“Bakı-2015” birinci Avropa Oyunları dünya mətbuatının diqqət mərkəzindədir
17.06.2015 [10:28]
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi və yarışların gedişi dünyanın diqqətini Azərbaycana yönəldib. Birinci Avropa Oyunları haqqında materiallar xarici KİV-lərin baş xəbərlərinə çevrilib. “Bakı-2015” beynəlxalq media məkanında nadir idman hadisəsi adlandırılır. Qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi Azərbaycan coğrafi mövqeyi ilə hər zaman dünyanın marağını özünə cəlb edə bilib. Bu mühüm amil birinci Avropa Oyunlarının açılış mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin, Milli Olimpiya Komitələri prezidentlərinin, görkəmli mədəniyyət və idman xadimlərinin iştirak etməsi ilə bir daha təsdiqini tapdı.
AZƏRTAC xəbər verir ki, indi beynəlxalq media məkanında “Bakıda möhtəşəm açılış mərasimi”, “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”, “Unudulmaz idman bayramı”, “Avropanın idman nəbzi Bakıda döyünür”, “Avropa Oyunlarını Azərbaycan reallığa çevirdi”, “Azərbaycan qitənin idman tarixini yazdı”, “Dünyanın məşhur idmançıları Bakıda görüşür” və digər ifadələrə hər gün dönə-dönə rast gəlmək olar.
Qardaş Türkiyə mediası da birinci Avropa Oyunları barədə xəbərlərə geniş yer ayırır. “NTV Spor” kanalının rəsmi internet səhifəsində “Bakıda tarixi açılış” sərlövhəli məqalə yerləşdirilib. Rəsmi yayımçı olan kanal, həmçinin yarışların gedişindən bəhs edən operativ informasiyalar və gündəlik icmallar təqdim edir.
“Haberler.com” portalı “Bakıda Avropa Oyunları üçün möhtəşəm açılış mərasimi” sərlövhəsi ilə geniş yazı verib. Məqalədə 68 min yerlik möhtəşəm Bakı Olimpiya Stadionunda təşkil edilən bənzərsiz açılış mərasiminin bütün dünyanı heyrətləndirdiyi diqqətə çatdırılır.
“Haberturk.com” saytında yer alan yazı isə belə adlanır: “Bakıda Avropa Oyunları coşqusu”. Yazıda bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək dövlət rəsmilərinin iştirak etdikləri açılış mərasimində Azərbaycanın milli dəyərləri ilə yanaşı, Avropa dəyərlərini də əks etdirən kompozisiyaların nümayiş olunduğu vurğulanır.
Britaniyanın gündəlik “London Evening Standard” qəzetində dərc edilmiş geniş məqalədə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri yer alıb. Saymon Kleq bu Oyunların ən çox diqqət çəkən layihə ola biləcəyini, belə bir mötəbər tədbirin ilk dəfə keçirildiyini qeyd edib.
Məqalədə, həmçinin 2012-ci ildə Eurovision mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall” barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, indi bu Arena idmançıların sərəncamına verilib. Avropa Oyunlarında Böyük Britaniyadan boks üzrə olimpiya çempionu Keti Teylor, taekvandoçu Aron Kook və tanınmış boksçu Nikol Adams, tennisçi Kelli Sibli, taekvondoçu Ceyd Cons və digər məşhur idmançılar iştirak edirlər. Qəzet oxuculara Avropanın 6 mindən çox idmançısının iştirak etdiyi yarışların keçirildiyi Tofiq Bəhramov adına stadion, Milli Gimnastika Arenası və digər idman qurğuları barədə də məlumat çatdırır, Bakının gözəlliklərindən söz açır. Qeyd olunur ki, Bakı gələn il “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına, eləcə də 2020-ci il futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.
“Bakı-2015” birinci Avropa Oyunları ABŞ mediasının da gündəmindədir. Məşhur “Getty Images” foto agentliyinin saytında Oyunların açılış mərasimindən çəkilmiş fotoşəkillər yerləşdirilib. Fotosessiyada iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyini əks etdirən rəngarəng görüntülər yer alıb.
“The Washington Post” qəzetinin internet səhifəsində də birinci Avropa Oyunları ilə bağlı 26 foto yerləşdirilib. Fotosessiya hazırda Azərbaycanda olan David Ramos, Kril Kusryatsev, Sergey Dolzeko, Dan Mulan, Bernd Sissen kimi məşhur fotomüxbirlərin “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimindən çəkdiyi fotoşəkillər əsasında tərtib olunub.
“Bristol Herald Courier” qəzetinin dərc etdiyi məqalədə tanınmış dünya ulduzu Ledi Qaqanın birinci Avropa Oyunlarının açılış mərasimindəki çıxışından bəhs olunur, həmçinin, musiqi şahzadəsi adlandırılan, Qremmi mükafatçısının söylədiyi fikirlər yer alır. Birinci Avropa Oyunlarının açılış mərasimində çıxış etməkdən qürur duyduğunu bildirən Ledi Qaqa deyib: “Bu gözəl şəhərdə bütün Avropadan olan atletlərlə ilk Avropa Oyunlarını bir yerdə qeyd etməkdən şərəf duyuram. Tamaşaçılarla çox gözəl vaxt keçirdim. Onlar mənə doğma təsir bağışladı. Bunun necə qürurverici olduğunu təsəvvür edə bilirsiniz?!”.
Almaniyanın məşhur “Deutsche Welle” media agentliyində “Bakı Birinci Avropa Oyunlarının açılışını qeyd edir” sərlövhəli məqalə dərc edilib. “Azərbaycan səması rəngarəng çalarlara boyanıb. Geniş stadion Avropanın 50 ölkəsindən məşhur atletləri bir araya yığıb” - məqalədə belə yazılır. Agentlik Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu fikrini diqqətə çatdırır: Biz bu Oyunlar ilə Avropada bir idman brendi yaratdıq.
İtaliyanın “Opinione Pubblica”, “Avvenire” xəbər saytları Azərbaycanda idmanın inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramları, icra olunan layihələr, keçirilən tədbirlər barədə ətraflı məlumat verirlər. Bildirilir ki, Olimpiya Hərəkatının genişləndiyi bu ölkənin idmançıları nüfuzlu yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Xəzərin sahilində yerləşən Azərbaycan bu cür önəmli idman tədbirinə ev sahibliyi etmək iqtidarındadır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

