Mundial Azərbaycana gəlir
07.10.2025 [10:49]
Hər cəhətdən müsbət reallıqları ilə bütün dünyanın diqqətini cəlb edən Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə FIFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, daha bir mötəbər turnirin - 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi hüququ ölkəmizə verilib. Azərbaycan dünya səviyyəli yarışların təşkilatçılığını qardaş Özbəkistanla birlikdə həyata keçirəcək.
1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lər arasında növbəti mundial sayca 25-ci olacaq. Bununla da futbol tarixində ilk dəfə kişilərin yarışında dünya çempionatı Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə ölkəmizin kişilərdən ibarət yığması mundialın final mərhələsində iştirak edəcək.
Dünya idman ailəsinin ölkəmizə artan inamı
FIFA İcraiyyə Komitəsinin bəhs olunan qərarı dünya idman ictimaiyyətinin Azərbaycana olan inamının əyani göstəricisidir. Təbii ki, bunu şərtləndirən fundamental amillər var. Bu inam ilk növbədə Azərbaycanın güclü dövlət olmasından qaynaqlanır. Aydındır ki, dünyada böyük maraqla izlənilən yarışları iqtisadi potensialı, maliyyə imkanları aşağı səviyyədə olan ölkələrin təşkil etməsi mümkün deyil. Müstəqil Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq güclü dövlətə çevrilib və bunu müxtəlif sahələrdə hər zaman təsdiqləyir. Eyni zamanda, uzunmüddətli sabitlik, yüksək səviyyədə olan vətəndaş həmrəyliyi, cəmiyyətimizin tolerantlığı və bu kimi digər amillər ölkəmizin üstünlüyünü şərtləndirir.
Öz növbəsində Azərbaycan da göstərilən etimadı bir qayda olaraq yüksək səviyyədə doğruldur. Dünya idman ailəsində ev sahibliyi hüququnun Azərbaycana verilən yasrışların mütləq qaydada yüksək səviyyədə keçiriləcəyinə qəti inam formalaşması son dərəcə qürurvericidir. Artıq gözəl bir ənənə yaranıb - ölkəmiz ev sahibliyi etdiyi beynəlxalq yarışlara ciddi hazırlıqlar görür, özünün yüksək standartlarını müəyyənləşdirir və sonradan bu standartlar dünya səviyyəsində qəbul olunur.
İndiyədək respublikamızda yaddaşlarda gözəl təəssüratlarla qalan bir sıra beynəlxalq səviyyəli yarışlar böyük uğurla baş tutub. Onlardan yalnız bir neçəsini sadalamaq yeriinə düşər. Qoca qitənin tarixində 2015-ci ilin yayında ilk dəfə təşkil oluan Birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün daimi qürur mənbəyi olaraq qalacaq. Birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.
Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Oyunlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar.
Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə edib. Bu Oyunların da miqyası çox böyük idi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatılıblar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə aparıb. Atletlər 269 dəst medal uğrunda yarışıblar.
İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə son illərdə gimnastikanın dörd növü üzrə Dünya Kubokuna, yeniyetmə cüdoçular arasında Avropa Kubokuna, bədii gimnastika üzrə 39-cu Avropa çempionatına ev sahibliyi edib. Dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku dəfələrlə respublikamızda baş tutub.
Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. Bir neçə gün bundan əvvəl paytaxtımızda növbəti Formula - 1 yarışlarının böyük coşqusu yaşandı.
Hazırda isə respublikamız III MDB Oyunlarına böyük uğurla ev sahibliyi edir. Bu yarışlara 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Dünya idman ailəsinin Azərbaycana artan inamını təsdiqləyən daha bir faktı qeyd edək. Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. 2025-ci ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Bütün ölkə boyunca yaradılan müasir idman infrastrukturu
Bütün ölkə boyunca yaradılan müasir idman infrastrukturu dünya idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən digər bir mühüm amildir. Zəruri infrastruktur yaradılmadan böyük idmanda uğurlar qazanmaq da mümkün deyil. İlham Əliyevin 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti seçildikdən sonra böyük diqqət göstərdiyi sahələrdən biri də bütün ölkə boyu müasir idman infrastrukturunun yaradılması oldu. İlham Əliyevin paytaxt Bakının qəsəbələrində və regionlarda İdman-Olimpiya Komplekslərinin tikilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs böyük sosial mahiyyət daşıyır. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, hazırda bu proses respublikanın bütün bölgələrini əhatə edib. Artıq ölkə üzrə 50-yə yaxın Olimpiya-İdman Kompleksi idmansevərlərin istifadəsinə verilib. Eyni zamanda, MOK-un rəhbərinin səyləri ilə mövcud idman arenalarının yenidən qurulması, idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ardıcıl şəkildə davam etdirilir.
Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılmışdı. Təşkilat Komitəsinin səmərəli fəaliyyətinin nəticəsi olaraq həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.
O cümlədən hazırda Azərbaycanın regionlarında keçirilən III MDB Oyunlarına hazırlıq çərçiivəsində də yeni müasir idman obyektləri istifadəyə verilib. Ötən ilin aprel ayında Prezident İlham Əliyevin iştirakıı ilə Gəncə İdman Sarayının açılışı baş tutub.Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına tam cavab verir. Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası və s. fəaliyyət göstərir.
III MDB Oyunlarının açılışından bir gün əvvəl - sentyabrın 27-də isə Prezident İlham Əliyev Gəncə Şəhər Stadionunun açılışına qatılıb. Ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Azərbaycanı fərqləndirən cəhət ondan ibarətdir ki, respublikamızda idman infrastrukturunun yaradılmasında ən yüksək standartlar tətbiq edilir. İndiyədək istifadəyə verilən idman obyektlərində beynəlxalq səviyyəli yarışları keçirmək üçün bütün imkanlar var.
Azərbaycan idmançılarının böyük uğurları
Mötəbər beynəlxalq turnirlərə ev sahibliyi hüququnun Azərbaycana həvalə edilməsi və yarışlara hazırlıq cərçivəsində paytaxtda və regionmlarda müasir idman infrastrukturunun qurulması həmçinin ölkədə idmanın inkişafına güclü təsir göstərir. Son illərdə beynəlxalq yarışlara lisenziyalar qazanan idmançılarımızın sayı əhəmiyyətli dərəcədə artıb. Müxtəlif beynəlxalq turnirlərə qatılan Azərbaycan idmançıları yüksək nəticələr göstərərək dünya arenalarında bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.
İdmançılarımızın Olimpiya Oyunlarında uğurlu çıxışları respublikamızda idmanın inkişafına əyani sübutdur. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. İdmançılarımız ötən ilin yayında baş tutan sonuncu - “Paris - 24” 33-cü Yay Olimpiya Oyunlarında daha uğurlu nəticələr qazanmağa nail olublar. Qeyd edək ki, Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub. Bütövlükdə, idmançılarımız Parisdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında 5-ci pillədə qərarlaşmaqla tarixi uğura imza atıb. Yekun nəticələrə görə, Azərbaycan son Olimpiya Oyunlarında dünya ölkələrinin sıralamasında 30-cu yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
06 Oktyabr 23:31

Dünya
06 Oktyabr 23:17

Dünya
06 Oktyabr 22:53

İqtisadiyyat
06 Oktyabr 22:25

Dünya
06 Oktyabr 21:40

Hadisə
06 Oktyabr 21:30

Elm
06 Oktyabr 21:19

Dünya
06 Oktyabr 20:55

Dünya
06 Oktyabr 20:32

İqtisadiyyat
06 Oktyabr 20:28

Dünya
06 Oktyabr 19:48

Dünya
06 Oktyabr 19:30

YAP xəbərləri
06 Oktyabr 19:26

Dünya
06 Oktyabr 19:21

YAP xəbərləri
06 Oktyabr 18:53

YAP xəbərləri
06 Oktyabr 18:25

YAP xəbərləri
06 Oktyabr 18:24

İqtisadiyyat
06 Oktyabr 18:24

YAP xəbərləri
06 Oktyabr 17:25

Siyasət
06 Oktyabr 16:57

Dünya
06 Oktyabr 16:56

İqtisadiyyat
06 Oktyabr 16:55
YAP xəbərləri
06 Oktyabr 16:31
YAP xəbərləri
06 Oktyabr 15:42

Sosial
06 Oktyabr 15:06

İdman
06 Oktyabr 15:00
YAP xəbərləri
06 Oktyabr 14:57

YAP xəbərləri
06 Oktyabr 14:21

Siyasət
06 Oktyabr 13:42

YAP xəbərləri
06 Oktyabr 13:30

Siyasət
06 Oktyabr 12:59

YAP xəbərləri
06 Oktyabr 12:58

Gündəm
06 Oktyabr 12:46

Elanlar
06 Oktyabr 12:43

Sosial
06 Oktyabr 12:30

Sosial
06 Oktyabr 12:02

Dünya
06 Oktyabr 12:00

Elanlar
06 Oktyabr 11:54

Gündəm
06 Oktyabr 11:53

İdman
06 Oktyabr 11:31

Hadisə
06 Oktyabr 11:10

İqtisadiyyat
06 Oktyabr 11:05

İqtisadiyyat
06 Oktyabr 11:02

Maraqlı
06 Oktyabr 10:42

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 10:19

Dünya
06 Oktyabr 09:50

Dünya
06 Oktyabr 09:21

Hadisə
06 Oktyabr 08:47

Dünya
05 Oktyabr 23:19

Dünya
05 Oktyabr 22:34

Dünya
05 Oktyabr 21:18

Dünya
05 Oktyabr 20:25

Maraqlı
05 Oktyabr 19:41

Dünya
05 Oktyabr 18:30

Maraqlı
05 Oktyabr 17:28

Dünya
05 Oktyabr 16:33

Maraqlı
05 Oktyabr 15:22

YAP xəbərləri
05 Oktyabr 14:52

Xəbər lenti
05 Oktyabr 14:40

Dünya
05 Oktyabr 14:35

Dünya
05 Oktyabr 14:19

Dünya
05 Oktyabr 13:54

Dünya
05 Oktyabr 13:20

İdman
05 Oktyabr 12:40

Dünya
05 Oktyabr 12:16

Dünya
05 Oktyabr 11:48

İdman
05 Oktyabr 11:22

Hadisə
05 Oktyabr 10:56

Sosial
05 Oktyabr 10:25
