Güləşçimiz Universiadada qızıl medal qazanıb
17.07.2013 [12:42]
Azərbaycan millisi Kazan Universiadasının medal sıralamasında 170 ölkə arasında 14-cü yerdədir
Kazanda Dünya Universiadasında idmançılar yunan-Roma güləşi üzrə ilk mükafat dəstləri uğrunda mübarizə aparıblar. Azərbaycan yığmasının dörd nümayəndəsi xalça üzərinə çıxıb. Eldəniz Əzizli (55 kq) ilk döyüşdə braziliyalı Rafael Kamaroya qalib gəlib - 4:0. Sonra Qırğızıstan nümayəndəsi Eldiyar Beqaliyevi 3:1 hesabı ilə məğlub edən Əzizli yarımfinalda ev sahibi İvan Tatarinova 1:3 hesabı ilə məğlub olub, daha sonra bürünc medal uğrunda mübarizədə Türkiyə nümayəndəsi Fərhat Təkin ilə qarşılaşıb. Bu döyüş Eldənizin qələbəsi ilə (4:1) başa çatıb və həmyerlimiz üçüncü yeri tutub. Rəsul Çunayev (66 kq) ilk görüşdə almaniyalı Toni Stademi 4:0 hesabı ilə məğlub edib. Rəsulun növbəti rəqibi polyak Qjeqoj Vanke də eyni hesabla məğlub olub. Dörddəbir finalda türkiyəli Məhəmməd Kocatınaza 4:0 hesabı ilə qalib gələn Rəsul yarımfinalda iranlı Afşin Biyabangərdə 3:1 hesabı ilə qalib gələrək finala çıxıb. O, final döyüşündə xalça sahibi İslambek Albiyevi 4:0 hesabı ilə məğlub edib. Beləliklə, Çunayev Azərbaycan yığmasına universiadanın dördüncü qızıl medalını qazandırıb. Fuad Əliyev ilk döyüşdə Gürcüstan nümayəndəsi Beki Rokvaya 0:5 hesabı ilə uduzub. Rokva dörddəbir finalda uduzduğuna görə Əliyev təsəlli döyüşlərində iştirak edə bilməyib. Abbas Abdullayev (120 kq) ilk döyüşdə Estoniya nümayəndəsi Karel Maatenə 4:1 hesabı ilə qalib gəlib, lakin növbəti döyüşdə macar Balint Lama 0:3 hesabı ilə uduzub. Növbəti dövrədə Balint Lam məğlub olduğu üçün Abdullayev təsəlli döyüşlərində çıxış etmək şansını itirib. Qeyd edək ki, hesabında 4 qızıl, 4 gümüş və 7 bürünc medal olan Azərbaycan millisi 170 ölkə arasında 14-cü pillədə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan Macarıstan, İtaliya, Meksika, Niderland, Argentina, Ermənistan, Yeni Zelandiya və s. ölkələri qabaqlayır.
Qeyd edək ki, milli komandamızın heyətində ağırlıqqaldıranlarımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Cunayev qızıl, Kristina İova, kəmər güləşi yarışlarında çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqamedova gümüş medala sahib olublar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurublar.
Medal hesabında Universiadaya Rusiya liderliyini davam etdirir. Meydan sahiblərinin aktivində 250 medal (126-67-57) var. Çin Xalq Respublikası 67 medalla (23-26-18) ikinci, Yaponiya isə 70 medalla (20-22-28) üçüncüdür.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55

