Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xalqa qələbə sevinci yaşadan Müzəffər Lider

Xalqa qələbə sevinci yaşadan Müzəffər Lider

30.01.2024 [10:11]

Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil dövlət çox ciddi təhlükələrlə üzləşə bilər. Bu mənada, Azərbaycan xalqı 2003-cü ildə düzgün seçim etdi və Ulu Öndərimizin ən layiqli siyasi varisi İlham Əliyevə yüksək etimad göstərərək Onu dövlət başçısı seçdi. Bununla cəmiyyətimiz müstəqilliyimizi xilas edən və ölkəni inkişafa istiqamətləndirən Heydər Əliyev siyasi kursunun davam etdirlməsinin zəruriliyinə sarsılmaz inamını ortaya qoydu. Ötən 20 ildə Prezident İlham Əliyev Ona bəslənən ümidləri layiqincə doğruldaraq respublikamızın hər cəhətdən müsbət reallıqlarını yaradıb. Ən mühüm reallıq isə, heç şübhəsiz ki, ölkənin ərazi bütövlüyünün və Qarabağda suverenliyimizin təmin olunması, dövlət başçısının təbirincə desək, terrorizmin, separatizmin tarixin zibilliyinə atılmasıdır. Bunun arxasında isə nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən İlham Əliyevin apardığı müdrik siyasət, Onun prinsipiallığı, iradəsi və milli maraqlarımızı qətiyyətlə qoruması dayanır.

Tariximizdə əbədi qalacaq Qələbə

Havadarlarının dəstəyinə arxalanan Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başladığı işğalçılıq siyasətini bir neçə onillik ərzində davam etdirməyə nail oldu. Ermənistanın məqsədi keçmiş status kvonu sonsuzluğadək saxlamaq idi. Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan İlham Əliyev isə müxtəif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Sülh danışıqları ilə paralel şəkildə, dayanıqlı milli iqtisadiyyat quruldu, maliyyə imkanları artırıldı,  güclü potensial yaradıldı.

2003-cü ildə xalqın etimadını qazanan İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı ərazilərimizin işğaldan azad olunmasına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu bütünlüklə kapitulyasiyaya məruz qoydu. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatlarının nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliklər, Zəngilanda isə Bartaz, Sıırt, rataz yüksəklikləri və daha 5 adsız yüksəklik bilavasitə döyüş meydanında işğaldan azad olunub. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi uca şəhidlik məqamına qovuşub,  mindən çox əsgərimiz yaralanıb, 6 nəfər itkin düşüb.

Döyüş meydanında kapitulyasiyaya uğrayan Ermənistan noyabrın 10-da qalib Azərbaycanın şərtləri əsasında üzərinə müəyyən öhdəliklər götürdüyü üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə uyğun olaraq Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Beləliklə də, 44 günlük müharibədə qazanılan şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünün təmin olunmasına hərbi-siyasi yolla nail oldu. Prezident İlham Əliyev bir qədər bundan əvvəl yerli televiziya kanallarına verdiyi müsahibəsində böyük Qələbənin tariximizdə əbədi qalaağını bildirərək vurğulayıb: “...Təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı, bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”.

Şuşa əməliyyatına bənzəyən antiterror tədbirləri

Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 minədək kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri ötən il sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.

2023-cü il sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Ermənistan ordusunun qalıqları çətin keçilən coğrafi ərazilərdə istehkamlar qurmuşdular və ayrı-ayrı yüksəkliklərdə möhkəmlənmişdilər. Bütün bunlara baxmayaraq,  hərbçilərimiz  böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşı tərəfin müqavimətini qırmağa nail oldu. Qısa müddət ərzində qanunsuz hərbi birləşmələrin  böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirlərinin yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı “Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”, - deyə qeyd edib.

23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyimiz tam bərpa edilib. Prezident İlham Əliyev oktyabrın 15-də - dövlət başçısı seçilməsinin 20 ilinin tamam olduğu gündə xalqımıza növbəti dəfə qürur hissi yaşadaraq Azərbaycan Bayrağını Xankəndidə ucaltdı.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31