23 APREL - dünya bu tarixlə hesablaşmağa məhkumdur!
18.08.2023 [00:02]
BMT TŞ-nin müzakirələri Azərbaycanın haqlı olduğunu növbəti dəfə sübuta yetirdi
BMT Təhlükəsizlik Şurasının “Laçın yolu” ilə bağlı Ermənistanın müraciəti əsasında keçirilən fövqəladə iclası bir sıra məqamları ilə diqqəti cəlb etdi. Bu iclas Ermənistan və havadarları üçün əsl fiaskoya çevrildi. Fransanın moderatorluğu ilə hazırlanan “oyun” effektiv nəticə vermədi və gözləntilər boşa çıxdı. Yığışıb, danışıb, dağılışan şura üzvləri ermənipərəst dövlətlərin və mərkəzlərin gözünü yolda, qulağını səsdə qoydu. Onların “gözlədiyi kimi” nə bir qərar, nə bir qətnamə, nə bir qınama - hətta adi tövsiyyə belə olmadı.
“Xor” qazdığı “quyuda”...
Aylardır ki, Fransa və başqa ermənipərəstlər “hördükləri tora” özləri düşdülər. Onların Laçın dövlət sərhəd-buraxılış məntəqəsi ilə bağlı yalanları tam ifşa olundu. İclasın gedişatı bir daha onu sübut etdi ki, hər kəs reallıqları görür və dəyərləndirir. Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin də təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortadadır. Bu istiqamətdə atılan addımlar arasında isə aprelin 23-də Laçın rayonu ərazisində formalaşdırılan dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması xüsusi əhəmiyyət daşıyır. Bunu BMT TŞ-də təmsil olunan ölkələrin nümayəndələri də etiraf edirlər ki, Laçın postu nəinki Azərbaycanın və ya Ermənistanın, bütövlükdə, Cənubi Qafqazın gələcəyində ən mühüm amil rolunu oynamaq gücündədir. Çünki Laçın dövlət sərhəd buraxılış məntəqəsi beynəlxalq hüququn kodekslərinə əsaslanır. Bu “post”un qurulması hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzini artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırışdır. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımlar atır. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması həm də suveren hüquqlarımız çərçivəsində qanunauyğundur - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Sadəcə olaraq, Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edir. Orada müvafiq prosedur qaydaları tətbiq olunur. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyir. BMT TŞ iclasında səslənən fikirlər bu amili bir daha ortaya qoydu.
Ortaq mövqe - alternativ yol fikri dəstəklənir...
İclasın stenoqramına nəzər saldıqda bir həqiqəti aydın şəkildə görmək mümkündür -Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan gələcək siyasi-iqtisadi dönəmin əsas açarlarından biri kimi qəbul edilir. Hətta fərqli qitələrdə yerləşən dövlətlərin Azərbaycana münasibəti bunu deməyə əsas verir. Azərbaycanın beynəlxalq konvensiyalarla əsaslandırılmış mövqeyi dəstəklənir - Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifi böyük dəstək qazanır. Hətta elə dövlətlər də oldu ki, Azərbaycanın mövqeyini birmənalı şəkildə haqlı saydılar. KİV-də yayılan stenoqramda yer alan məqamlara nəzər saldıqda nələrin şahidi oluruq:
- BMT Təhlükəsizlik Şurasındakı
- Braziliya nümayəndəsi: “9 noyabr sənədi sülhün qurulması üçün yol xəritəsidir. Braziliya Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırır”;
- Albaniya nümayəndəsi Bakı və İrəvanın danışıqlara sadiqliyini alqışlayır və Zəngəzur dəhlizi istiqamətində dəmir yolunun tikintisinin vacibliyini qeyd edib. Albaniya nümayəndəsi deyir ki, Laçın dəhlizi dağlara, çətin yoldan gedir. Ağdam yolu daha rahatdır;
- Rusiya nümayəndəsi Ağdam-Xankəndi yolundan istifadə məsələsinə baxmağa çağırıb. BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin “bloklanması” ilə bağlı narahatlığını ifadə edib. Rusiya İrəvana tövsiyə edib ki, Bakı ilə problemləri həll etsin, BMT Təhlükəsizlik Şurasının platformasına məsələ çıxarmasın.
Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Bütün məqamlarda Azərbaycanın haqlı mövqeyi dəstək qazanır. Hətta Ermənistanın özünə “arxa-dayaq” saydığı ölkələrin açıqlamalarında belə Azərbaycana dəstək öz əksini tapır. Hətta üçtərəfli Bəyanata çağırışın özü belə Azərbaycana dəstək ifadəsidir - nəzərə alınmalıdır ki, sənədin 4-cü bəndində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Və ya sənədin 9-cu maddəsində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Ermənistan bu müddəaları birmənalı şəkildə pozu və yerinə yetirməkdən boyun qaçırır. Beləliklə, Ermənistan bu öhdəliklərini belə yerinə yetirmir və dünya ictimaiyyəti artıq Ermənistanın nazı ilə oynamaq fikrində deyil.
Ermənistanın “ümidləri”...
Hər zaman olduğu kimi “tələb və təklif” mütənasibliyinin tarazı pozulmamalıdır. Cənubi Qafqazın 1 nömrəli postu sayılan Laçın dövlət sərhəd buraxılış məntəqəsi bu mütənasibliyin əsas qarantıdır. Laçın postu təhlükəsizliyin təminində əsas rol oynayır - həm Azərbaycan torpaqlarından çıxarılmayan qanunsuz erməni qruplaşmalarına silah-sursat çatdırılmasının qarşısını alır, həm də Ermənistana gedib-gəlmək istəyən vətəndaşların təhlükəsizlik qarantı rolunda çıxış edir. Azərbaycan humanitar yüklərin daşınması üçün isə alternativ yol təklif edir. Təklifimiz isə dünya birliyi tərəfindən yüksək dəyərləndirilir.
Ermənistanın post ətrafında başlatdığı ajiotaj başadüşüləndir. Ermənistan özünün terror siyasətini həyata keçirə bilmir - post Qarabağdakı silahlı tör-töküntülərin təchizatına mane olur. Eyni zamanda, Fransanın timsalında Ermənistana dəstək olanlar da özlərinin korporativ maraqlarını təmin etmək üçün bu amildən yararlanmağa çalışırlar. Beləliklə, qeyri-qanuni, beynəlxalq hüquqa əks notları “ifa edən” orkestr ədalətsiz, qeyri-demokratik tələblər səsləndirir, iddialar irəli sürür. Azərbaycan isə bunun qarşılığında yeni alternativ təklifləri önə çəkir - bu təkliflərin cəlbediciliyi isə göz önündədir.
Fransa üçün 9 ayda ikinci BMT fiaskosu...
BMT platformasında Fransanın “səsi” növbəti dəfə batdı. Azərbaycana qarşı apardığı anti-milli kampaniya seriyasında ikinci dəfə acı məğlubiyyətə uğrayan Parisin başı önünə əyildi. Xatırladaq ki, bundan aylar öncə - ötən ilin dekabrında da Fransa Azərbaycana qarşı apardığı ədalətsiz mübarizədən məğlub ayrılmışdı. Fransanı matəmə bürüyən qələbəmiz ötən ilin dekabrında BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması ilə baş vermişdi. Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və fəaliyyətdə olan sədri kimi tamamilə ermənipərəst bəyanat hazırlamışdı ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunurdu. Fransa tərəfindən prosesə birbaşa Fransa Prezidenti Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edirdi. Amma BMT Təhlükəsizlik Şurasının daimi üzvü, Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri sayılan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail oldu ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrildi və rəsmi Paris ondan tamamilə imtina etdi. Hətta Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatdı ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedirdi.
İndiki halda da Fransa özünün qeyri-demokratik tələbləri ilə gündəmə gəlməyə çalışırdı. Dünya ictimaiyyətinin qarşısında utanmadan beynəlxalq hüquqa qarşı mövqe sərgiləyən Paris BMT platformasında “Laçın dəhlizi”nin dərhal açılmasını tələb etdi - Fransanın BMT-dəki daimi nümayəndəsi bildirdi ki, “Paris “Laçın dəhlizi” boyunca sərbəst hərəkəti təmin etməyə çağırır. Biz güc tətbiqinə qarşıyıq. 8 aydan artıqdır ki, Azərbaycan “Dağlıq Qarabağ”ı Ermənistanla birləşdirən dəhlizi tamamilə bağlayıb. Bu karantin heç bir qanuni səbəb olmadan “Dağlıq Qarabağ” əhalisini dünyadan təcrid edib”.
İlk olaraq Fransa nümayəndəsi bilməli idi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi və ya “Dağlıq Qarabağ əhalisi” anlayışı yoxdur. Onun beynəlxalq hüquq çərçivəsində davranış sərgiləməsi, ona hörmət göstərməsi isə Fransa kimi özünü “demokratiyanın beşiyi” sayan bir dövlətin ali beynəlxalq təşkilatdakı təmsilçisi kimi birinci vəzifəsidir. Bu mənada, fransalı diplomatın artıq tarixə çevrilmiş “ATƏT-in Minsk qrupu” havası ilə danışması qəbulolunmazdır. Paris təmsilçisi unudur ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycanın suveren ərazisi kimi bütün dünya tərəfindən qəbul edilir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə həm də detallı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Beləliklə, erməni baş nazir Azərbaycanın Xankəndi üzərindəki suveren hüquqlarını da tanımış olur. Bu isə onu göstərir ki, fransalı nümayəndə Paşinyandan daha artıq “canıyananlıq” etməməlidir.
Ermənistanın regional təhdid olması faktı...
Bəli, Ermənistanın BMT TŞ müstəvisinə növbəti “başvurusu” da bu şəkildə yekunlaşdı. Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi bir daha ortaya çıxdı. Azərbaycan tərəfinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək təklifi beynəlxalq aləm tərəfindən açıq şəkildə dəstəkləndi. Hər kəs qəbul edir ki, dövlətimiz Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
Eyni zamanda, Ermənistan bu kimi üsullarla bölgənin ümumi inkişaf mənzərəsinə də xələl gətirir. Bu kimi addımlar Ermənistanın qaranlıq və çirkin niyyətlərdən əl çəkmədiyini göstərir - məsələn, BMT TŞ-nin müzakirələri zamanı Türkiyə təmsilçisinin fikirləri buna real misaldır. Türkiyə nümayəndəsi bildirdi ki, “Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurasından Bakıya qarşı əsassız ittihamlar irəli sürmək cəhdindən narahatdır. Türkiyə Azərbaycanın öz suveren ərazisində istədiyini etmək hüququna malik olduğunu bəyan edir, separatçıların Bakı ilə danışıqlar aparmadığını bildirir”. Bu, İrəvanın həm də bölgədə yaranma ehtimalı olan sülhü təhdid altına alması deməkdir. Beləliklə, Ermənistan və havadarları növbəti məğlubiyyəti yaşadı - I Qarabağ müharibəsi dövründə yalan təbliğatı ilə dünyanı inandırmağa müyəssər olmuş Ermənistan və dəstəkçiləri unudurlar ki, artıq zaman o zaman deyil. Azərbaycanın öz maraqlarını ən yüksək səviyyədə qorumağı bacarır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

