Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Olimpiya çempionu Radik İsayev: Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm

Olimpiya çempionu Radik İsayev: Azərbaycana qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm

24.08.2016 [09:53]

Azərbaycana qızıl medalı qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016”da Azərbaycana qızıl medal qazandıran taekvondoçu Radik İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda deyib.
“Rio-2016”nın qızıl medalçısı bildirib ki, döyüşlərim gərgin keçdi. Xüsusən final qarşılaşmasını qeyd etmək istərdim. Qalib olandan sonra sanki hissiyyatımı itirmişdim. Ayaqlarımda bərk ağrılar var idi. İndi bu qələbənin nə qədər qiymətli olduğunu anlayıram.
Azərbaycanın dövlət himni səslənəndə böyük qürur hissi keçirdiyini bildirən taekvondoçu deyib: “Bunlar izaholunmaz hisslərdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır. Mən isə qızıl medal barədə düşünmürdüm. Fikirləşirdim ki, ilk növbədə, geriyə medalla qayıtmaq lazımdır. Amma finala çıxdım və qızıl medal qazandım”.

Paylaş:
Baxılıb: 921 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28