Şuşadan edilən xəbərdarlıq
25.07.2023 [10:33]
Azərbaycan 44 günlük müharibəni şanlı Zəfərlə başa vurub və təxminən 30 il ərzində düşmənin nəzarəti altında qalan torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünə nail olub. Bununla belə, postmüharibə dövründə də Müzəffər Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılması respublikamızın gündəliyinin mərkəzində dayanan prioritetlər sırasında dayanır. Prezident İlham Əliyev bu günlərdə mədəniyyət paytaxtımızda baş tutan “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkəmizdə postmüharibə dövründə Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi həssaslıqla yanaşıldığına diqqət çəkərək bir sıra mesajlarını verib. “Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ordunun daha da möhkəmləndirilməsinə ehtiyac var
Bəs 44 günlük müharibəni şanlı Zəfərlə başa vuran, həm texnika ilə təchizat, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından yüksək səviyyədə olan Azərbaycan Ordusunun indiki mərhələdə daha da gücləndirilməsini şərtləndirən amillər hansılardır? Sualın cavabı olaraq bir sıra məqamlara diqqət çəkə bilərik. 44 günlük müharibədə qazanılan Qələbə sayəsində Azərbaycan xaricdən gözlənilən əsas təhlükənin qarşısını alıb. Müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya uğradaraq diz çökdürüb. Bununla belə, biz unutqan olmamalıyıq. Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamızda hökm sürən xaosdan istifadə edərək kürəyimizə bıçaq sancdı - havadarlarının köməyi ilə ərazilərimizin təxminən 20 faizini öz nəzarəti altına aldı və 30 il ərzində burada qanunsuz fəaliyyətlər həyata keçirdi. Düşmənə bir daha belə fürsət verməməliyik.
Ordunun gücləndirilməsinə həssas yanaşma sərgilənməsini şərtləndirən digər bir mühüm amil müharibədən sonrakı dövrdə Ermənistanda və Rusiya sülhməramlı kontingentin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində revanşistlərin fəallaşması ilə bağlıdır. Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə də respublikamız hər hansı bir ssenariyə hazır olmalıdır. İndiki mərhələdə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür”.
Ordumuz üç il bundan əvvəlkindən daha güclüdür
Postmüharibə dövründə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Orduda aparılan islahatlar müxtəlif istiqamətləri əhatə edir. İlk növbədə onu vurğulayaq ki, Orduya ayrılan xərclər postmüharibə dövründə də büdcənin əsas xərc istiqamətlərindən birini təşkil edir. Bunu 2023-cü ilin büdcəsinin timsalında da izləyə bilərik. Xatırladaq ki, hələ ötən ilin sonlarında parlamentdə qəbul olunan 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulmuşdu. Lakin uğurlu siyasətin məntiqi nəticəsi olaraq ötən yarım ildə dövlət büdcəsinə proqnozlardan əlavə 3 milyard manat vəsait cəlb olunub. Beləliklə də, dövlət büdcəsində dürüstəşdirmə aparıldı. Büdcəyə cəlb olunan əlavə vəsaitlərin 1 milyard 105 milyon manatı məhz ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldildi.
Postmüharibə dövründə Orduda aparılan islahatlar çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət göstərilir. Qısa müddətdə Milli Müdafiə Universiteti yaradılıb. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut yaradılıb: Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey də Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.
Eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında milli Ordunun tərkibində yeni Komando birlikləri yaradılır. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Silahlı Qüvvələrimizin postmüharibə dövründə daha da güclənməsindən qürur hissi ilə söhbət açan Prezident İlham Əliyev “Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44

