Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 7 ayda 5-ci zəng...

7 ayda 5-ci zəng...

01.08.2023 [10:32]

ABŞ Azərbaycanın təşəbbüsünü dəstəkləyir

Vaşinqton Ağdam-Xankəndi yolunun önəmini vurğulayır

ABŞ Dövlət katibi Antoni Blinken növbəti dəfə Prezident İlham Əliyevə zəng edib

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu həm danışıqlar prosesinə olan maraq, həm də son baş verənlərə reaksiyalar təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması prosesi iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə inkişaf etdirilsə də, sülh gündəliyi ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da ortaya qoyur. Əslində son baş verənlərə münasibət hər şeyi özündə əks etdirir. Laçın dövlət sərhəd buraxılış məntəqəsində baş verənlər, ermənilərin davamlı təxribat cəhdləri, məntəqə ilə bağlı aparılan siyasi manipulyasiyalar Ermənistanın stabilliyin bərqərar olmasına mane olduğunun göstəricisi sayıla bilər.

Qeyd edək ki, iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub.

Bölgəni hərbi gərginlik mənbəyinə çevirənlər...

Telefon danışığı zamanı Prezident İlham Əliyev Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.

Ortada olan bir sıra faktlar sülh prosesinin uğurla nəticələnməməsinin səbəblərinin aşkar göstəricisidir. Bu faktlardan biri və bəlkə də birincisi Ermənistanan siyasi riyakarlığı, sülh və təhlükəsizlik arxitekturasının qurulmasına vurduğu zərbədir. Düzdür, keçirilən görüşlərdə siyasi rəhbərlik sülh danışıqları və digər məsələlər haqda pafoslu fikirlər səsləndirsələr də, bu, real əməldə görünmür. Məsələn, ötən ayın 15-də Laçın dövlət sərhəd buraxılış məntəqəsi atəşə tutulmuşdu. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdı.

İyunun 27-də isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulmuşdu. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanmışdı. Təbii ki, Azərbaycan Ordusu bu kimi hərbi təxribatlara layiqincə cavab verir - məsələn, “Qisas - 2” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü - separatçı dəstənin üzvləri Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayan öldürüldü. Bununla belə, Ermənistan açıq şəkildə beynəlxalq hüququ tanımadığına, Azərbaycan ərazilərindən silahlı qruplaşmalarını çıxarmayacağına israr edir. ?u, yolverilməzdir. Beləliklə, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi reallıqlar, sülhə xidmət edən addımlar, əməkdaşlığın formalaşdırılmasına yönəlik cəhdlər Ermənistan tərəfindən gözardı edilir, bu humanist davranışlara adekvat cavab verilmir. Bu isə sülhün formalaşmasına mane olur.

Qaçaqmalçılıq, qanunsuz daşıma cəhdləri...

Dövlətimizin başçısı ABŞ rəsmisi ilə telefon danışığı zamanı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

44 günlük Vətən müharibəsindəki məğlubiyyətini kapitulyasiya imzalamaqla təsdiqləyən Ermənistan Azərbaycanın nümayiş etdirdiyi humanist mövqeyindən sui-istifadə etməyə çalışırdı - 3 ilə yaxındır ki, imzalanan üçtərəfli bəyanatın müvafiq bəndləri yerinə yetirilmədi. Əksinə, Ermənistan Laçın-Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərinə sursat daşımağa cəhd göstərdi. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədildi. Bu mənada, aprelin 23-də Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması mühüm əhəmiyyət daşıyır. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Bu isə həm təhlükəsizliyin təminatına yardım edir, həm də qeyri-qanuni silah daşınmasının qarşısın alır.

Qaçaqmalçılıq faktlarına gəldikdə isə, bu da ortadadır və faktlarla sübuta yetirilib. Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Azərbaycanın rəsmi strukturlarının bununla bağlı açıqlamaları da mövcuddur.

Əslində bu fakt da, Ermənistanın sülhün bərqərar olmasına qarşı apardığı çirkin fəaliyyətdən xəbər verir. Qərb isə rəsmi İrəvanın sülh prosesinə vurduğu zərbələri görür və  dəyərləndirir...

Qarabağımızın erməni əhalisi...

Prezident İlham Əliyev onu da bildirib ki, Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb.

Bəli, mart ayında baş tutan birinci təmasdan sonra Azərbaycanın bu istiqamətdə apardığı humanist davranışlar və çağırışlar cavabsız buraxılmışdı. Amma proseslər göstərirdi ki, Qarabağda yaşayan erməni vətəndaşlarımız Azərbaycana reinteqrasiyanın tərəfdarıdır. Həmin insanlar məğlub, siyasi və iqtisadi böhrandan xilas ola bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi dəyəri və qiyməti görür. Ermənistan hakimiyyətinin qeyri-səmimi davranışları, iqtisadi gücsüzlük, verilən vədlərin quru sözdən uzağa gedə bilməməsi, yalnız şantaj və hədə-qorxu vasitələrindən istifadə etməyə çalışması, silahlı qarşıdurmaları dəstəkləməsi Qarabağda yaşayan erməniləri prosesi düzgün qiymətləndirməsinə şərait yaradır.

Azərbaycanın mövqeyi şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Laçın dövlət sərhəd buraxılış məntəqəsindən indiyə qədər 2000 yaxın insanın istifadəsi də bunu sübut edir.

Ötən 30 illik işğal dövründə də, eyni zamanda, II Qarabağ müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi nəzərdə tutulur. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur. Hətta Prezident İlham Əliyev bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çxışı zamanı da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Eləcə də, Ermənistanla imzalanacaq hər hansı bir sülh sənədində belə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, müzakirə predmeti deyil - nə Ermənistanla, nə də qeyri birisi ilə. Qarabağda yaşayan ermənilər isə bir daha vurğulanmalıdır ki, Azərbaycan vətəndaşlarıdır - Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər.

Azərbaycanın sülhün inkişafı istiqamətindəki təşəbbüsləri dəstəklənir

Telefon danışığı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.

Antoni Blinken isə ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Göründüyü kimi, ABŞ rəsmi şəkildə Azərbaycanın irəli sürdüyü təşəbbüsü dəstəkləyir.  Belə ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən nə üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. Sadəcə, ermənistan yenidən qeyri-rasional düşüncə ilə prosesə mane olmağa, bölgədə davamlı sülhün formalaşmasını ləngitməyə çalışır. Rəsmi İrəvan yaratmağa çalışdığı şou ilə “diqqəti özünə cəlb etmək” niyyətindədir.

Halbuki Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənir - beləliklə, İrəvanın yalnız bir yoldan istifadə etməkdə israrı, Azərbaycanın təşəbbüsünə qarşı çıxış etməsi, Ağdam yolundan imtinası anlaşılan deyil. Antoni Blinkenin  telefon danışığı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi ilə yanaşı digər alternativ yollar (Ağdam-Xankəndi yolu) vasitəsilə keçidin önəminə toxunması isə beynəlxalq aləmin məsələdəki mövqeyini açıq şəkildə ortaya qoyur. Benəlxalq rəy hər zaman olduğu kimi, Azərbaycanın ədalətli, beynəlxalq hüquqa söykənən  və regionda sülhün formalaşmasına təkan verən addımlarını, təşəbbüsünü dəstəkləyir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31