Azərbaycan 20 il əvvəl və bu gün...
12.10.2023 [10:38]
Hər bir vətəndaş üçün layiqli həyat şəraiti
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin son 20 ildə ölkəmizə rəhbərlik etdiyi dövrdə bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Dövlət başçısının təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Respublikamızın son 20 ildə sürətli inkişafı dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət edib və bir çox sosial proqramlada real əksini tapıb. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır.
Dayanıqlı inkişafın təzahürü - yoxsulluğun və işsizliyin azaldılması
Yoxsulluq səviyyəsi hər bir ölkədə sosial sferanın əsas indikatorlarından biri sayılır. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin dövlət başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalayıb və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdiriblər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilib. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.
Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi Azərbaycan da yoxsulluğun azaldılması istiqamətində davamlı tədbirlər görür. Respublikamızda 2003-cü ildən etibarən yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasına start verilib. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri”ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan sənədə əsasən doqquz strateji məqsədi müəyyənləşdirilib:
Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə yoxsulluğun 20 il bundan əvvəlki təxminən 50 faizdən bu gün 5,5 faizə enməsini təmin edib. Ölkəmizdə hazırdı işsizlik də cəmi 5 faiz səviyyəsindədir. Bunlar onu göstərir ki, respublikamızda hasil etdilən və beynəlxalq bazarlara çıxarılan təbii sərvətlər lazımi qaydada idarə olunub, gəlirlərdən səmərəli şəkildə istifadə edilib və ədalətli resurs bölgüsü aparılıb. Yoxsulluğun və işsizliyin azaldılması əslində ölkəmizin dayanıqlı inşişafının təzahürüdür.
Davamlı əməkhaqları artımları
2003-cü ildə ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 383.1 min manat təşkil edirdi. Sonrakı illərdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublikamızda əməkhaqlarının artırılması davamlı bir ənənəyə çevrilib. Son beş ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırıləb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Əməkhaqlarının artırılması ənənəsi 2023-cü ildə də davam edib. Prezident İlham Əliyevin cari ilin əvvəlində imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edib. Ümumilikdə, minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfərə şamil olunub. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 700 min vətəndaşımızı əhat edən minimum əməkhaqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrıllb.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əməkhaqqı alan bütün vətəndaşlarımızın maaşları artıb. Artımlar özəl sektoru da əhatə edib. Yəni yalnız dövlət sektorunda deyil, özəl sektorda çalışanlara da cari ildən etibarən 345 manatdan az əməkhaqqı verilmir.
Ölkə üzrə orta aylıq əməkhaqlarının artım dinamikası da yüksəkdir. Bu ilin ilk 7 ayında respublikamızda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 925,3 manat olub.
Pensiyalarda 10 dəfə artım
Azərbaycanda minimum pensiya son 20 ildə 10 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əməkhaqları kimi, pensiyalar da davamlı olaraq artırılır. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.
Bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir.
Qazilərə diqqət və qayğı
Respublikamızda müharibədə əlillik qazanan qazilərə həm cəmiyyət, həm də dövlət səviyyəsində böyük hörmət və qayğı ilə yanaşılır. Deyə bilərik ki, Azərbaycan şəhid ailələrinə və qazilərə münasibətdə də dünyaya nümunə göstərir. Bu istiqamətdə dövlətin siyasətinə diqqət çəkən Prezident İlham Əliyev “Bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik”, - deyə vurğulayıb.
Respublikamızda müvafiq qurumlar tərəfindən qazilərin əlilliyinin operativ qaydada qiymətləndirilməsi həyata keçirilir. İndiyədək Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib. Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.
Nazirlər Kabinetinin yeni qərarı ilə əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb. Dəyişikliklərə əsasən, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya “müddətsiz” olaraq qeyd olunub.
Şəhid ailələrinin və qazilərin mənzil təminatı
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan yenə də dünya miqyasında azsaylı ölkələrdəndir ki, şəhid ailələrinə və qazilərə mənzillər verir. Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram sonrakı mərhələdə uğurla davam etdirilir. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, postmüharibə dövründə 5 000, 2023-cü ildə 500, ümumilikdə, ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Heydər Əliyev Fondunun “Məzun evi” layihəsi
Ölkəmizdə Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında genişmiqyaslı sosial layihələr reallaşdırır. Fond indiyədək paytaxt Bakıda və bölgələrdə çoxlu sayda məktəbin, uşaq bağçasının, səhiyyə müəssisəsinin yüksək keyfiyyətlə tikilərək istifadəyə verilməsinə nail olub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə olan sosial layihələrdən biri də “Məzun evi” layihəsidir. Layihə çərçivəsində dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclər yaşayış sahəsi ilə təmin olunurlar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün inşa olunan ilk bina Nizami rayonunda tıkilib və 2013-cü ilin sentyabrında istifadəyə verilib. Daha belə bir yaşayış binası isə 2014-cü il dekabrın 29-da Mehriban xanım Əliyevanın iştirakı ilə Abşeron rayonunun Masazır qəsəbəsində istifadəyə verilib. “Məzun evi” kimi fəaliyyət göstərən bu binalarda artıq 365 gənc mənzillə təmin olunub.
Dövlət başçısının imzaladığı Sərəəncamla təsdiqlənən Dövlət Proqramına əsasən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan layihə daha da genişləndiriləcək. Belə ki, Dövlət Proqramı çərçivəsində sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

