“Alov Qoruyanlar”
13.05.2015 [10:13]
Azərbaycan Avropanın müasir infrastruktura malik aparıcı idman ölkələrindən biridir. Bu baxımdan, “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizə etibar edilməsi heç də təsadüfi xarakter daşımır. Eyni zamanda, ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. İyunun 12-dən 28-nə kimi dünyanın diqqəti Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarına yönələcək. Həmin vaxt Odlar Yurdu daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Bakıda ilk Avropa Oyunları start götürəcək. 17 gün ərzində paytaxtda əsl idman bayramı yaşanacaq. Avropanın ən güclü idmançıları qalib adı uğrunda mübarizə aparacaqlar. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi isə hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır.
Sevindirici haldır ki, bu beynəlxalq tədbirin yüksək səviyyədə təşkili üçün ölkə ictimaiyyəti ilə yanaşı, bu gün gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də fəallıq göstərirlər.
Bildiyiniz kimi, artıq bir neçə gündür ki, “Yeni Azərbaycan” qəzeti “Alov Qoruyanlar” adlı yeni rubrikaya start verib. Bu rubrikada mütəmadi olaraq ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi uğurumuzun daha bir göstəricisidir”. Bunu qəzetimizə açıqlamasında Qafqaz Universitetinin IV kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Azər Alməmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan qitə üçün çox maraqlı, cəlbedici və yeni idman yarışları ilə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu isə Oyunlar zamanı idmançılar da daxil olmaqla, ölkəmizə gələn minlərlə qonağa Azərbaycandakı güclü iqtisadi inkişafın, müxtəlif sahələrdə əldə edilən uğurların və ideal tolerantlıq mühitinin şahidi olmalarına imkan yaradacaq: “Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına, eyni zamanda, anti-Azərbaycan dairələrin, o cümlədən, erməni lobbisinin ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasının iflasa uğramasına səbəb olacaq. Ona görə də, düşünürəm ki, peşəsindən, statusundan və siyasi mövqeyindən asılı olmayaraq, hər kəs ilk Avropa Oyunlarına öz töhfəsini verməlidir”.
Azər Alməmmədov könüllü olaraq ilk Avropa Oyunlarına öz töhfəsini verəcəyini də bildirib: “Qonaqları qarşılayacağam. Onlar necə gülərüzlə gəlirlərsə, gülərüzlə də getməlidirlər. Biz Bakıya gələcək minlərlə xarici qonağa Azərbaycan mədəniyyəti, ölkənin inkişafı haqqında məlumat verəcəyik. Bu iş çox xoşuma gəlir. Düşünürəm ki, mənim kimi minlərlə “Bakı-2015”in könüllüləri sıralarına qatılan gənclər də bu fikirdədilər”.
Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Günel Salmanova isə “könüllü kimi fəaliyyət göstərdiyim üçün qürur hissi keçirirəm”, - deyib. Qəzetimizə açıqlamasında könüllülərin görəcəyi işlər barədə də danışan Günel Salmanova bildirib ki, Azərbaycana gələn xarici qonaqlar özlərini rahat, öz ölkələrindəki kimi hiss etməlidirlər: “Biz həm bunun üçün var qüvvəmizlə çalışacaq, həm də Azərbaycanı tanıdacağıq. Bu, xarici arenada ölkəmizin piarıdır. Düşünürəm ki, birinci Avropa Oyunlarında iştirak etmək və bütün Avropanı Bakı şəhərində salamlamaq imkanı biz “Bakı-2015”in könüllüləri üçün çox gözəl və önəmli bir fürsətdir. Biz könüllülər bu Oyunlarda iştirakamızla, eyni zamanda, bir iş, ünsiyyət təcrübəsi qazanmış oluruq. Nə yaxşı ki, bu Oyunlara az da olsa öz töhfəmi vermək imkanım olacaq”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

