/ / “Bakı-2015” ilə Fransanın “L’Equipe 21” televiziya kanalı arasında yayım haqqında saziş imzalanıb
“Bakı-2015” ilə Fransanın “L’Equipe 21” televiziya kanalı arasında yayım haqqında saziş imzalanıb
05.11.2014 [09:50]
Noyabrın 4-də “Bakı-2015” ilk Avropa Oyunları ilə Fransanın “L’Equipe 21” televiziya kanalı arasında yayım haqqında saziş imzalanıb.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, sazişə əsasən, ilk Avropa Oyunları “L’Equipe 21” kanalı, eyni zamanda, onun veb-saytı və mobil platformaları vasitəsilə Fransada birbaşa yayımlanacaq. Telekanal “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin birbaşa yayımını həyata keçirəcək. Eyni zamanda, yarışlardan hər gün 5 saatlıq birbaşa nümayiş və gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu saziş qitənin hər yerində azarkeşlərin öz ölkələrinin idmançılarının çıxışlarını izləyə bilmələrinə imkan yaradacaq. Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın “Bakı-2015” Oyunlarına təqribən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Fransadakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək çox xoşdur. “L’Equipe 21” idman kanalıdır. Kanalın “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək elit idmançıları, eləcə də yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
“L’Equipe 21” televiziya kanalının baş meneceri Xavyer Spender isə sazişlə bağlı fikirlərini bölüşərkən bildirib: “Bakı-2015” Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq. Bu baxımdan birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyət daşıdığımız üçün çox şadıq. Bir idman tədbiri kimi bu, Oyunlara dünyanın hər yerində böyük maraq oyadacaq. Fəxr edirik ki, Oyunların Fransadakı bütün tamaşaçılar üçün canlı yayımlanmasına öz töhfəmizi verə biləcəyik”.
“L’Equipe 21” kanalı, həmçinin “Bakı-2015” Avropa Oyunlarının başlanmasına 100 gün qalması ilə bağlı xüsusi proqram yayımlayacaq. Fransa Milli Olimpiya Komitəsinin nəşri olan “Esprit Bleu” da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya deyib: “2012-ci ildən media tərəfdaşımız olan “L’Equipe 21” kanalı ilə “Bakı-2015” arasında azarkeşlərimizin birinci Avropa Oyunlarını birbaşa izləmələrinə imkan yaradacaq sazişin imzalanmasından çox məmnunuq. “Bakı-2015” Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik. Komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin birbaşa izləyə bilməsi yaxşı haldır”.
Əsası 1998-ci ildə qoyulan və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan “L’Equipe 21” kanalı bütün il boyu idman nümayişlərini birbaşa yayımlayır.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

