Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışında iştirak edib
08.05.2012 [00:21]
Dövlətimizin başçısı Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı elektromobillərlə yeni bulvarın ərazisini gəziblər, burada yaradılmış şəraitlə tanış olublar.
Bakının əvəzsiz incilərindən olan Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtın tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan keçməyib. Şəhərsalma, istirahət və turizm infrastrukturu, gözəlləşən paytaxtımızın ekoloji təhlükəsizliyi Dənizkənarı Milli Parkla bağlı strategiyanın həyata keçirilməsi üçün daha böyük imkanlar açıb.
Dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilib. Bu, Prezident İlham Əliyevin Azərbaycanın müasir simasının yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər silsiləsinin mühüm tərkib hissəsidir. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişib və dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirib.
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın “Azneft” meydanından Dövlət Bayrağı Meydanına qədər olan hissəsinin yenidən qurulmasını nəzərdə tutan layihənin icrasını daim diqqət mərkəzində saxlayıb. Mütəmadi olaraq əraziyə gələn dövlətimizin başçısı işlərin yüksək keyfiyyətlə görülməsinə dair tapşırıq və tövsiyələrini verib. Bu çərçivədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi yeni bulvarın ərazisində yerləşən köhnə zavodlar, sosial və iqtisadi səmərəsini itirmiş, böyüyən paytaxtın tələblərinə cavab verməyən, ən çox da ekoloji tarazlığı pozan müəssisələr başqa yerə köçürülüb. Bununla da yeni bulvarın yaradılması üçün bütün maneələr aradan qaldırılıb.
Məlumat verilib ki, üç növbədə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ərazidə yaşıllıq zolağından avtomobil yolunadək uzanacaq daha bir xətt inşa olunub. Bu xətt bulvar ərazisində hərəkət edən avtomobillər, qatarlar, kiçik ölçülü gəzinti avtobusları üçün nəzərdə tutulub. Yeni ərazidə xüsusi xətt də salınıb ki, bu da velosiped sürənlərə maneəsiz hərəkət etmək imkanı verir. Ərazidə həm kölgəlik yaradan ağaclar, həm də xüsusi gözəlliyi olan nadir bitki nümunələri əkilib, müasir işıqlandırma sistemi qurulub. Yaxın gələcəkdə burada istirahət obyektləri, attraksionlar da quraşdırılacaq.
Diqqətə çatdırılıb ki, bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılıb. Gələcəkdə isə bulvarın uzunluğu 25 kilometrə çatdırılaraq, Zığ və Şıx çimərliklərini birləşdirərək böyük bir istirahət zonasına çevriləcək. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhər əhalisinin və Bakıya gələn qonaqların istifadəsi üçün nəzərdə tutulan gəzinti gəmilərində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, Dənizkənarı Milli Parkın genişləndirilməsi çərçivəsində əhalinin Xəzər dənizində gəzintisi də diqqət mərkəzində saxlanılıb və bu məqsədlə paytaxta 3 yeni gəmi gətirilib.
Dövlətimizin başçısı yeni bulvar xətti boyunca salınan piyada keçidlərinə də baxıb. Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il aprelin 27-də Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında növbəti Sərəncam imzalayıb.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31

