Sevincdə də, kədərdə də yanaşı...
28.02.2023 [10:09]
Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir
Mübariz ABDULLAYEV
Azərbaycan və Türkiyə arasındakı münasibətləri belə səciyyələndirmək mümkündür: Dostluğu, qardaşlığı simvolizə edən münasibətlər. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında hər iki dövlətin qətiyyətli siyasi iradəsi və cəmiyyətlərin istəyi əsasında bərqərar olan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu münasibətlərə hansısa bir formada zərər vura bilməyib.
Ötən dövrdə gözəl bir ənənə formalaşıb: Azərbaycan Prezidenti İlham Əliyev xalqın yüksək etimadını qazanaraq hər dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə reallaşdırır və “qardaşım” deyə müraciət etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür. Eyni jest, həmçinin Rəcəb Tayyib Ərdoğan tərəfindən edilir. Deyə bilərik ki, prezidentlər səviyyəsində başlanan bu gözəl ənənə digər dövlət qurumlarının rəsmilərinə də sirayət edib. Diqqəti çəkən əsas məqamladan biri də ondan ibarətdir ki, Azərbaycan Prezidenti
İlham Əliyev Türkiyədə, qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə respublikamızda həmişə əziz qonaq kimi gözlənilir və onlara böyük hörmət, ehtiram göstərilir. Təkcə bu fakt Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının nə qədər səmimi olduğunu əyani şəkildə təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də növbəti dəfə qardaş Türkiyədə işgüzar səfərdə olub. Bu dəfə dövlətimizin başçısının Türkiyəyə səfəri heç də xoş günlərə təsadüf etməyib. Fevralın 6-da qardaş ölkənin 10 vilayətində baş verən zəlzələnin miqyası çox böyükdür. Mütəxəssislər zəlzələnin dərinliyinin 7 kilometri əhatə etdiyini və enerji tutumunun 500 atom bombası gücünə bərabər olduğunu bildirirlər. İlkin hesablamalara görə, zəlzələ nəticəsində 8 minə qədər bina dağılıb, 13 minədək bina ciddi zədələnib. Təbii fəlakət 40 mindən çox insanın həyatına son qoyub, 150 mindən çox insan isə digər vilayətlərə təxliyə olunub. Statistika dəyişir. Ölən və yaralı sayının artacağı da istisna deyil.
Bir-birlərinə qardaşlıq münasibətləri bəsləyən İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın budəfəki görüşünün əsas müzakirə mövzusu da zəlzələ olub. Fevralın 25-də prezidentlərin görüşü baş tutub. Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib.
Türkiyəyə ilk dost əli uzadan Azərbaycan oldu
Zamanında ulu öndər Heydər Əliyev ölkələrimiz arasındakı münasibətləri belə səciyyələndirib: “Bir millət, iki dövlət”. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk isə deyib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. İki dahi liderin ifadə etdiyi bu fikirlər ağır sınaq günlərində bir daha təsdiqini tapır. Azərbaycan qardaş ölkənin üzləşdiyi faciəni özününkü kimi qəbul edib. Yuxarıda bəhs olunan görüşdə Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təbii fəlakətlə üzləşən qardaş ölkəyə hərtərəfli yardım göstərir. İndiyədək Fövqəladə Hallar Nazirliyinin (FHN) xətti ilə Türkiyəyə 700-dən çox xilasedici, böyük heyətdən ibarət tibbi personal, xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid konteynerlər, səhra mətbəxi, generatorlar, nasos stansiyaları, tibbi avadanlıqlar, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, humanitar və ərzaq yardımları çatdırıb. Həmçinin Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Bir neçə gün bundan əvvəl FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə həmin bölgəyə yola düşüb. Nazirliyin mətbuat xidmətindən KİV-ə bildirilib ki, FHN-in xilasediciləri Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından, ümumilikdə, 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Prezident İlham Əliyevin tapşırıqları əsasında təbii fəlakət bölgəsində bir neçə çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib. İndiyədək FHN-in Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 319-u uşaq olmaqla 1623 nəfərə tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir. Çadırlarda yaşayan və müxtəlif tibbi yardımla əhatə olunan insanlar göstərilən dəstəyə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.
Azərbaycanda qardaş Türkiyəyə yardım kampaniyasına elə ilk günlərdən Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da qoşulub. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Fondun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. Mehriban
xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən hazırlanan yardımlar yük təyyarələri ilə zəlzələ bölgəsinə çatdırılıb. Fond tərəfindən göndərilən humanitar yükə faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir. Fondun rəhbəri Mehriban
xanım Əliyeva özünün rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşım edib. “Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”, - deyə paylaşımda vurğulanıb.
Öz növbəsində Türkiyə dövləti və cəmiyyəti tərəfindən Azərbaycanın qardaş dəstəyi yüksək dəyərləndirilir. Görüşdə Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Müxtəlif sahələrdə dinamik əməkdaşlıq
Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə söhbət əsnasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. İkitərəfli çoxvektorlu əlaqələrin uğurla inkişaf etməsi məmnunluq doğurur. Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
İki qardaş ölkə arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq uğurla genişlənir. Ölkələrimiz arasında qarşılıqlı inamın ifadəsi olaraq investistisiya qoyuluşu geniş vüsət alıb. İndiyə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,5 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dolları investisiya qoyub. Hazırda Türkiyədə 2 000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4 100-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir. 25 fevral 2020-ci il tarixində iki ölkə arasında güzəştli ticarətin təşviqi məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS)” imzalanıb. Azərbaycanla Türkiyə arasında enerji dialoqu getdikcə genişlənir. İki ölkənin tərəfdaşlarla reallaşdırdığı enerji və nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49

