Orta Dəhlizdə biznes maraqları
13.04.2023 [10:18]
Mübariz ABDULLAYEV
Prezident İlham Əliyevin aprelin 10-da dost Qazaxıstana baş tutan uğurlu rəsmi səfəri çərçivəsində keçirilən tədbirlərdə ölkəmizin iqtisadi potensialı geniş təqdim olunub. Azərbaycan son iyirmi ildə milli iqtisadiyyatda yüksək inkişaf dinamikasına nail olan ölkədir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatlar, o cümlədən biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, paytaxtda və regionlarda müasir infrastruktur qurulması respublikamızın investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın tranzit daşımaları nöqteyi-nəzərindən əlverişli coğrafi mövqeyi də ölkəmizin reytinq sıralamalarında mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir. Respublikamızın ərazisindən beynəlxalq səviyyəli Şərq-Qərb, Şimal-Cənub marşrutları seçir. Azərbaycan hər iki marşrutun aparıcı halqasını təşkil edir. Bunlar tarixən formalaşan və inkişafına ölkəmizin mühüm töhfələr verdiyi ənənəvi marşrutlardır. Son vaxtlarda isə məlum geosiyasi reallıqlar fonunda Avrasiyada diqqət mərkəzinə gələn Orta Dəhlizə böyük maraq yaranıb. Azərbaycan bu dəhlizdə də açar ölkə qismində çıxış edir.
Cənubi Qafqazda və Mərkəzi Asiyada böyük iqtisadiyyatlara malik iki ölkə
Azərbaycan və Qazaxıstan Cənubi Qafqazda və Mərkəzi Asiyada böyük iqtisadiyyatlara malik ölkələrdirlər. Qazaxıstan 181.7, Azərbaycan 48 milyard dollar nominal ÜDM-ə malikdirlər. 2022-ci ili Qazaxıstan və Azərbaycan xarici ticarətdə müsbət saldo ilə başa vurublar. Belə ki, dost ölkənin ticarət balansı 34 350,4 milyon, respublikamızın ticarət balansı isə 27 132,3 milyon dollar təşkil edib. İkitərəfli ticarət dövriyyəsi də uğurla genişlənir. Ötən il Qazaxıstan ilə ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Artım cari ildə də davam edir. 2023-cü ilin yanvar-fevral aylarında qarşılıqlı ticarət dövriyyəsi 15 faizə yaxın artıb.
Təbii ki, Azərbaycanın və Qazaxıstanın qarşılıqlı iqtisadi əlaqələri, o cümlədən ticarət dövriyyəsini genişləndirmək üçün imkanları daha genişdir. Bəhs olunan səfər çərçivəsində aprelin 10-da hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Astana Beynəlxalq Maliyyə Mərkəzində baş tutan tədbirdə Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qarşılıqlı iqtisadi əlaqələri genişləndirməyə maraqlı olduqlarını diqqətə çatdırıblar. Astana Beynəlxalq Maliyyə Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas funksiyaları Qazaxıstan iqtisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərilməsi, ölkənin maliyyə sahəsinin, o cümlədən fond bazarının inkişaf etdirilməsi və beynəlxalq kapital bazarlarına inteqrasiya olunmasıdır.
2023-cü il martın sonunda Mərkəz vasitəsilə cəlb olunan investisiyaların həcmi 8,1 milyard ABŞ dolları təşkil edib. Onun yurisdiksiyasında 73 ölkədən 1800-dən çox şirkət qeydə alınıb. Maliyyə Mərkəzinin vergi rejiminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı qlobal standartlarına uyğun olduğu təsdiq edilib. Bildirildiyi kimi, hazırda Maliyyə Mərkəzinin yurisdiksiyasında dünyanın 300 texnoloji, İKT və finteks şirkətləri, o cümlədən “Amazon Data Services Kazakhstan”, “Minebest”, “Bitfury”, “OneWeb”, “Binance” və digər qlobal şirkətlər qeydiyyata alınıb. Tədbirdə Prezident İlham Əliyev sərmayədarların sərbəst fəaliyyəti üçün etibarlı və münbit investisiya mühitinin əhəmiyyətini xüsusi vurğulayıb.
Orta Dəhliz boyunca biznesin inkişaf perspektivləri
Astana Beynəlxalq Maliyyə Mərkəzində yüksək səviyyəli rəsmilərin qatıldığı tədbirdə Prezident İlham Əliyev Orta Dəhlizin inkişaf etdirilməsi ilə bağlı strateji baxışlarını ifadə edib. Orta Dəhlizlə bağlı müzakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı bildirib ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaşdırılması üçün nümayəndə heyətlərinin səfərlərinin önəmini qeyd edib. “Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk”, - deyən Prezident İlham Əliyev Qazaxıstanın işgüzar dairələrinin nümayəndələrini ölkəmizə səfərə dəvət edib.
Orta Dəhlizin biznes imkanları müxtəlif amillərlə şərtlənir. Bunlardan bir neçəsinə diqqət çəkək:
-İştirakçı ölkələrin üst-üstə düşən siyasi iradələri.
Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.
-İştirakçı dövlətlərin sayının çox olması, çoğrafiyanın genişliyi. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb. Sonrakı illərdə layihə Ukrayna, Rumıniya və Polşanın hesabına genişləndirilib. Bu dəhliz hazırda özündə 9 ölkəni birləşdirir. Dəhlizin nəqliyyat imkanlarından isə 15 ölkənin yükdaşıma şirkətləri istifadə edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca 60-a yaxın ölkə yerləşir. Həmin coğrafiyada ,ümumilikdə, 4,5 milyard insan yaşayır.
-Marşrutun iqtisadi dividendləri.
Hazırkı geosiyasi gərginliklər şəraitində beynəlxalq daşıyıcılar Orta Dəhliz vasitəsilə öz tranzit marşrutlarını şaxələndirməyə çalışırlar. Bu, həm iqtisadi, həm də təhlükəsizlik üçün vacibdir. Marşrut Qafqaz və Mərkəzi Asiya üçün yeni ticarət imkanları açmaq potensialına malikdir və real alternativdir. Bu, dəhliz boyunca yerləşən ölkələrin iqtisadi potensialını artırmağa kömək edəcək və onun keçdiyi ölkələrdə, o cümlədən Cənubi Qafqazda logistika və nəqliyyat qovşaqlarının inkişafına, yeni iş yerlərinin yaradılmasına dəstək verəcək.
-Məsafənin qısalığı, vaxt itkisinin az olması.
Hesablamalar göstərir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu mənada Orta Dəhliz öz imkanları ilə şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm zəncirlərindən biri ola bilər.
-Beynəlxalq maliyyə qurumlarının dəstəyi.
Orta Dəhlizin inkişafı və funksionallığının təmin edilməsi yeni layihələrə böyük həcmlərdə investisiya qoyuluşu tələb edir. Yaxşı haldır ki, beynəlxalq maliyyə qurumları yüksək biznes cəlbediciliyinə malik Orta Dəhlizin inkişaf etdirilməsinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) öz müştərilərinə anbarların tikintisi, Gürcüstanda liman infrastrukturunun təkmilləşdirilməsi və Qazaxıstanda dəmir yollarına sərmayə yatırmaq kimi müxtəlif layihələr vasitəsilə Mərkəzi Asiyanın Cənubi Qafqazla əlaqələndirilməsinə fəal şəkildə dəstək verir. AYİB həmçinin Azərbaycana Orta Dəhliz boyu idxal, ixrac və tranzit imkanlarını artırmağa kömək etmək üçün fəallıq göstərir. Qurum bir qədər bundan əvvəl özəl logistika şirkətinə Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında anbar tikintisi üçün kredit ayırıb və Orta Dəhliz boyu kiçik və orta biznes üçün logistik investisiyaları dəstəkləyib.
-“Bir pəncərə” sisteminin tətbiqi. İştirakçı ölkələr arasında koordinasiyalı fəaliyyətin təmin olunması Orta Dəhlizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Xəbər verildiyi kimi, martın 15-də Bakıda Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib və bidirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır. Tədbirdə iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri tərəfindən “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib.
Orta Dəhlizin inkişafında Azərbaycanın fəal rolu
Azərbaycan Orta Dəhliz üzərində açar ölkə olaraq onun inkişafına sanballı töhfələr verir. İlk növbədə onu qeyd edək ki, son 20 ildə Azərbaycanda bütün ölkə boyunca, o cümlədən də beynəlxalq marşrutlar üzrə yol-nəqliyyat infrastrukturu əsaslı şəkildə yenilənib. Bu gün respublikamız Xəzərdə və Cənubi Qafqazda ən güclü dəniz və hava donanmasına malikdir. Son illərdə ölkənin dəmir yollarında əsaslı yenidənqurma işləri aparılıb, texnika parkı yenilənib. Güclü dövlət olan Azərbaycan Xəzər sahillərində ən böyük limanın inşasına nail olub. Ələtdə yaradılan bu liman hazırda ildə 15 milyon ??? yük aşırmaq imkanına malikdir. Artan tələbat nəzərə alınmaqla limanın yükaşırma imkanlarının ildə 25 milyon tona çatdırılması nəzərdə tutulub və artıq yeni layihələrin icrasına start verilib. Orta Dəhlizin ən önəmli seqmentlərindən birini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu məhz ölkəmizin moderatorluğu ilə inşa olunub. Qısa müddətdə Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitin hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir.
Ən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə sayəsində yaratdığı yeni reallıqlar Orta Dəhlizin inkişafına geniş fürsətlər açıb. Zəngəzur dəhlizi Orta Dəhlizin davamı olacaq və digər marşrutlara da inteqrasiya ediləcək. Bu dəhlizin istifadəyə verilməsi ilə Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan yaranacaq. Azərbaycan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı üzərinə düşən öhdəliklərə böyük məsuliyyətlə yanaşır. İndiyədək respublikamızın ərazisində Horadiz-Ağbənd yolunun 38, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun isə 74 faizi tikilib və bu yolların 2025-ci ildə istismara verilməsi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52

