Sentyabr döyüşlərindən 1 il ötdü...
14.09.2023 [10:00]
“Qətiyyətli əməliyyat” şəhidlərimizin qanını yerdə qoymadı
Nardar BAYRAMLI
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda güc balansının Azərbaycanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın “dəmir yumruğunun” qarşısında cəmisi 44 gün duruş gətirə bilən Ermənistan həmin il noyabrın 10-da imzaladağı kapitulyasiya sənədi ilə ölkəmizin qələbəsini qəbul etdi. Bununla belə, ötən 3 ilə yaxın müddətdə rəsmi İrəvan imzaladığı üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməkdən yayınır. Belə ki, erməni silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsi ilə bağlı öhdəlik hələ də yerinə yetirilmir. Hələ də Azərbaycan ərazisində qalan bu erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradır. Müharibənin başa çatmasından ötən dövr ərzində erməni tərəfi dəfələrlə hərbi təxribatlar edib. Belə təxribatlar həm şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının məsuliyyət zonasında qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilib. Təbii ki, Azərbaycan Ordusu tərəfindən əməliyyatlar keçirilərək bu təxribatların qarşısı qətiyyətlə alınıb.
Ermənilər ağır silahlardan istifadə edib
Ermənistanın geniş təxribatlarından biri də ötən ilin 12-14 sentyabr tarixlərində baş verib. Xatırladaq ki, ötən il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən qəti cavab tədbirləri görülüb. Erməni ordusunun atəş nöqtələrinin susdurulmaqla döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri addımlar atılıb.
Düşmən təxribata çoxdan hazırlaşırdı
Ümumiyyətlə, həmin döyüşlər baş verən ərəfədə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter almışdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşdığına dəlalət edirdi.
Ermənistan bu kimi əməlləri ilə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdürdü. Sentyabr döyüşlərinin davam etdiyi vaxt Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər Müdafiə Nazirliyi tərəfindən təkzib olundu. Bildirildi ki, Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Eyni zamanda, vurğulandı ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və törətdiyi genişmiqyaslı təxribatlar vəziyyətin gərginləşməsinin başlıca səbəbidir. Buna görə də məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Ermənistan sülhə maraqlı olmadığını göstərdi
Yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanatla çıxış etmişdi. Bəyanatda qeyd olunurdu: “Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi”.
Düşmənin 250 canlı qüvvəsi məhv edildi
Ötən il sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı keçirilən brifinqdə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı məlumatlar verilib.
Ümumiyyətlə, 12-14 sentyabr döyüşlərində ordumuz tərəfindən düşmənə ağır zərbələr vuruldu. Bunun nəticəsində Ermənistan hərbi birləşmələri 250 hərbçisini itirdi. Eyni zamanda, düşmənin xeyli sayda hərbi texnikası və atəş nöqtələri məhv edildi.
İlham Əliyev və Mehriban xanım Əliyeva şəhidlərin ailələrinə başsağlığı veriblər
Bu döyüşlər nəticəsində, “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistan “Dəmir yumruq”un gücünü bir daha hiss etmiş oldu. Sentyabr döyüşlərində Azərbaycan ordusu da 80 şəhid verdi, amma şəhidlərin qisası düşməndən alındı. Sentyabrın 13-də Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib. Dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin qanı yerdə qalmadı!”.
Həmin gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da şəhid olmuş hərbi qulluqçularımızla bağlı instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.
Bütövlükdə, sentyabr döyüşləri müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətini və Azərbaycan Ordusunun gücünü növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Fevral 16:01
Gündəm
03 Fevral 15:56
Xəbər lenti
03 Fevral 15:54
Elanlar
03 Fevral 15:20
Sosial
03 Fevral 14:52
Dünya
03 Fevral 14:52
Dünya
03 Fevral 14:50
Dünya
03 Fevral 14:19
Sosial
03 Fevral 13:46
Sosial
03 Fevral 13:25
Sosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22

