Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

Premyer Liqa: Bu gün XXVII turun növbəti oyunları keçiriləcək

15.03.2025 [15:50]

Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti oyunlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk olaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Günün ikinci matçında "Zirə" "Sabah"ın qonağı olacaq. "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 19:30-da başlayacaq.

Hazırda Ağdam təmsilçisi 63 xalla turnir cədvəlinə başçılıq edir. "Zirə" 51 xalla ikinci, "Sabah" 34 xalla beşinci, Gəncə klubu isə 22 xalla doqquzuncu pillədə yer alır.

Qeyd edək ki, turun ötən gün "Araz-Naxçıvan" və "Şamaxı" komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Analitik

AŞPA-nın səhvi...

17 Aprel 10:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30