Vatikanla nümunəvi əməkdaşlıq
14.03.2024 [10:00]
Milli maraqlar əsasında qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan ikitərəfli münasibətlərdə Müqəddəs Taxt-Tacla - Vatikanla əlaqələrin genişlənməsinə və qarşılıqlı etimad mühitinin formalaşmasına xüsusi önəm verir. Bu günlərdə Prezident İlham Əliyev Tacqoyma Günü münasibətilə Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Papa Həzrətlərinə və Onun simasında bütün həmməzhəblərinə Öz adından və xalqımız adından səmimi-qəlbdən təbriklərini çatdıran dövlətimizin başçısı bildirib ki, biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. “Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Səmimi dialoq və qarşılıqlı anlaşma
Müstəqil Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoq və qarşılıqlı anlaşma mühiti var. Ölkəmizlə Vatikan arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub və həmin vaxtdan etibarən yüksələn xətlə inkişaf edib. 1997-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Vatikana, 2002-ci ilin 22-23 may tarixlərində Azərbaycan Prezidentinin dəvəti ilə Katolik Kilsəsinin rəhbəri II İoan Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoyub. Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Taxt-Tacla əlaqələrinə önəmli təkan verib. Xatırladaq ki, Papa II İohan Pavelin Azərbaycana səfəri zamanı iki dövlət başçısı tərəfindən Azərbaycanda katolik kilsənin tikilməsi razılaşdırılıb, Azərbaycan dövləti kilsənin tikilməsi üçün ödənişsiz yer ayırıb, Vatikan tərəfi isə kilsənin tikintisini təmin edib.
Sonakı dövrdə yüksəksəviyyəli rəsmilərin iştirakı ilə qarşılıqlı səfərlər daha da intensivləşib. O cümlədən Prezident İlham Əliyev bir neçə dəfə Müqəddəs Taxt-Taca səfər edib və Papa Həzrətləri ilə görüşüb. Sonuncu dəfə dövlətimizin başçısı 2020-ci ildə İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2018-ci ilin 23-26 sentyabr tarixlərində Müqəddəs Taxt-Taca səfər edib. Bütövlükdə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı layihələr ikitərəfli əlaqələrin inkişafına güclü impuls verib. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Vatikanda ilk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycanın təşkil etdiyi tədbir olub. 2016-cı il fevralın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı olub. Açılış mərasiminə qatılan Mehriban xanım Əliyeva tədbirdə çıxış edib. Belə misalların sayı çoxdur.
Bu səfərlər və tədbirlər bir qayda olaraq beynəlxalq birliyə verilən mesajlarla yadda qalıb. Dünyada böyük nüfuza malik olan Vatikanın qarşılıqlı əlaqələrin inkişafına səmimi yanaşması Müqəddəs Taxt-Tacda respublikamızın reallıqlarının yüksək dəyərləndirldiyini, həmçinin Azərbaycanın müsbət beynəlxalq imicə malik olduğunu bir daha təcəssüm etdirir. Respublikamızın və Müqəddəs Taxt-Tacın beynəlxalq birliyə aşılamaq istədikləri dəyərlər - həmrəylik, barışıq, sülh çağırışları üst-üstə düşür. Bu kimi dəyərlər bəşəriyyətin gələcəyi üçün çox önəmlidir. “Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın tolerantlıq mühitinə verilən yüksək qiymət
Bu bir həqiqətdir ki, Azərbaycan öz timsalında dünyaya müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanların dinc şəkildə bir yerdə yaşayaraq xoşbəxt gələcəklərini qurmalarının nadir nümunəsini təqdim edir. Ölkəmizdə milli-dini-irqi fərqlilik xalqları ayıran deyil, birləşdirən cəhət kimi çıxış edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, milli-dini müxtəliflik Azərbaycanın həyataına, necə deyərlər, zorla və yaxud süni şəkildə daxil edilməyib. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib.
Tarixdən gələn tolerantlıq ənənələri bu gün respublikamızda yüksək səviyyədə qorunub saxlanılır və daha da zənginləşdirilir. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycandakı gözəl tolerantlıq mühiti bütün dünyada olduğu kimi, Vatikanda da yüksək qiymətləndirilir. Roma Papası Fransisk Prezident İlham Əliyevlə görüşlərinin birində xüsusi olaraq qeyd edib ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib. Dövlətimizin başçısı Papa Həzrətlərinə ünvanladığı məktubunda Müqəddəs Taxt-Tacda ölkəmizin reallıqlarının yüksək dəyərləndirldiyinə görə təşəkkürünü ifadə edərək bildirib: “Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41

