İnvestorlar Azərbaycanı seçirlər
16.02.2024 [10:10]
Qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir
MÜBARİZ
Son 20 ildə Azərbaycanın maliyyə imkanlarını davamlı olaraq artırması ölkəmizin böyük uğurudur. Müstəqilliyimizin ilk illərində respublikamızda hətta əməkhaqlarını, pensiyaları, sosial müavinətləri belə vaxtlı-vaxtında ödəməyə vəsait çatışmırdı. Bu gün isə Azərbaycan bütün problemlərini özü həll etmək iqtidarında olan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyev bugünlərdə baş tutan andiçmə mərasimində söylədiiyi nitqində respublikamızın son 20 ildə maliyyə imkanlarını artırmasından xüsusi məmnunluğunu ifadə edib və rəqəmləri səsləndirib. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Valyuta ehtiyatlarının belə artımı ölkəmizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Xatırladaq ki, qlobal pandemiyanın pik mərhələsində 150-dək ölkə ən zəruri ehtiyaclarını ödəmək üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan borc götürmək məcburiyyətində qaldı. Azərbaycanın adı bu siyahıda olmadı. Sadalanan bu kimi faktlar respublikamızın sağlam maliyyə sisteminə malik olduğunu əyani şəkildə təsdiqləyir.
Ölkənin cəlbedici investisiya mühiti
Ölkələrin sosial-iqtisadi inkişafı müxtəlif sahələrə sərmayə qoyuluşunun həcmindən bilavasitə asılıdır. Respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər respublikamızda investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Əlamətdar haldır ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı da getdikcə genişənir. Ayrı-ayrı layihələrin icrasına dövlət və özəl şirkətlər birgə sərmayələr yönəldirlər.
Sərmayə cəlbediciliyinin yüksək olmasının məntiqi nəticəsidir ki, ölkəmizə daxili və xarici mənbələrdən sərmayə qoyuluşu ilbəil artır. Son 20 il ərzindəki respublikamıza yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur. Bu sərmayələrin 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici investisiyaları davamlı şəkildə təşviq edən ölkədir. Respublikamızda iqtisadi inkişafın sürətləndirilməsi üçün bütün zəruri şərtlərin təmin edilməsi, biznes mühitinin davamlı şəkildə optimallaşdırılması, həmçinin investisiya cəlbediciliyinin artırılmasını hədəfləyən islahatların reallaşdırılması bunu əyani şəkildə təsdiqləyir. 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra ölkəmiz yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə respublikamızın perspektiv inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilib. Bu prioritetlərin investisiya təminatının bir mənbəyi daxili resurslardır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə öz gücünə çatmağa qadirdir. Ölkəmizin yeni növ koronavirus pandemiyasına qarşı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilən səmərəli mübarizə aparması, qlobal həmrəyliyə sanballı töhfələr verməsi, Vətən müharibəsini qalibiyyətlə başa çatdırması və vaxt itirmədən işğaldan azad olunmuş ərazilərdə böyük investisiya tutumuna malik bərpa-quruculuq işlərinə başlaması, qısa müddətdə “Böyük Qayıdış”a start verməsi Azərbaycanın gücünü və iradəsini təsdiqləyir.
Bununla belə, respublikamız inkişafa daha güclü impuls vermək üçün xarici maliyyə mənbələrindən vəsaitlərin daha böyük həcmlərdə cəlb olunmasına ciddi önəm verir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin bir qədər bundan əvvəl imzaladığı müvafiq sənədlə 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasında dəyişiklik edildi. Sənədə əsasən 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizi, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. Xatırladaq ki, indiyə qədər hədəf 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanılması idi. Azərbaycan xarici dövlət borcunu optimal həddədək artırmaqla yanaşı, həm də nəzərdə tutulan irimiqyaslı layihələrin, o cümlədən də işğaldan azad olunmuş ərazilərin bərpasını daha da intensivləşdirmək üçün xarici fondları, investorları da cəlb etmək niyyətindədir. “Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”, - deyə Prezident İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində vurğulayıb.
Qarabağ və Şərqi Zəngəzurda investorlar üçün geniş imtiyazlar
44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq ölkəmizin investisiya cəlbediciliyi üçün yeni imkanlar yaranıb. Prezident İlham Əliyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. “O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları resurslarla zəngindır. Burada kənd təsərrüfatının, mədən sənayesinin, bərpaolunan mənbələrdən enerji istehsalı potensialı kifayət qədər böyükdür. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə ardıcıl olaraq yeni və rahat yaşayış məntəqələrinin salınması, infrastruktur, kommunal, rabitə və sosial xidmətlərin təmin edilməsi və s. işlərlə yanaşı, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində nəticəyönümlü işlər reallaşdırılır. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni aqroparkların yaradılmasına başlanıb. Bu qəbildən ilk layihənin - “Dost Aqropark”ın təməli Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır.
Regionun iqtisadi cəlbediciliyinə görə orada biznes quran və qurmaq niyyətində olan şirkətlərin sayı mütəmadi artmaqdadır. İndiyədək azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1500-dən çox şirkət müraciət edib. Bu rəqəmlər istər yerli, istərsə də xarici investorların biznes qurumları üçün Qarabağın böyük və çoxistiqamətli iqtisadi potensialının, əlverişli investisiya imkanlarının nə qədər cəlbedici olduğunu nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:40

