“Təminat” istəyənlərin nəzərinə...
15.03.2023 [10:00]
Sözümüz imzamızdır!
Şəxsi maraqlarının əsirinə çevrilənlərə: reallıq dəyişib...
2020-ci il Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarının azad olunmasını təmin etdi. Rəsmi İrəvan isə ötən ilin oktyabrında həm Praqa, həm də Soçi görüşləri zamanı Azərbaycanın ərazi bütövlüyünü tanımaqla öz mövqeyini ortaya qoydu - beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağ üzərindəki suveren hüquqlarını qəbul edir. Azərbaycan dövləti hər zaman bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ən mühüm amildir.
Ötən dövr ərzində sülhün tərəfdarı olduğunu bir daha ortaya qoyan Azərbaycan Qarabağdakı erməni vətəndaşlarımızın reinteqrasiyası üçün münbit zəmin formalaşdırıb - Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsi müəyyənləşdirilib və bu qismdə artıq Xocalı şəhərində bir dəfə görüş də baş tutub. İkinci görüşün isə Bakıda baş tutması planlaşdırılır. Amma yenə də Qarabağdakı ermənilər adından danışmağı özünə adət etmiş bəzi destruktiv qüvvələr buna mane olmağa çalışır. Deyəsən, ölkəmizin humanist davranışı, sülhpərvər mövqeyi bəzi şəxslərdə və ya “qurumlarda” düzgün başa düşülməyib.
Reinteqrasiya yeganə yoldur...
Bəli, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Eyni zamanda, Azərbaycan Qarabağdakı ermənilərin içindən çıxmış və onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə danışmağın lehinədir. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər.
“Qarabağ münaqişəsi” artıq tarixdir...
Xankəndidəki destruktiv maraqlara malik olan bəziləri isə yenidən Qarabağdakı erməni vətəndaşların adından danışıb və Prezident Administrasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildiriblər. Xatırladaq ki, Bakıda keçirilməsi təklif edilən görüşdə iki məsələnin müzakirə ediləcəyi açıqlanmışdı: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələri.
Qarabağdakı erməni vətəndaşlarımızın hədə-qorxu yolu ilə gözünü qorxudan və öz şəxsi maraqlarından çıxış edərək bu görüşün baş tutmasına mane olmağa çalışan həmin şəxslər və ya dairələrin niyyətləri bəllidir. Rusiya sülhməramlılarına sığınaraq özlərinin şəxsi mənafeyindən çıxış edən belələri anlamırlar ki, artıq regiondakı reallıqlar dəyişməyəcək. Hətta bəzi xarici təsirlər də artıq bu məsələdə heç bir rol oynaya bilməz. Yəni, sülh danışıqları Ermənistan ilə Azərbaycan arasında gedəcək və Qarabağın erməni icmasının reinteqrasiyası Azərbaycanın daxili işidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə dediyi kimi, Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb.
Sabitlik adası təhlükəsizliyə qarantdır!
Azərbaycan hər zaman bəyan edib ki, Qarabağ və orada yaşayan vətəndaşlarımızla bağlı məsələ daxili işimizdir. Eyni zamanda, Azərbaycan bəyan edib ki, Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Bu məsələ ilə bağlı fikir bildirərkən Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Ermənistan isə hazırki situasiya ilə bağlı yeni manipulyasiyalara əl atmaqla prosesi ləngitmək istəyində olduğunu ortaya qoyur. Məsələn, dünən keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın erməni icmasının Bakıdan “qayıtma qarantı”na ehtiyac olduğunu deyib. O, hətta bununla bağlı “beynəlxalq təminat” arzusunda olduğunu dilə gətərib.
Azərbaycanın sözü imzasıdır və bu hər zaman fakt olaraq sübuta yetirilib. Dünyada sabitlik adası kimi şöhrət tapan ölkəmiz haqqında danışarkən hər kəs bir məqamı xüsusi vurğulayır - Azərbaycan kimi sakit, sabit, hüquqa söykənən dövlətlərə az-az təsadüf edilir. Beləliklə, Nikol Paşinyan hər kəsi “öz arşını” ilə ölçməməlidir. Verdiyi sözlərə, götürdüyü öhdəliklərə riayət etməyən məhz Ermənistandır. Eyni zamanda, regionda sabitliyin və tühləksizliyin formalaşmasına da ən böyük təhdid məhz Ermənistandır...
Qarabağdakı erməni vətəndaşlarımız anlamalıdırlar ki...
Qarabağda yaşayan sıravi ermənilər anlamalıdırlar ki, onlar bəzi destruktivlərin onların üzərinə qurulan oyunlarının qurbanına çevriliblər. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan onlardan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirdilər, sərvət sahibinə çevrildilər. Qarabağda yaşayan sıravi ermənilər isə onların bu ambisiyasının girovuna və qurbanına çevrildilər. İndi də sıravi ermənilər üzərlərindən qurulan yeni oyunlara sövq edilirlər və tədbirli olmasalar, bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar. Bütün destruktiv qüvvələrə etiraz edərək Azərbaycan dövlətinin təklif etdiyi humanist prinsiplərə bağlılıq göstərilməlidir. Qarabağın erməni vətəndaşları 30 ilə yaxındır ki, məlum hədələrin altında yaşamağa məcbur ediliblər - amma indi vəziyyət başqadır. Azərbaycan dövləti bütövlükdə, prosesə nəzarət edir. Heç kim unutmamalıdır ki “dəmir yumruq” öz yerindədir və “israr edənlər” Azərbaycanın “dəmir yumruğunu” növbəti dəfə görə və dada bilərlər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

