2024-cü il üçün hədəflər
08.01.2024 [10:00]
Ardıcıllıqla aparılan uğurlu siyasət ildən-ilə Azərbaycanı daha güclü edir. İqtisadi və maliyyə imkanlarını artıran respublikamız hədəflərinə doğru inamlı addımlar atır. Üç il bundan əvvəl 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə sayəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün dünyada milli maraqlarını qətiyyətlə qoruyuyan, eyni zamanda regioanal və qlobal əməkdaşlığın möhkəmləməsində mühüm rol oynayan bir dövlət kimi tanınır.
Bir sıra önəmli hadisələrlə yadda qalan 2023-cü il
İllərin axarında artıq tarixə çevrilən 2023-cü il də respublikamız və xalqımız üçün uğurlu il oldu. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirdiyi kimi, 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Dövlətimizin başçısı ötən il respublikamızda baş verən mühüm hadisələrin sırasında dövlət suverenliyimizin bərpasına xüsusi diqqət çəkib. “O hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə sayəsində üçrəngli Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Ötən üç il ərzində qalib Azərbaycan bunu sülh yolu ilə həll etmək istəyirdi və bununla bağlı mövqeyini qarşı tərəfə çatdırmışdı. Biz hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Dəfələrlə səsləndirdiyimiz tələblərə baxmayaraq, Ermənistan ordusunun təxminən 15 minlik kontingenti Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
2024-cü ildə Xocalı və Xankəndi sakinləri öz evlərinə qayıdacaqlar
İşğalçı Ermənistan təxminən 30 il ərzində öz nəzarətində saxladığı ərazilərimizi başdan ayağa xarabazarlığa çevirib, burada qanunsuz iqtisadi fəaliyyət həyata keçirib və sərvətlərimizi talayıb. Qarşı tərəf hesab edirdi ki, Azərbaycan həmin əraziləri bərpa edib məskunlaşdıra bilməyəcək və yaxud buna onilliklər lazım gələcək. Ancaq qalib Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra başladı. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi indiki starateji mərhələdə ölkəmizin beş milli prioritetindən biri kimi müəyyənləşdirilib.
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan ərazilərin məskunlaşdırılmasını tez və layiqli şəkildə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük tikinti meydanına çevrilib. Xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər ucaldılır. Prezident İlham Əliyev bəhs olunan ərazilərin bərpasından və məskunlaşdırılmasından məmnunluğunu ifadə edib. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb. 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı. Avqust ayında Füzuli şəhərinə və Zabux kəndinə soydaşlarımızın köçü baş tutdu. Ötən il Müstəqillik Günündə Laçın şəhərinə keçmiş məcburi köçkünlər qayıtdılar. Bundan əvvəl isə ilk olaraq Ağalı kəndində məskunlaşdırma həyata keçirilib.
Son üç ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər, o cümlədən qısa müddətdə burada yaradılan müasir infrastruktur sayəsində perspektivdə məskunlaşmanın miqyası daha da genişlənəcək. Prezident İlham Əliyev 2024-cü ildə gözlənilən xoş müjdələri bölüşüb. “Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ordunun gücləndirilməsi prioriteti
Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir. Otuz il ərzində Ermənistan işğalçılıq siyasətinə görə cəzalandırılmadı. Əksinə işğal məhsulu olan keçmiş statuskvonun sonsuzluğadək saxlanılmasına cəhdlər göstərildi. Buna görə də Azərbaycan ərazi bütövlüyünü öz Ordusunun gücü ilə bərpa etmək məcburiyyətində qaldı.
Postmüharibə dövründə də ordu quruculuğu ölkəmizin gündəliyində dayanan prioritetlər sırasında yer alır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, qarşı tərəfdən revanşist çağırşlar eşidilir, sülh müqaviləsinin imzalanması məqsədli şəkildə ləngidilir. Məğlubiyyətdən nəticə çıxartmayan Ermənistan son vaxtlarda xaricdən yeni silahlar alır. Bütün bunlar ondan xəbər verir ki, məğlub ölkə yeni müharibə hazırlıqları görür. Qərbdəki havadarlarının Ermənistanı revanşizmə sövq etməsi bu ölkə üçün fəlakəti nəticələrə səbəb olacaq. Çünki indi Azərbaycan Ordusu üç il bundan əvvəlkindən daha güclüdür. Prezident İlham Əliyev ordu quruculuğunun 2024-cü ildə də ölkəmizin prioritetləri sırasında yer alacağına diqqət çəkərək vurğulayıb: “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

