Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Növbəti görüş yeri - BRÜSSEL

Növbəti görüş yeri - BRÜSSEL

03.06.2023 [11:30]

Münasibətlərin normallaşması prosesi yeni mərhələyə qədəm qoya bilər

44 günlük Vətən müharibəsinin bitməsinin ardından başlayan sülh prosesi artıq yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri iki ölkə arasında münasibətlərin normallaşma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ümumiyyətlə, Brüssel sülh formatı özünün mühüm məqamları ilə diqqət çəkir - məsələn, bu il mayın 14-də məhz bu format əsasında baş tutan görüşdə Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmişdi və 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın ərazisinin toxunulmazlığına birmənalı sadiqliyini təsdiqləmişdi. Sülh gündəliyi ikitərəli münasibətlərin inkişafı istiqamətində də mühüm müsbət impulslarla da yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi nəzərdə tutulur və bu danışıqların prosesin inkişafına töhfələr verəcəyinə inam ifadə edilir.

İyulda yeni görüş planlaşdırılır

Yeri gəlmişkən, iyunun 1-də Kişinyovda keçirilən qeyri-rəsmi görüşdən sonra mətbuata açıqlamasında Aİ Şurasının prezidenti Şarl Mişel iyulun 21-də Brüsseldə növbəti toplantının keçiriləcəyinin anonsunu verib: “Biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında keçirilmiş qeyri-rəsmi görüşlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.

Azərbaycanın mövqeyi şəffaf və ədalətlidir

Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sonuncu Brüssel görüşü zamanı əldə edilmiş müsbət implusun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa səaslanan Azərbaycanın ədalətli mövqeyi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanı yaradır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallıqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə ist?mədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq və nümayiş etdirdiyimiz humanist mövqe məhz bu tezisə əsaslanır.

Ermənistan konstruktiv mövqeyə gəlməlidir...

Təbii ki, normallaşma prosesi iki tərəf arasında inkişaf edən prosesdir və sülhün formalaşması üçün hər iki tərəf eyni dərəcədə səy göstərməlidirlər. Təəssüfləndirici haldır ki, Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışıb. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. Təsadüfi deyil ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, manipulyasiyalar etməklə nələrəsə nail olmaq fikrindədir. Bu fakt hətta Ermənistanın siyasi rəhbərliyi tərəfindən də zaman-zaman etiraf olunur. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.

Azərbaycanın isə sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xətti” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər.

Yenidən Brüsselin seçilməsinin səbəbləri...

Beləliklə, yenidən görüş yerinin Brüsselə təyin edilməsi prosesin müsbət axarda inkişafına müəyyən ümidlər yaradır. Müsbət nəticələrin əldə olunması üçün isə zəmin mövcuddur -  beynəlxalq aləm, beynəlxalq güclər məsələnin həlli prosesini diqqətdə saxlayır, tez bir zamanda sülhə nail olunmasına çalışır. Bu da təsadüfi deyil. Beynəlxalq aləmin sülhə nail olunması üçün göstərdiyi səylər Azərbaycanın regionda yaratdığı yeni geosiyasi, o cümlədən iqtisadi reallıqlara əsaslanır. Bu gün beynəlxalq iqtisadi münasibətlərdə yeni mərhələ formalaşdıracaq Orta Dəhliz layihəsinin inkişafı bütün dövlətlər tərəfindən dəstəklənir. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi isə dünya dövlətlərinin, xüsusilə Avroasiyanın ticarət imkanlarını, dövriyyəsini artıracaq. Azərbaycan isə aktuallığı gündən-günə artan Orta Dəhliz üzrə ən mühüm logistik mərkəzlərdən biridir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına  mümkün olacaq. Beləliklə, dünya dövlətləri Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - bu, bütövlükdə Cənubi Qafqazın həyatında yeni mərhələ formalaşdıracaq. Ermənistan isə əlinə dünə bu fürsətdən maksimum yararlanmalı, sülhün qısa müddətdə formalaşması üçün bütün səylərini ortaya qoymalıdır.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31