Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Beynəlxalq dəstək...

Beynəlxalq dəstək...

06.10.2023 [10:03]

Sülhün və təhlükəsizliyin təmini üçün yaratdığımız şərait

2020-ci il Vətən müharibəsi Cənubi Qafqaz üçün yeni perspektivlər formalaşdırıb. Bu perspektivlərin reallaşması üçün isə ən əsas şərt kimi təhlükəsizlik arxitekturasının gücləndirilməsi çıxış etməkdədir. Sentyabrın 19-20-də Azərbaycanın apardığı 24 saatlıq antiterror tədbirləri sabitliyin və təhlükəsizliyin formalaşdırılması baxımından olduqca böyük əhəmiyyət daşıyır. Qarabağdakı xuntanın diz çökdürülməsi, terrorda istifadəyə hesablanmış minlərlə silah-sursatın təhvil alınması, regionda sabitliyin bərqərar edilməsi və dövlət qanunlarının işləkliyinin təmin edilməsi Cənubi Qafqazın təhlükəsiz regiona çevrilməsi yolunda əsas addımlardan sayılır. Qarabağda yaşayan erməni sakinlərin xuntanın girovluğundan azad edilməsi isə prosesdə xüsusi əhəmiyyətə malikdir.

Beləliklə, uğurla inkişaf edən proses dünya birliyi tərəfindən də diqqətlə izlənir, təqdir olunur. Antiterror tədbirlərinin ardından bir sıra dövlət xadiminin ölkə Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlanması, zəng etməsi bunu təsdiqləyir. Dövlət rəhbərləri əsasən ölkəmizin severenliyinin bərpasını dəstəklədiklərini və Ermənistan ilə sülh prosesinin daha da intensivləşdirilməsini önə çəkirlər.

Dünən Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Brüssel formatı dəstəklənir...

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.

Bəli, sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sonuncu Brüssel görüşləri zamanı əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən son addımları, xüsusilə antiterror tədbirləri zamanı Qarabağda suverenliyin təmini və xuntanın çökdürülməsi regional yaxınlaşmanı daha da mümkünləşdirib. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün mühüm baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik. Brüssel prosesinin dəstəklənməsi də bir çox amillərə söykənir. Prosesin sülh çərçivəsinə daha yaxın yol alması, daha dinamik inkişaf xətti daşıması gələcək dövrdə üçün də müsbət axarda inkişafına müəyən ümidlər yaradır. Müsbət nəticələrin əldə olunması üçün isə zəmin mövcuddur -  beynəlxalq aləm, beynəlxalq güclər məsələnin həlli prosesini diqqətdə saxlayır, tez bir zamanda sülhə nail olunmasına çalışır. Bu da təsadüfi deyil. Beynəlxalq aləmin sülhə nail olunması üçün göstərdiyi səylər Azərbaycanın regionda yaratdığı yeni geosiyasi, o cümlədən iqtisadi reallıqlara əsaslanır. Dünya dövlətləri Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - bu, bütövlükdə, Cənubi Qafqazın həyatında yeni mərhələ formalaşdıracaq. Ermənistan isə əlinə düşən bu fürsətdən maksimum yararlanmalı, sülhün qısa müddətdə formalaşması üçün bütün səylərini ortaya qoymalıdır.

Reinteqrasiya prosesi...

Telefon danışığı zamanı Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.

Regionda kök salmış terror yuvasının zərərsizləşdilməsi, xuntanın çökdürülməsinnin ardından reinteqrasiyanın sürətləndirilməsi istiqamətində mühüm işlərə start verilib. Ötən dövr ərzində Yevlax və Xocalı şəhərlərində Qarabağın ermənim sakinlərinin nümayəndələri qəbul edilb, onların xahişləri dinlənilib. Azərbaycan dövləti bütün istiqaməıtlərdə - ərzaq məhsulları, gündəlik ləvazimatlarla təmin olunma, eyni zamanda təhlükəsizliyin təminatı, tibbi müdaxilələl kimi tələbatların ödənilməsi işlərini uğurla reallaşdırır. Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülür. Artıq poliklinikanın işi təşkil edilib. Üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçirilir. İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradılır.

Ümumiyyətlə, dövlətimiz hər zaman bəyan edib ki, reinteqrasiya Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir. Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur. Bundan başqa, sosial, mədəniyyət, təhsil və din sahələri üzrə reinteqrasiya proqnramı çərçivəsində müvafiq addımlar nəzərdə tutulur.

BMT missiyasının yekun bəyanatında...

Almaniya kansleri ilə telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.

Azərbaycan hər zaman haqqı, ədaləti müdafiə edib. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlı etməyə də hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verməmiz  humanizmdən, həqiqətlərin öz yerini tapmasını arzulamamızdan qaynaqlanır. Oktyabrın 1-dən Qarabağ gələn missiya yerlərdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək istiqamətində mühüm müşahidələr aparıblar. Bununla bağlı onlar Laçın sərhəd-keçid məntəqəsində və digər ərazilərə baxış keçiriblər. Yekun bəyanatda isə missiya göstərib ki, baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyan vurulmayıb. Missiya Azərbaycan Respublikası Hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə sorğu edilən yerli əhalidən, nə də həmsöhbətlərdən heç bir müraciətə rast gəlməyib. Bu, Azərbaycan humanizminin növbəti təcəssümüdür. Beynəlxalq təşkilatlar, missiyalar ölkəmizin apardığı düzgün, beynəlxalq hüququn prinsiplərinə söykənən siyasəti dəstəkləyir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31