Velosiped idman növü üzrə Azərbaycan Çempionatı keçirilib
22.10.2013 [09:59]
Oktyabrın 19-dan 21-dək Azərbaycanın qərb bölgəsində Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə velosiped idman növü üzrə ölkə birinciliyi keçirilib. Üç mərhələdən ibarət yarışın birinci mərhələsi oktyabrın 19-da Şəmkir şəhərində strat götürüb.
Bu mərhələdə oğlanlardan ibarət elit və U-23 kateqoriyasından olan velosipedçilər yarışıblar. Onlar şəhər daxilində uzunluğu 5 kilometr olan yolda 12 dəfə dövrə vurmaqla, ümumilikdə 60 kilometr məsafə qət ediblər. Yarışda Nicat Niftəliyev, Elgün Əlizadə və Ayxan İltifatlı müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutublar.
Daha sonra U-17 və U-15 yaş qrupları üzrə yarışlar keçirilib. Yarış iştirakçıları uzunluğu 5 kilometr olan məsafədə dörd dəfə dövrə vurmaqla 20 kilometr yol qət ediblər. Yarışda Kənan Qəhrəmanlı birinci, Nicat Qarayev ikinci, Tərlan Məmmədov üçüncü nəticə göstəriblər.
Oktyabrın 20-də yarışın ikinci mərhələsi keçirilib. Bu mərhələdə velosipedçilər Tovuz rayonu ərazində İbrahimhacılı-Yanıqlı marşrutu üzrə qrup yarışına çıxıblar. Bu mərhələdə elit və U-23 kateqoriyalarından olan kişi idmançılar 120 kilometr, U-17, U-15 yaş qruplarında yarışan oğlanlar və qızlar isə 40 kilometr məsafəni qət ediblər. Elit və U-23 kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Gürcüstan milli komandasının üzvü Georgi Nareklişvili üçüncü yeri tutub. U-17, U-15 yaş qrupları üzrə yarışın nəticələrinə görə isə Bakir Dadaşov birinci, Kənan Qəhrəmanlı ikinci, Nicat Qarayev isə üçüncü olub.
Oktyabrın 21-də çempionatın üçüncü mərhələsi keçirilib. Bu mərhələdə idmançılar fərdi yarışlarda bacarıqlarını nümayiş etdirərək Tovuz-Qovlar marşrutu üzrə 25 km məsafədə yarışıblar. Bu mərhələdə Elit və U-23 kateqoriyasında Elgün Əlizadə birinci, Nicat Niftəliyev ikinci, Ayxan İltifatlı üçüncü yeri tutub. U-17, U-15 yaş qrupları və qızların yarışında isə velosipedçilər 10 kilometr məsafəni qət ediblər. Bu mərhələdə oğlanlar arasında Kənan Qəhrəmanlı birinci, Bakir Dadaşov ikinci, Tərlan Məmmədov isə üçüncü yerləri tutublar. Qızlar arasında mərhələnin qalibi Şəlalə Cəfərli olub.
Qaliblərə Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman Nazirliyi tərəfindən medallar, diplom, fəxri fərman və mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

