Azərbaycan 20 il əvvəl və bu gün...
11.10.2023 [10:25]
İqtisadi müstəqillik yolunda
Son 20 ildə müstəqil Azərbaycan bütün dünyada təqdir olunan nümunəvi idarəçilik modeli yaradıb. Ölkəmiz istisnasız olaraq bütün sahələrdə uğurla inkişaf edib, yeni nailiyyətlərə imza atıb. Hazırda respublikamız narahat dünyada sabitlik və inkişaf adası kimi fərqlənir. Qazanılan uğurların əsas memarı isə bəhs olunan dövrdə respublikamıza idarəçiliyi böyük məharətlə həyata keçirən Prezident İlham Əliyevdir. Xatırladaq ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verərək Onu dövlət başçısı görmək istəyini ifadə edib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələrdə müqayisəyəgəlməz tərəqqiyə nail olunub. Belə ki, son 20 ildə xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib və müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib.
Biz öz hesabımıza yaşayırıq
Hər bir ölkənin siyasi müstəqilliyinin təmin olunması və qlobal miqyasda nüfuzunun artması böyük dərəcədə onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bəyan etmişdi ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Azərbaycanın timsalında bu tezislərin nə qədər real olduğu bir daha təsdiqini tapıb.
Son 20 ildə Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Ötən illərin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb. Bütövlükdə, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatların əhatə dairəsi kifayət qədər genişdir. Dövlət başçısının imzaladığı müvafiq fərmanla təsdiqlənən starteji yol xəritələrində milli iqtisadiyyatımızın mühüm istiqamətləri üzrə perspektiv inkişaf hədəfləri və onlara çatmaq üçün prioritetlər müəyyənləşdirilib.
Həyata keçirilən belə məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq respublikamızda yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat formalaşıb. Qürurverici haldır ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri məhz Azərbaycanda qeydə alınıb. Belə ki, son 20 il ərzində respublikamızda ümumi daxili məhsul istehsalında dörd dəfə artım müşahidə edilib. Eləcə də büdcə gəlirlərimiz 30 dəfədən çox artıb. Xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib.
Bu rəqəmlər ölkəmizin iqtisadi müstəqilliyin təmin olunması yolunda necə böyük uğurlar əldə olunduğunu bir daha təsdiqləyir. Uğurlu inkişaf sayəsində Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi ölkəmizin böyük uğurudur. Biz forpost dövlət olan Ermənistanın timsalında məhdud iqtisadi imkanların hansı ağır fəsadlara yol açdığını aydın şəkildə görürük. Bu ölkə yalnız sözdə müstəqildir, əslində isə asılı vəziyyətdədir, öz problemlərini özü həll etmək iqtidarında deyil. Buna görə də daim ayrı-ayrı güc mərkəzlərinin diktəsi və təsiri altında siyasi qərarlar qəbul etmək məcburiyyətində qalır. Azərbaycan isə dünyaya iqtisadi cəhətdən güclü, müstəqil siyasi qərarlar verən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət modeli təqdim edir. “Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Sərmayə qoyuluşunda davamlı artım
Ölkələrin sosial-iqtisadi inkişafı müxtəlif sahələrə sərmayə qoyuluşunun həcmindən bilavasitə asılıdır. Respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Əlamətdar haldır ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı da getdikcə genişənir. Ayrı-ayrı layihələrin icrasına dövlət və özəl şirkətlər birgə sərmayələr yönəldirlər. Son 20 il ərzindəki respublikamızda müxtəlif sahələrə yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çox olub. Bu sərmayələrin 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Müxtəlif sahələrə investisiya qoyuluşunun artmasına bütün ölkə üzrə yaradılan müasir infrastruktur öz müsbət təsirini göstərir. Qeyd edək ki, respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri, bir qayda olaraq, dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılır. İnvestorlar isə böyük həcmlərdə maliyyə vəsaiti qoyuluşu hesabına araya-ərsəyə gələn bu yüksəksəviyyəli infrastrukturdan bəhrələnərək müxtəlif istiqamətlərə investisiyalar yönəldirlər.
Dövlət borcunun azaldılması strategiyası
Sirr deyil ki, hazırda ayrı-ayrı ölkələr beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətdədirlər. Bunun təsdiqi olaraq xatırladaq ki, qlobal pandemiyanın pik mərhələsində artan xərcləri qarşılaya bilməyən təxminən 150 ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına üz tutdu. Azərbaycan belə ölkələr sırasında yer almadı. Respublikamızda pandemiya dövründə milli iqtisadiyyatın qorunması, iş yerlərinin saxlanılması, əhalinin sağlamlığının və sosial müdafiəsinin təmin olunması istiqamətində böyük maliyyə tutumuna malik layihələr reallaşdırdı. Eyni zamanda, Azərbaycan məsuliyyətli dövlət olaraq Ümumdünya Səhiyyə Təşkilatına, 60-dək ölkəyə yardımlar göstərdi.
Respublikamız həmçinin 2020-ci ildə ədalətli müharibə apararaq özünün ərazi bütövlüyünü təmin etdi. Pandemiya və müharibə dövründə böyük vəsaitlər xərclənməsinə rəğmən, respublikamız postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə start verdi. Müharibə başa çatandan bəri bu məqsədlər üçün təxminən 7 milyard dollar vəsait yönəldilib. Azərbaycan bu vəsaitləri heç kimdən borc almır, sırf öz gücünə təmin edir.
Bütün bunlar əyani şəkildə təsdiqləyir ki, Azərbaycan sosial-iqtisadi inkişaf üçün zəruri olan etibarlı “maliyyə yastığı”na malik olan ölkədir. Bunun nəticəsidir ki, respublikamız hələ bir neçə il bundan əvvəl xarici borc öhdəliyinin azaldılması strategiyası qəbul edib. Ölkənin xarici borcu ilbəil azaldılır. Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Prezident İlham Əliyev bu rəqəmin daha da kiçiləcəyini bildirib: “2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik”.
İnnovativ əsaslı sənaye quruculuğu
Azərbaycan iqtisadiyyatı tarixən enerji sektoru ilə sıx bağlı olub. Respublikamızda enerji resurslarıının istehsalında və emalında zəngin ənənələr formalaşıb. Bu sahə indi də iqtisadiyyatımızın bel sütununu təşkil edir. Bununla belə, son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində postneft dövrünün iqtisadiyyatının qurulması istiqamətində inamlı addımlar atır. Enerji məhsullarının ixracından əldə olunan gəlirlərin müəyyən hissəsi məqsədyönlü şəkildə insan kapitalının formalaşdırılmasına, qeyri-neft sənayesinin inkişafına yönəldilir.
İnnovativ əsaslı sənaye quruculuğu ölkəmizin yeni hədəfləri sırasına daxildir. Dördüncü sənaye inqilabına transformasiya bütün ölkələr kimi Azərbaycanın da qarşısına yeni çağırışlar qoyub. Burada dövlətin siyasi iradəsi, insan kapitalı, zəruri fiziki və institusional infrastrukturun qurulması mühüm şərtlərdir. Deyə bilərik ki, respublikamızda dördüncü sənaye inqilabına transformasiyanı şərtləndirən bütün amillər yüksək səviyyədə təmin olunub. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu strateji kursa uyğun olaraq respublikamızda yeniliklərə daim “yaşıl işıq” yandırılır. 2021-ci ildə Prezident İlham Əliyev respublikamızda dördüncü sənaye inqilabına keçidin hüquqi əsaslarının möhkəmləndirilməsini və institusional infrastrukturun yeni çağırışlara uyğunlaşdırılmasını hədəfləyən iki mühüm sənəd imzaladı. Bunlardan biri 2021-ci il 6 yanvar tarixində imzalanmış “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında fərmandır. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Bütün bunlar Azərbaycan dövlətinin rəqəmsal transformasiyaya böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Qeyd etdiyimiz kimi, rəqəmsal transformasiyanın mühüm şərtlərindən biri insan resursları ilə bağlıdır. Respublikamızda “qara qızıl”ın insan kapitalına çevrilməsi məqsədini hədəfləyən siyasətin aparılması rəqəmsal transformasiyaya keçidin yükünü, necə deyərlər, öz çiyinlərində daşıyacaq mütəxəssislərin, gənc kadrların formalaşmasını təmin edib.
MDB məkanında bir ilk
Azərbaycanın rəqəmsal texnologiyalara keçid sahəsində qazandığı uğurlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) təsis edilməsi bir daha təsdiqləyir. Mərkəzin yaradılmasının əsası 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. 2021-ci ilin aprelində Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı baş tutub. Bu, MDB məkanında açılan ilk belə mərkəzdir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

