Üçüncü dəfə qardaş ölkədə...
02.05.2023 [10:00]
Prezident İlham Əliyev: Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır
Çox doğru olaraq Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi sayılır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Azərbaycan və Türkiyənin yeni bağlarla möhkəmlənən qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. Bütün taleyüklü məqamlarda Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olur. Bunu “TEKNOFEST” aerokosmik və texnologiya festivalınin timsalında da izləyə bilərik. Bir il öncə “TEKNOFEST” festivalı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda da keçirildi. Bu il aprelin 29-da Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən “TEKNOFEST”ə qatılıblar. Dövlətimizin başçısı tədbirdəki çıxışında ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən, həmçinin respublikamızda Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət və ehtiram bəslənildiyindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!
Bugünkü Türkiyə
Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətcə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə Azərbaycanda da çox sevilən Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Əlamətdar haldır ki, regionda qardaş ölkənin önəmi, rolu getdikcə artır. Dünya liderləri Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə razılaşır və Ona böyük hörmət bəsləyirlər. Təkcə son vaxtlarda Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın kritik müdaxiləsi sayəsində bir sıra regional və qlobal məsələlərin həllində ortaq məxrəcə gəlinərək razılaşmalar əldə olunub.
Prezident İlham Əliyev çıxışında Türkiyənin sənaye inkişafına diqqət çəkib. Bildirildiyi kimi, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türkiyə Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Qardaş ölkənin müdafiə sənayesi hazırda bütün dünya tərəfindən qəbul edilir. İinkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.
Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Ötən ilin sonlarında Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. Cari ilin aprelində bu reaktiv pilotsuz qırıcının dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb. Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın kütləvi istehsalına başlanılması planlaşdırılır. İndiyə qədər iki prototipi hazırlanan “Bayraktar Kızılelma”nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilib. “Bayraktar Kızılelma”nın texniki parametrləri kifayət qədər genişdir. Bu reaktiv qırıcı hava-yer əməliyyatları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə həm də hava-hava tipli döyüş aparmaq imkanına malikdir. “Bayraktar Kızılelma”nın qısa uçuş-enmə zolağı gəmilərindən qalxma və enmə qabiliyyəti ilə döyüş meydanında inqilab edəcəyi gözlənilir. 8,5 ton qalxma çəkisi və 1 min 500 kiloqram yük daşıma qabiliyyətinə malik “Bayraktar Kızılelma” yerli istehsal olan sursatlardan istifadə edəcək.
Cari ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edilib ki, “Kızılelma”, “Hürjet” və “Bayraktar TB2” gəminin platformasına eniş edə biləcək. “TCG Anadolu” dünyanın hər yerində hərbi əməliyyatlar aparmaq imkanlarına malikdir. Xatırladaq ki, hərbi gəminin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.
Dünyada bu miqyasda gəmiləri olan 12 ölkə var. “TCG Anadolu”nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Gəminin uçuş göyərtəsinə 10 helikopter və ya 11 PUA yerləşdirilə, anqarda isə 19 helikopter və ya 30 PUA daşına bilər. Gəmi 1223 şəxsi heyəti qəbul edəcək.
Cari il aprelin 4-də daha bir əlamətdar hadisə yaşanıb - Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
Qeyd edək ki, “Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
Türkiyənin son illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu idarəçiliyi sayəsində imza atdığı belə texnoloji yeniliklərin siyahısı çox uzundur. Bütün bunlar isə qardaş ölkənin müasir dövlət kimi inkişaf etdiyini əyani şəkildə təsdiqləyir. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur”, - deyə Prezident İlham Əliyev “TEKNOFEST”dəki çıxışında bildirib.
Azərbaycanın və Türkiyənin bir-birinə qardaşlıq dəstəyi
Əsl dost dar gündə tanınar, deyiblər. Azərbaycan və Türkiyə də bütün çətin anlarda bir-birinin yanında olurlar. Qardaş ölkə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Cari ilin fevralında qardaş ölkə dəhşətli zəlzələ ilə silkələndi. Azərbaycan bu çətin günlərdə Türkiyəyə ilk yardım əli uzadan ölkə olub. Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 7-də ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə göndərilib. Daha sonra isə növbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib. Fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Respublikamızdan Türkiyənin zəlzələ bölgələrinə dəfələrlə humanitar yardımlar göndərilib. Bundan başqa, birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu da Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyası həyata keçirib.
Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Azərbaycanın və Türkiyənin dövlət başçıları Kahramanmaraşda respublikamızın inşa edəcəyi evlərin təməlini qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”dəki çıxışında dəstəyə görə Azərbaycana bir daha dərin minnətdarlığını ifadə edib: “Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı”.
Şuşa Bəyannaməsi ilə möhkəmlənən müttəfiqlik
Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamədə iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Prezident İlham Əliyev belə bir mühüm sənədin Şuşada imzalanmasının önəminə diqqət çəkərək vurğulayıb: “Eyni zamanda, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51

