BP şirkəti IV İslam Həmrəyliyi Oyunlarının tərəfdaşı olub
07.02.2017 [09:56]
Fevralın 6-da BP şirkəti ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sazişi gənclər və idman naziri Azad Rəhimov və BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.
Əvvəlcə “Bakı-2017”dən bəhs edən videoçarx nümayiş olunub.
BP ilə əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov şirkətin “Bakı-2015” birinci Avropa Oyunlarının da yüksək səviyyədə təşkilinə töhfə verdiyini diqqətə çatdırıb. Nazir vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Cari ilin də ən böyük hadisəsi məhz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarıdır. Bu yarış İslam ölkələrinin bayramı və festivalıdır. “Bakı-2017” İslam dəyərlərini və dostluğunu bütün dünyaya nümayiş etdirəcək.
Nazir qeyd edib ki, yarışa gələcək komandalar nəqliyyat xərclərini özləri ödəyəcəklər. Nümayəndə heyətləri idmançıların qidalanmasına və qalmasına görə hər atlet üçün 50 ABŞ dolları məbləğində ödəniş edəcəklər. Ancaq nisbətən zəif inkişaf etmiş ölkələrdən olan idmançıların yol xərci İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən ödəniləcək.
Oyunların açılış mərasimində hər hansı dünya ulduzunun iştirak etməyəcəyini diqqətə çatdıran nazir bağlanış mərasimində yerli müğənnilərin səhnəyə çıxacaqlarını deyib.
Bu il BP-nin Azərbaycan ilə uğurlu tərəfdaşlığının 25 illiyini qeyd etdiyini bildirən Qordon Birrell deyib: “Bu mötəbər il çərçivəsində biz IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olduq. Biz Milli Olimpiya və Paralimpiya komitələri ilə tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilədək uzatmaqla həmin qurumlara dəstəyimizi daha da gücləndirəcəyik”.
Ölkəmizin idman potensialının inkişafına dəstək verilməsinin BP-nin prioritet sahələrindən biri olduğunu diqqətə çatdıran Qordon Birrell Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi şirkətin ötən 25 il ərzində təhsil, mədəni irs, mədəniyyət, incəsənət və digər sahələrə sərmayə qoymaqla ölkəmizin inkişafına dəstək vermək öhdəliyinə sadiq qaldığını vurğulayıb.
“BP Azərbaycanın Olimpiya və Paralimpiya yığma komandalarına “London-2012” və “Rio-2016” Yay Olimpiya və Paralimpiya oyunlarında fəal dəstək verib. Həmçinin 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunlarında da birgə əməkdaşlıq öz faydasını vermişdi. Bu gün biz IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın tərəfdaşı olduq. Bu əməkdaşlıq bizim üçün çox qürurvericidir”, - deyə Qordon Birrell deyib.
Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.
İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli, çoxnövlü idman tədbiridir. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş səkkizinci Baş Assambleyasında qəbul edilib.
2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin mayında Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

