Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Şabranda qatar evakuatorla toqquşub, sürücü ağır yaralanıb

Şabranda qatar evakuatorla toqquşub, sürücü ağır yaralanıb

01.12.2025 [12:41]

Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisində baş verib.

Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Əzizov Zülfüqar Qafar oğlu ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31