Mina terroruna “Yox!”
05.04.2024 [10:00]
Hər il beynəlxalq ictimaiyyət 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ərəfəsində bütün dünya üzrə bir daha amansız mina terroru barədə həyəcan təbili çalır. Ən ağlagəlməz yerdə hərbçilərlə, ağır texnika ilə yanaşı, mülki insanları və digər canlıları da qəfil yaxalaya biləcək ölüm saçan minalar müharibə dəhşətlərini bütün cəhətləri ilə ortaya qoyur. Bəli, ədalətsiz müharibələr insanlıq əleyhinə cinayətdir, ölüm-itimdir, qan-qadadır, arxasınca dağıntılar, səfalət, insanların dinc həyatının pozulması, ev-eşiklərindən məhrum qalmaları, doğmalarından ayrı düşmələri kimi fəsadlar gətirir. Minalar isə saysız-hesabsız müharibə cinayətlərinin kuliminasiyasıdır. Verilən hesabatlara əsasən, hər il dünyada təxminən 10 minədək insan mina təhlükəsinin qurbanına çevrilir. Sədd heyif ki, tərəqqipərvər bəşəriyyət, Birləşmiş Millətlər Təşkilatı (BMT) mina təhlükəsinə “Yox!” desə də, müharibə tərəfi olan ayrı-ayrı dövlətlər özlərinin məkrli planlarını həyata keçirmək üçün qeyri-humanist davranaraq əraziləri kütləvi şəkildə minalayılar.
İşğalçı Ermənistanın bitib-tükənməyən müharibə cinayətləri
Təxminən otuz il ərzində havadarlarının dəstəyinə arxalanmaqla Azərbaycan ərazilərini işğal altında saxlayan ermənilərin özləri barədə saxta miflər düzəltmələri hər kəsə bəllidir. Belə uydurma miflərdən biri də guya ermənilərin “mədəni və humanist xalq” olmaları ilə bağlıdır. Ancaq qonşu dövətə qarşı ədalətsiz müharibəyə başlamaları, onun ərazilərini işğal altına almaları və burada ağlasığmaz vandalizm əməlləri törətmələri, uşaqlar, qocalar, qadınlar da daxil olmaqla mülki insanları belə xüsusi amansızlıqla qətlə yetirmələri, tarixi-mədəni abidələri dağıtmaları, sərvətləri talamaları ermənilərin “mədəni, humanist xalq” iddialarının hansısa bir əsası olmadığını ortaya qoyur.
Müharibənin də öz qayda-qanunları var. Tərəflər güclərini döyüş meydanında göstərməlidirlər. Ancaq erməni hərbçiləri birinci və ikinci Qarabağ müharibələrini özlərisayağı aparıblar. Onlar açıq döyüşlərdə hər hansı bir şücaət, qəhrəmanlıq göstərməyiblər. Verilən məlumatlara görə, 44 gün davam edən ikinci Qarabağ müharibəsi zamanı qarşı tərəfin ordusunda 11 min fərari qeydə alınıb.
Döyüş meydanlarında Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri ağır silahları şəhər və kəndlərimizə, mülki insanlara tuşlayıblar. Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını yer üzündən silmələri, burada 613 dinc sakini qətlə yetirmələri bəşəri cinayətdir. Erməni hərbi birləşmələri bu kimi müharibə cinayətlərini İkinci Qarabağ müharibəsi günlərində də eyni amansızlıqla davam etdirdilər. Azərbaycanın Gəncə şəhəri keçmiş təmas xəttindən çox-çox uzaqda yerləşir. Ancaq bu şəhər, eləcə də Bərdə, Tərtər və digər yaşayış məntəqələrimiz, demək olar ki, hər gün qadağan olunmuş silahlardan atəşə məruz qalırdı və dinc sakinlər qətlə yetirilir mülki infrastruktur dağıdılırdı. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar erməni vandalizminin sərhəd tanımadığını bir daha təsdiqləyir. Sonuncu belə kütləvi məzarlıqlar elə bu günlərdə Xocalı rayonunun ərazisində üzə çıxarılıb.
Azərbaycan dünyada minalar ilə ən çox çirklənmiş ölkələr sırasında
Amansız mina terroru ermənilərin müharibə cinayətlərinin ən qanlı səhifələrindən birini təşkil edir. Mənfur düşmən ərazilərimizi işğal altında saxladığı üç onillik ərzində şəhər və kəndlərimizi dağıtmaqla yanaşı, həm də ən ağlagəlməyən yerləri belə minalayıb. Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan hazırda dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır.
Statistika heyrət doğurur. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. Ermənilər Azərbaycan torpaqlarında minabasdırma əməliyyatlarının növbəti mərhələsini 10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanat imzalandıqdan sonra həyata keçiriblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı yaydığı bəyanatda geniş faktlar təqdim olunub. Sənəddə oxuyuruq: “44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib”.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatla birdəfəlik vidalaşıb. Mina qurbanlarının 357-sini uşaqlar, 38-ini isə qadınlar təşkil edir.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Humanitar minatəmizləmə...
Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməyi özünün 5 əsas prioritetindən biri kimi müəyyənləşdirib. Lakin bu strateji hədəfə çatmaq üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Bunu Prezident İlham Əliyev hökumətin qarşısına əsas vəzifələrdən biri kimi qoyub. Ancaq mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, onların həyat və sağlamlığına ciddi təhdid yaradır.
Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri müvafiq qurumlar tərəfindən koordinasiyalı şəkildə həyata keçirilir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən dəstək məhduddur.
Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Məhz onun uzaqgörənliyi nəticəsində 25 il əvvəl ANAMA yaradılıb. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) formalaşdırııb.
ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. Onun başlıca məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir. Bu günlərdə qurum işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Bildirilib ki, azad olunan ərazilərdə təkcə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6094.6 hektar ərazi minalardan təmizlənib
Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə özünün davamlı töhfələrini verir. 2023-cü ilin mayında Ağdamda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciət ünvanlaması Azərbaycan dövlətinin mina terroruna qarşı qətiyyətli siyasi iradəsinin ifadəsidir.
Beynəlxalq ictimaiyyət biganə qalmamalıdır
“Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir”. Bu fikirlər Xarici İşlər Nazirliyinin yuxarıda xatırlatdığımız bəyanatında yer alıb. Sənəddə vurğulanır ki, ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25 faiz təşkil edib.
Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə çağırış edib. “4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

