Ölkəmizdə idmanın inkişafı üçün yüksək şərait yaradılıb
02.12.2016 [09:31]
Əli Cəfərov: Əsas məqsədim İslam Həmrəylik Oyunlarına və 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır
Azərbaycan dövlətinin əsas prioritetlərindən biri də gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, sağlam böyüdülməsidir. Dövlətimiz bunun üçün çoxsaylı proqramlar həyata keçirir, idman kompleksləri inşa etdirir, idmançılara böyük diqqət ayırır və s. Bu isə öz müsbət nəticəsini verməkdədir. İdmançılarımızın beynəlxalq yarışlarda yüksək yerləri tutması, onların şərəfinə Azərbaycanın dövlət himninin səsləndirilməsi, bayrağımızı yüksəltməsi bu gün milli çempionatda iştirak edən, böyük potensiala malik digər idmançıları da ruhlandırır. Belə idmançılardan biri də Əli Cəfərovdur. O, 26-27 noyabr 2016-cı il tarixində Bakı şəhərində karate üzrə keçirilən respublika çempionatında “+84” çəki dərəcəsində “Azərbaycan çempionu” adını qazanıb. Əli həm də karate üzrə Azərbaycan milli yığma komandasının üzvüdür.
Əli Cəfərov deyir ki, Prezident İlham Əliyevin idmana olan xüsusi diqqət və qayğısı idmançıları yeni-yeni qələbələrə ruhlandırır: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Təbii olaraq, biz idmançılar da dövlətimizin və xalqımızın bizə olan ümidlərini doğrultmağa çalışırıq”.
Onun fikrincə, inkişaf edən Azərbaycanda idmanın gələcəyi daha parlaq görünür.
Qeyd edək ki, Ə.Cəfərov 13 dekabr 1989-cu ildə Ağcabədi rayonunun Afşar kəndində dünyaya gəlib. 10 yaşından məşqlərə gedib, onun bu sahədə ilk müəllimi isə Eldəniz Qənbərov olub. Əli 6 illik məşqlərdən sonra, 2006-cı ildə respublika çempionatında iştirak edib və 2-ci yer qazanıb. O zamandan da karate üzrə milli komandanın üzvüdür. İlk dəfə iştirak etdiyi beynəlxalq yarışa gəlincə, o, 2007-ci ildə İstanbulda keçirilən yarışda iştirak edib.
Həmin vaxtdan etibarən Ə.Cəfərov bir çox yerli və beynəlxalq yarışlarda uğurlar qazanıb. Son respublika çempionatına gəlincə, Əli dörd idmançını məğlub edərək Azərbaycan çempionu olub. Onun sözlərinə görə, bu yarışmanın mühüm üstünlükləri var. Belə ki, karate üzrə 24-cü respublika çempionatının qalibi olan idmançıların gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına vəsiqə qazanmaq şansı böyükdür. “Bu baxımdan, mənim də bu nüfuzlu idman yarışlarında iştirak etmək şansım var. Bunun üçün bir neçə yarışda da nəticə göstərməliyəm ki, İslam Həmrəylik Oyunlarına vəsiqə qazanım. Belə ki, gələn ilin yanvar ayında Fransada “Liqa-1”, eləcə də başqa beynəlxalq yarışlar da var ki, iştirak edəcəyəm. Bu yarışlardan sonra rəhbərlik hansı idmançıların həmin mötəbər idman tədbirində iştirakı haqda qərar qəbul edəcək”.
Ə.Cəfərov bildirib ki, ölkəmizdə idmanın inkişafı üçün yüksək şərait yaradılıb: “Hörmətli Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir. Məhz bunun nəticəsidir ki, idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında yüksək nəticələr əldə edirlər. Bu uğurlar isə öz növbəsində digər idmançıları da qələbələrə ruhlandırır. Əlbəttə ki, ölkəsinin idman şərəfini qorumaq, bayrağını ucaltmaq, beynəlxalq idman arenalarında dövlətinin himnini səsləndirmək hər bir idmançı üçün həm böyük məsuliyyət, həm də böyük fəxrdir. Biz idmançılar bütün yarışlara məhz bu motivasiya ilə hazırlaşırıq. Dövlət əlindən gələni edir, federasiyamız lazımi şəraiti yaradır, biz də üzərimizə düşən məsuliyyəti dərk edib, var gücümüzlə çalışmalıyıq ki, xalqımızın, dövlətimizin etimadını doğruldaq”.
Bu günə qədər iki dəfə dünya çempionu və beş dəfə Avropa çempionu titulunu qazanan Ə.Cəfərovun gələcəkdə əsas hədəflərindən biri 2020-ci ildə Tokioda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. İndiyə qədər karatenin Olimpiya yarışlarına daxil edilmədiyini xatırladan Əlinin sözlərinə görə, bu il bu idman növünün Olimpiya Oyunlarına daxil edilməsi qərara alınıb: “Hər bir idmançının ən böyük arzusu Olimpiya Oyunlarında iştirak etməkdir. Ona görə də mənim əsas hədəfim 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Artıq 2018-ci ildən Olimpiya Oyunlarına lisenziya yarışları başlayacaq. Bu yarışlarda da uğurlu nəticə qazanmaq üçün bütün gücümü səfərbər edəcəm”.
Sonda Ə.Cəfərov bütün nailiyyətlərin əldə olunmasında əməyi olan hər kəsə, o cümlədən karate üzrə milli komandanın baş məşqçisi Rəhman Hətəmova və onun köməkçilərinə, müəllimləri Eldəniz Qəmbərov, Qurban Tağıyev və Anar Allahverdiyevə minnətdarlığını bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

