Açar əlimizdədir!
14.03.2024 [09:45]
Türkiyə - Azərbaycan müttəfiqliyi bölgə üçün mühüm perspektivlər vəd edir
Qlobal münasibətlər sistemi özünün yeni mərhələsini formalaşdırmaqdadır. Xüsusilə, Avrasiyanın mərkəzi yeni siyasi-iqtisadi çağırışlarla üz - üzədir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin ardından Cənubi Qafqazda formalaşan sabitlik xətti özünün iqtisadi-siyasi seqmentində mühüm çalarları ortaya çıxarıb. Belə ki, bölgəni separatizmdən xilas edən Azərbaycan Şərq-Qərb tranziti üzrə yeni konsolidasiya xəttinin açılması üçün imkanlar yaradıb. Bu isə özlüyündə həm də yeni situasiyanı formalaşdırır.
Təbii olaraq iqtisadi imkanların artmasının, dividendlərin böyüməsinin və marşrutların diversifikasiyasının arxasında dayanan ən mühüm məqam təhlükəsizliyin təmini məsələsidir. Artıq Şərq-Qərb tranziti üzrə ən mühüm stansiyalarını formalaşdıran Türk birliyi dünyaya yeni əməkdaşlıq modeli təqdim etməkdədir. Mərkəzi Asiya- Cənubi Qafqaz-Kiçk Asiya coğrafiyasını özündə birləşdirən bu modelin aparıcı ana xətti isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir.
Strateji birliyimiz təhlükəsizlik amilinə çevrilir
Bəli, müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş, qlobal xarakter daşıyan Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Bu əməkdaşlığı uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor yeni qlobal mühitdə hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığını şərtləndirən ən əsas amillərdir. Vurğulandığı kimi, əməkdaşlığın strateji təmələ sahib olması və çoxşaxəli əsasla tənzimlənməsi regional təhlükəsizliyin təmin olunmasına da mühüm töhfələr verir.
Türkiyə - Azərbaycan strateji birliyi lokal dövlətlərarası əməkdaşlıq platformasından güc mərkəzi strukturlaşmasına, regional təhlükəsizlik amilinə çevrilir. Qarşılıqlı maraqların qorunması üzərindən edilən çıxışlar isə bu birliyin təməllərini daha da möhkəmləndirir. 2021-ci ildə bağlanmış “Şuşa Bəyannaməsi” əsas həyati anlamı Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları üzrə regional miqyaslı strateji təmaslar üçün nümunə rolunu oynamasıdır. Bu sənəd bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün etməsi ilə yanaşı, iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verir.
“Türkiyə burada yoxdur, mən varam”... Müttəfiqlik yolu...
İki ölkə arasındakı birlik bölgəyə yad ünsürlərin, maraqların və təsirlərin hücumunun neytrallaşdırılması baxımından ən uğurlu səddir. Son aylarda bunun fərqinə daha asan varmaq olur-kollektiv Qərb Azərbaycan-Türkiyə birliyinin mərkəzi Avroasiya üçün təhlükəsizlik çətiri rolunu oynadığını görür və bundan narahatdır. Xüsusilə, Orta Dəhliz üzrə rəqəmsal sistemə əsaslanan daşımaçılığın reallaşdığı bu günlərdə ardı-arası kəsilməyən, fərqli “cinahlardan” təzyiqlər göstərməyə çalışırlar. Bütün platformalarda çiyin-çiyinə dayanan bu iki ölkə özünün xarici siyasət maraqlarını uzlaşdırır - hələ 2014-cü ilin aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Prezident İlham Əliyevin “Türkiyə burada yoxdur, mən varam” deyərək Ankaraya ünvanlanan yalan və böhtanları arqumentli şəkildə cavablandırması bu yolun perspektiv uğurlarının carçısına çevrilmişdi. Bu gün isə münasibətlər daha real müstəvidə inkişaf edir-postmüharibə dövrünün reallıqları bu gerçəkliyin davamlı hal aldığını təsdiqləyir. “Şuşa Bəyannaməsi”nin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biri olmaqla yanaşı, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin-həmrəyliyinin sarsılmazlığının nümayişidir. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir. Bölgədə qlobal əhəmiyyətli yeni geosiyasi konfiqurasiyanın formalaşmasında Bakı-Ankara müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir-dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Mövcud reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər.
Kollektiv müdafiə refleksinin formalaşdırılması üçün nümunə...
Günümüzün reallığında dünyanı ağuşuna almış kataklizmlər istər bölgəsəl, istərsə də qlobal nəticələrə hesablanan qarşıdurmalardan “bəhrələnir”. Bu həqiqəti dərk etmək üçün uzağa getmək gərəkmir - yaşadığımız coğrafiyaya yönəlik fərqli dairələrin və dövlətlərin xain planları bunun üçün ən real misaldır. Bu isə özlüyündə fərdi müdafiə anlayışı ilə yanaşı, kollektiv müdafiə refleksinin formalaşmasına ehtiyac yaradır. Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlıq xətti burada da ön plana çıxır: Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya coğrafiyası üzrə təhlükəsizlik buferinin formalaşmasında “Şuşa Bəyannaməsi” örnək kimi çıxış edir. Sənəd yeni dövr üçün Türk xəttinin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. İki qardaş ölkənin strateji birliyinin yeni dövr təhlükəsizlik istinadı seçilməsi isə əsaslı və arqumentlidir - bu fəaliyyət mexanizmi kollektiv müdafiə mexanizminin qurulmasında da iştirak etmək qabiliyyətindədir. Beləliklə, Azərbaycan-Türkiyə əməkdaşlığı həm də yeni münastbətlər sisteminin ən əsas elementi olan təhlükəsizlik amili kimi də dəyərini ortaya qoyur.
Fransız “maşaları”...
Bu mənzərə aydın şəkildə görünür - dostlarımız sevinir, düşmənlərimiz narahatlıq keçirir. Qeyd edildiyi kimi, bölgəyə münasibətdə qeyri-adekvat davranışların intensivləşməsinə də bu amil səbəb olur. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın gələcək perspektivinin yarada biləcəyi mühüm platformanı özü üçün real “təhlükə” sayanlar son aylarda bütün “kartlarını” açır. Məsələn, Fransa və onun timsalında bölgədə eskalasiyanın bitməsini istəməyən qüvvələrin canfəşanlığı, Ermənistanın aktiv silahlandırılması ilə yanaşı, ölkə daxilindəki “siyasi maşalar” da prosesə cəlb edilir. Son günlər adını “müxalifət” qoymuş, əslində isə xəyanətkarlıqla məşbul olan bəziləri Azərbaycan-Türkiyə qardaşlığını hədəf seçir, bu istiqamətdə qara piar kampaniyası aparmağa cəhd göstərir. Səbəb bəllidir - Əli Kərimli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimi antimilli ünsürlərin sosial şəbəkədə “canfəşanlıqla” paylaşdığı “direktivlər” iki dövlətin qurduğu yeni siyasi nizamı qəbul etməyn ölkələrdə hazırlanır. Paylaşımlarında Avropanın qərəzli dairələrinin Azərbaycana qarşı ədalətsiz yanaşmasını təqdir etməklə özünü ələ verən belələri hansı mənbələrdən “qidalandıqlarını” ortaya qoyurlar. Ə.Kərimlinin guya “xarici siyasətimizin Türkiyə ilə koordinasiya edilməməsi”ndən “narahatlıq” keçirməsi başadüşüləndir - bu boyda ağ yalanın arxasında “fransız pərdəsi”nə bürünərək gizlənməyə çalışan AXCP sədri özün ifşa edir - cəmisi bir neçə gün öncə Türkiyədə baş tutmuş Antaliya Diplomatiya Forumunda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinin Azərbaycanla birbaşa bağlı olmasının ən ali səviyyədə səsləndirilməsi AXCP sədrinin yalanını ortaya çıxaran ən real faktdır. Və ya Azərbaycan ilə Türkiyə arasındakı hərbi əməkdaşlığı “görməzdən” gəlməyə çalışanlar bu istiqmət üzrə tərəfdaşlığın bütün elementlərini sezmirlərmi? Onlar yaxşı bilirlər - sadəcə, aldıqları əmri yerinə yetirir, ictimai rəyə yalan və ziyanlı fikirlər ötürməyə çalışırlar.
AXCP və onun qismində anti-Azərbaycan dairələrə “qulluq” edənlər bir daha anlamalıdırlar ki, Azərbaycan son illərdə regional inkişafın yeni mərhələsini yaradıb. Öz qonşuları ilə hər zaman səmimi münasibəti ilə seçilən ölkəmiz bölgədə yad maraqların at oynatmasının qarşısını almaq üçün mühüm fəaliyyəti ilə seçilir. Biz regional əməkdaşlığın bütün parametrlər üzrə inkişafında maraqlıyıq. Bu isə “fransız maşaları”nın işini daha da çətinə salır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

