"Xatirə Kuboku" turnirində final həyəcanı
14.07.2009 [14:21]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə KİV işçiləri arasında keçirilən “Xatirə Kuboku” futzal turniri sona yaxınlaşmaqdadır. Artıq turnirdə həlledici mükafat uğrunda, yəni, finalda yarışacaq komandaların adları bəllidir. AzTV-nin “Telefortuna”sı qalib olmaq üçün ANS TV-nin komandası ilə mübarizə aparmalıdır. İki komanda da turnir ərzində maraqlı oyun nümayiş etdirmələri ilə diqqət çəkdilər. AzTV-nin kollektivi əvvəldən turnirin favoriti hesab olunurdusa, ANS-in finala çıxması bir qədər gözlənilməz oldu. Nəzərə almaq lazımdır ki, ANS-in komandası turnirin açılış matçında “Xəzər TV”-nin kollektivinə 5-2 hesabı ilə məğlub olmuşdu. Amma buna baxmayaraq, ANS TV qalan oyunlarda qələbələri bir-birinin ardınca sıralayaraq finalda oynamağa layiq olduqlarını sübut etdi. Bu, həm onların qazandığı qələbədə, həm də nümayiş etdirdikləri keyfiyyətli oyunda əksini tapırdı.
“Telefortuna” finala vəsiqə qazanmaq üçün əvvəlcə 1/4 finalda “Palitra” və “Paritet” qəzetlərinin birləşmiş komandasını 15-0 hesabı ilə məğlub etdi. Televiziyaçıların yarımfinaldakı rəqibi “Yeni Azərbaycan”la “Şərq” və “525-ci qəzet”in birləşmiş komandasının oyununda müəyyənləşməli idi. Amma “Şərq” və “525-ci qəzet”dən olan həmkarlarımız oyuna gəlmədiyi üçün komandamız oynamadan birbaşa yarımfinalda mübarizə aparmaq hüququ qazandı. Digər 1/4 final oyunlarında da maraqlı mübarizənin şahidi olduq. “Xəzər TV”nin kollektivi “Zaman” və “çempion” qəzetlərinin birləşmiş komandası ilə mübarizə apardı. “Xəzər TV”nin kollektivi maraqlı və baxımlı oyunlarından birini də bu qarşılaşmada nümayiş etdirdi. Qarşılaşmanı bütünlüklə üstün şəraitdə keçirən televiziyaçılar 11-3 hesabı ilə qalib gələrək yarımfinala növbəti vəsiqəyə sahib oldular. “Lider TV” ilə ANS TV-nin mübarizəsi də gərginliyi ilə seçildi. “Lider TV”-nin futbolçuları hesabı açsalar da, ANS-çilər sonradan oyunun gedişinə nəzarəti ələ keçirdilər və bu üstünlük nəticədə də əksini tapdı. ANS TV-nin komandası 6-3 hesabı ilə qalib gələrək yarımfinala sonuncu vəsiqəyə sahib oldu.
Artıq finala bir addım qalmışdı. Yarımfinalda mübarizə aparan 4 komandadan ikisi cəmi bir oyunda qələbə qazanmaqla finala vəsiqə əldə edəcəkdi. İlk yarımfinal matçı qəzetimizin komandası ilə AzTV-nin “Telefortuna”sı arasında oldu. Bu komanda ilə qrupda da bir dəfə qarşılaşmışdıq. Həmin oyunda bizim qarşılaşmamız qrupda heç nəyi həll etmirdi. Daha doğrusu, televiziyaçılarla matça qədər hər iki komanda artıq növbəti mərhələyə vəsiqə əldə etmişdi. Amma bu dəfə vəziyyət tam fərqli idi. Geriyə yol yox idi, qələbə qazanan komanda finala yüksəlirdi. “Yeni Azərbaycan” qəzetinin komandası matça pis başlamadı. Doğrudur, “Telefortuna” elə matçın əvvəlində iki top vura bilmişdi. Amma komandamızın bombardiri Ramil Vəlibəyov bu qollardan birinin əvəzini çıxaraq həm komandamızı ümidləndirdi, həm də aktivindəki qolların sayını 12-yə çatdırdı. Amma bu dəfə də olmadı, “Telefortuna” yenə də bizdən üstün oldu. Bir-birinin ardınca gələn qollar komandamızın üzvlərinə psixoloji cəhətdən mənfi təsir etdiyindən, televiziyaçılar meydançada daha rahat oynayırdılar. Nəticədə AzTV 13-1 hesabı ilə qalib gələrək “Xatirə Kuboku” turnirinin finalına yüksələn ilk komanda oldu. Bir məqamı da qeyd edək ki, “Telefortuna”nın ən sərrast futbolçusu olan Elnur Əşrəfoğlu bu oyunda da 4 qol vuraraq turnir ərzində vurduğu qolların sayını 19-a çatdırdı. Finalda heç bir möcüzə baş verməsə, Elnur Əşrəfoğlu turnirin bombardiri olacaq. Digər yarımfinal matçı ANS TV ilə “Xəzər TV” arasında oldu. Televiziyaçıların mübarizəsinin gərgin keçəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün idi. Amma ANS-in belə rahat qələbə qazanacağı bir qədər gözlənilməz idi. Gündüz Abbaszadənin başçılıq etdiyi komanda bu dəfə çox diqqətli oyun nümayiş etdirərək həmkarlarının oynamasına demək olar ki, imkan vermədi. Daha doğrusu, “Xəzər TV”nin əvvəlki matçlardakı oyununu nümayiş etdirməsinə imkan vermədilər. 8-2 hesabı ilə qələbə qazanan ANS TV-nin kollektivi finalda oynamaq hüququ qazandı. Beləliklə, bu gün saat 12:00-da başlayacaq final matçında AzTV-nin komandası ANS TV ilə qarşılaşacaq. Eyni vaxtda paralel meydançada 3-cü yer uğrunda “Yeni Azərbaycan” qəzetinin komandası ilə “Xəzər TV” mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

