Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Vinçentso Montellanın Türkiyə millisindəki gələcəyi müəyyənləşib

Vinçentso Montellanın Türkiyə millisindəki gələcəyi müəyyənləşib

02.11.2024 [23:16]

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın yığmadakı gələcəyi bəlli olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının meneceri Ceyhun Kazancı açıqlama verib.

O, italiyalı mütəxəssislə yola davam edəcəklərini bildirib: "Montella ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqaviləmiz var. O, burada çox xoşbəxt və istəklidir. Uğurlu məşqçilərin adının bəzi böyük klublarla yanaşı hallanması normal haldır”.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə rəhbərlik edən V.Montella komandanı ötən yay Almaniyada keçirilmiş son Avropa çempionatında 1/4 final mərhələsinə yüksəldib.

Paylaş:
Baxılıb: 381 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28