siyasi dəstək göstərir. Türkmənistan qazının Xəzər üzərindən Azərbaycan sahillərinə tankerlərlə çatdırılması da gündəlikdə duran məsələlər sırasında yer alır.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

