Azərbaycan idmançıları Rioda medal hesablarını açdılar
11.08.2016 [10:08]
Çingiz Hüseynzadə: Braziliyada medallarımızın sayı ötən London Olimpiadasından daha üstün olacaq
Avqustan 5-dən Braziliyanın ikinci ən böyük şəhəri olan Rio-de-Janeyroda start götürən XXXI Yay Olimpiya Oyunları həyacanı davam edir. 200-dən artıq ölkənin qatıldığı bu möhtəşəm idman bayramında Azərbaycan 56 idmançı ilə iştirak edir. Yarışların 6-cı gününədək Azərbaycan milli komandası aktivlərində 1 gümüş medalla hələlik medal qazanan ölkələr siyahısında 32-ci pillədə qərarlaşıb. Nəzərə alsaq ki, Olimpiya Oyunlarında medal qazana biləcək idmançılarımız hələ yarışlara başlamayıblar, bu nəticəni qənaətbəxş hesab etmək olar.
Xatırlatmaq yerinə düşər ki, dörd il əvvəl Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya yığması 16 idman növündə 53 idmançı ilə təmsil olunurdu. İdmançılarımız yarışlarda uğurlu nəticə göstərərək 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla Azərbaycanı ümumi hesabda 204 ölkə arasında 30-cu yerə yüksəldə bildilər. Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan artıq idmanın 17 növündə 56 idmançı ilə təmsil olunur. Bunlar akademik avarçəkmə (2), atıcılıq (1), bədii gimnastika (1), boks (11), cüdo (6), güləş (14), idman gimnastikası (2), kamandan oxatma (1), kanoe slalom (1), kanoe sprint (2), qılıncoynatma (1), şose velosipedi (2), taekvando (4), trek velosipedi (1), triatlon (1), üzgüçülük (2), yüngül atletika (4) idman növləridir. Nəzərə almaq lazımdır ki, London Olimpiadasında velosiped, avarçəkmə, qadın boksu, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə qüvvələrini sınayırdılar. Üstündən 4 il keçəndən sonra indi həmin təmsilçilərimiz Rioya daha peşəkar idmançılar kimi yollanıblar. Bundan əlavə, yığma komandanın tərkibində müxtəlif idman yarışları - dünya və Avropa çempionatlarının mükafatçıları, eləcə də ötən il Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibləri yer alıblar. Bu isə o deməkdir ki, nəticəmiz London Olimpiadasından daha üstün olmalıdır.
Yeri gəlmişkən, Braziliyaya səfər öncəsi Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərlə görüşündə bildirib ki, Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların təxminən yarısı medal qazana bilər. Odur ki, Olimpiya Oyunlarından azı 10-12 medal gözləyirik. Onun sözlərinə görə, medalla bağlı proqnoz vermək çətindir. Proqnozu yalnız idmançılarımızın potensialını nəzərə almaqla vermək olar: “Bu oyunlarda komanda üzvlərinin, idman növlərinin sayı daha çoxdur. Oyunlarda 56 nəfər iştirak edəcək. Komandanın, demək olar ki, yarısı medallara namizəd olur. Bu dəfə də idmançıların təxminən yarısı medal qazana bilər. Hesab edirik ki, medalların sayı və keyfiyyəti London Olimpiadasından daha çox və üstün olacaq”.
Beləliklə, Ç.Hüseynzadənin proqnozu elə yarışların üçüncü günü özünü doğrultdu. 73 kq çəkidə mübarizə aparan cüdoçumuz Rüstəm Orucov tatami üzərində bütün rəqiblərinə qalib gələrək finala yüksəldi. O, yalnız final döyüşündə yapon idmançıya məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalına sahib olub. Bu, əslində, heç də pis nəticə deyil və Azərbaycan Olimpiya millisinin hesabında yalnız ilk medaldır - başlanğıcdır. Çünki milli komandamızın hesabına medal qazandıra biləcək idmançılarımızın yarışları hələ qabaqdadır. Qarşıdakı günlərdə boksçularımız, güləşçilərimiz, cüdoçularımız, taekvandoçularımız, gimnastlarımız yarışlarda öz ustalıqlarını nümayiş etdirəcəklər.
Sozsüz ki, Olimpiya millisinin tərkibində yer almış boksçularımızdan Albert Səlimov (60 kq), Abdulqədir Abdullayev və Məhəmmədrəsul Məcidov (91 kq), cüdoçumuz Elmar Qasımov (100 kq), güləşçilərdən Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Şərif Şərifov (86 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), gimnast Oleq Stepko, taevandoçulardan Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) əsas medal ümidlərimizdir. Bu isə o deməkdir ki, qarşıdakı günlərdə idmançılarımız komanda hesabına yeni medallar əlavə edəcəklər. Azərbaycan milli komandası daha yüksək pillələrdə qərarlaşacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

