Şəhər kimi regionlarımız...
10.08.2023 [10:45]
Şəmkir
Mübariz ABDULLAYEV
Bütün ölkə boyunca tarazlı inkişafın təmin edilməsi Azərbaycanın əsas strateji hədəflərindən biridir. Bu hədəf Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilib. 2004-cü ildə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamla regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqlənib və onun icrası yüksək səviyyədə təmin olunub. Sonrakı mərhələdə qazanılan təcrübəyə istinad edilməklə daha iki regional inkişaf proqramı müvəffəqiyyətlə reallaşdırıldı. Hazırda isə regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca dördüncü Dövlət Proqramı yerinə yetirilir.
Dövlət proqramları çərçivəsində reallaşdırlan layihələr bütövlükdə Azərbaycanın bölgələrinin simasını tamam dəyişib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ötən illərdə, necə deyərlər, şəhər kimi regionlarımız formalaşıb. Bu gün Bakıdan müxtəlif istiqamətlərdə regionlara doğru irəlilədikcə paytaxtda və bölgələrdə eyni yüksək standartlar səviyyəsində yolların çəkilməsinin, abadlıq-quruculuq işlərinin görülməsinin şahidi oluruq. Regional inkişaf proqramlarının uğurla reallaşdırıldığını həmçinin bu günlərdə Prezident
İlham Əliyevin səfərdə olduğu Şəmkir rayonun timsalında da izləmək mümkündür.
Azərbaycanın Qərb qapısı
Şəmkir rayonununu Azərbaycanın Qərb qapısı da adlandıra bilərik. “Şəmkir” toponimi ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qalanın V-VI əsrlərdə Əhəmənilər tərəfindən inşa edildiyi söylənilir. Qalanın bu günümüzədək gəlib çatan qalıqları Muxtariyyat kəndindədir. Muxtariyyat kəndinin adı keçmişdə “Qala kəndi” idi. İndi isə Qədimqaladır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonu Şəmkir rayonu adlandırılıb. Rayonda 1 şəhər, 7 şəhər tipli qəsəbə, 60 kənd var.
Şəmkir rayonunun iqtisadiyyatının əsasında kənd təsərrüfatı dayanır. Rayonda aparılan torpaq islahatı nəticəsində 36.545 ailə 48,2 min hektar torpaq payına sahiblənib. Orta hesabla bir ailəyə 1,2 hektar torpaq sahəsi verilib. Rayonda ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Eyni zamanda, rayonun təsərrüfatlarında bostan məhsulları, günəbaxan və s. yetişdirilir. Aqrar sektorun ən mühüm istiqaməti üzümçülükdür. Həmçinin rayon iqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur.
Son 20 ildə bəhs olunan Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda iqtisadiyyatın diversifikasiyasına, yeni təsərrüfatların və istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına nail olunub. Azərbaycanın Qərb regionunda ən iri istehsal müəssisəsi olan “Şəmkir Quşçuluq” fabriki rayonun Yeni Həyat kəndində yardılıb. Ölkəmizin yumurtaya olan tələbatının təxminən 10 faizi məhz 70 nəfər işçinin çalışdığı bu müəssisə tərəfindən ödənilir.
Prezident cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Şəmkir rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün işlər davam etdirilir. Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir. Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul istehsal etməyə həvəsləndirib. Bu il Şəmkirin 36 kənd və qəsəbəsində ipəkqurdları bəslənilib. Bunun üçün yerli kümçülərə 270 qutu baramaqurdu paylanılıb.
Şəmkirin üzüm bağları
Şəmkir deyəndə yada göz işlədikcə uzanan üzüm bağları düşür. Şəmkir rayonunda 108 hektar üzüm sahəsi var. Üzüm bağları Fransadan, İrandan, Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınıb. Bu bağlarda “Şardane”, “Bayan şirə”, “Merlot”, “Rikasiteli”, “Sapiravi”, “Kaberne savinyon”, “Şiraz” kimi üzüm sortları yetişdirilir. Vətəni Ön Asiya olan “Şiraz” üzüm sortu respublikamızda ilk dəfə məhz Şəmkirdə yetişdirilib. “Bayan şirə” isə keçmiş sovetlər dönəmində ən yararsız sortlardan hesab olunsa da, indi onun yetişdirilmə və şərabının hazırlanması texnologiyasında yeniliklər edilib. Hazırda bu sortdan alınan məhsul ən qiymətli şərab sayılır.
Yaxşı deyiblər ki, üzüm bağları varsa, deməli, şərabçılıq da var. Şərabçılıq Şəmkirdə ənənəvi istehsal sahəsidir. Bu ənənə indi də yaşayır və onun davam etdirilməsi istiqamətində mühüm işlər görülür. “Şərq ulduzu” MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 2006-cı ildə yaradılan müəssisə hazırda 2 min ton üzümü emal etmək gücünə malikdir. Şərab zavodu ən müasir texnologiyaların tətbiqi əsasında qurulub. Burada quraşdırılan avadanlıq Almaniya və İtaliya istehsalıdır. Hazırda zavodda 9 növ şərab istehsal edilir. “Şardane”, “Bayan şirə”, “Merlot”, “Rikasiteli”, “Sapiravi”, “Kaberne savinyon” və “Şiraz” şərabları onların əldə olunduqları üzüm sortlarının adını daşıyır.
Alman layihəsi əsasında qurulmuş zavodda tutumu 14 tondan 37 tonadək olan 63 çən qoyulub. Bütün istehsal prosesi kompüterlə idarə olunur. Qiymətli şərab növlərinin saxlandığı taxta çəlləklər isə palıddan hazırlanıb.
Müəssisədə istehsal olunan şərablar Moskvada keçirilən 2-ci beynəlxalq festivalda qızıl, gümüş və qran-pri mükafatlarına layiq görülüb. Əldə olunan uğurlara görə müəssisəyə İSO:22000 beynəlxalq sertifikatı verilib.
Qızılgüllər diyarı
Şəmkir rayonu həm də qızılgüllər diyarı kimi tanınır. Rayonun Sarıtəpə kəndi yaxınlığında yerləşən “AzAqro” MMC-yə məxsus sahəsi 2.5 hektar olan istilikxana kompleksində il ərzində 2 milyon ədəd gül yetişdirilir. Müəssisədə hazırda 40 nəfər işçi çalışır.
“AzAqro” MMC Şəmkirdə yetişdirilən holland qızılgüllərinin yeni “Sbuket” brendi ilə paytaxt üzrə gül dükanlarına çatdırılmasını həyata keçirir. “Ən təravətli qızılgüllər, hər gün”-sloqanı ilə yüksək səviyyəli xidmət təklif edən şirkət öz müştərilərinə 3-ü qırmızı rəng çalarlarında, 1-i ağ rəngdə, 1-i isə ağ-çəhrayı rəng qarışığında olan 5 növ qızılgül (“Avalanche”, “Red Naomi”, “Candy Avalanche”, “Myrna”, “Touchee”) təqdim edir.
“AzAqro” MMC 2008-ci ildə təsis edilmiş və 2010-cu ildən etibarən “Synergy Group” ASC-nin törəmə müəssisəsi olaraq fəaliyyət istiqamətini istixana şəraitində kənd təsərrüfatı məhsullarının istehsalının təşkilinə yönəldib. Şəmkirdə innovativ holland texnologiyaları əsasında yetişdirilən qızılgüllər Gürcüstan bazarına da təqdim olunub. Belə ki, “AzAqro” MMC və Gürcüstan Respublikası tərəfindən “Lətifoğulları” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Artıq “Avalanche”, “Candy Avalanche”, “Red Naomi”, “Myrna” , “Touchee” sortlarından ibarət, ümumilikdə, 11000 ədəd qızıl gül iki səfərdə Gürcüstana çatdırılıb. Bu rəqəmin ayda 30000 ədədə çatdırılacağı gözlənilir.
Müstəqillik illərinin ən böyük infrastruktur qurğularından biri - Şəmkirçay su anbarı
Regional inkişaf proqramları çərçivəsində Şəmkir rayonunda da çoxsaylı infrastruktur layihələri reallaşdırılıb. Rayonun şəhər və kəndlərinin elektrik enerjisi ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Qazlaşdırmanın səviyyəsi yüz faizə yaxınlaşıb. Son illərdə Şəmkir şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində yeni su layihələrinin icrası təmin edilib.
Azərbayacanın müstəqillik illərində qurduğu ən böyük infrastruktur layihələrindən biri olan Şəmkirçay su anbarının burada yaradılması şəmkirlilər üçün sonsuz qürur mənbəyidir. 2014-cü ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Şəmkirçay su anbarı layihəsinin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə etmək mümkündür. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub
Şəmkirçay su anbarının ehtiyatlarının daxili mənbələr hesabına formalaşması ölkəmizin su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Su anbarı əkin sahələrinin suvarılması ilə yanaşı, respublikanın Qərb bölgəsində yaşayan əhalinin içməli su təminatına da töhfələr verməkdədir. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Bu kompleks məhsuldarlığına görə Azərbaycanın regionlarında tikilmiş ən böyük içməli sutəmizləyici qurğudur.
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksi də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Kompleksin tikintisi üçün Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin cənub hissəsində, Şəmkirçay su anbarının yaxınlığında 3,3 hektar ərazi ayrılıb. Ərazidə qazıntı və kipləşdirmə işləri aparıldıqdan sonra bina və qurğuların tikintisinə başlanılıb. Kompleksin əsas hissəsini təşkil edən süzgəclər binası, ümumi tutumu 7500 kubmetr olan 3 su anbarı, 2 idarəetmə və 6 siyirtmə kamerası, inzibati və yardımçı binalar inşa edilib. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək. Şəmkirçay su anbarının strateji önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Şəmkir rayonunda böyük su anbarı tikilib - Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib”.
Sosial infrastruktur quruculuğu
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində Şəmkir rayonunda sosial təyinatlı infrastruktur obyektlərinin inşası da geniş vüsət alıb. Belə ki, son illərdə rayonda həm dövlət investisiyaları, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları tikilib və yaxud mövcud olanlar əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyev rayona bu günlərdə baş tutan səfəri çərçivəsində isə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
Qeyd edək ki, Şəmkir şəhərinin mərkəzində yerləşən, 1958-ci ildə tikilmiş Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin köhnə binasının müasir tələblərə cavab verməməsi, 600 şagird yerlik məktəbdə 1500 şagirdin təhsil alması və binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar yeni binanın tikintisinə zərurət yaranmışdı. Azərbaycan Prezidentinin “Şəmkir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin binası yenidən inşa olunub.
Açılış mərasimində bildirilib ki, eyni vaxtda 1600 şagirdin təhsil ala biləcəyi məktəb-lisey bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir təhsil ocağı 65 sinif otağından ibarətdir. Bundan başqa, binada fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, hərbi təlim, tibb, əmək təlimi, STEAM otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var. Məktəb-liseyin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllıq işləri görülüb.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

