“Olimpnews.az” saytının ənənəvi sorğusuna əsasən mükafatlandırma mərasimi olub
26.12.2017 [10:01]
Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində 2017-ci ilin idman yekunlarına görə, “Olimpnews.az” saytının ənənəvi sorğusuna əsasən qalib elan edilən şəxslərin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev tədbirdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat veriblər.
Qeyd edilib ki, cari il ölkə idmanı üçün uğurlu olub. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, qadın voleybolçular arasında Avropa çempionatı yüksək səviyyədə təşkil edilib. İdmançılarımız il ərzində 840-dan artıq medal qazanıblar. Bütün bu uğurlar Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha sübut edib. Güclü idman infrastrukturu və yüksək təşkilatçılıq bacarığı ölkəmizi Avropanın Olimpiya mərkəzinə çevirib. Bütün bu uğurların ictimaiyyətə çatdırılmasına KİV-lərin də rolu böyükdür.
Sonra sorğunun nəticəsinə əsasən 27 nominasiya üzrə qalib elan edilən şəxslər mükafatlandırılıblar.
Mərasimdə “İlin idman xadimi” nominasiyasında MOK-un baş katibi Ağacan Abiyev, “İlin idman adamı” nominasiyasında Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, “İlin ən fəal idman cəmiyyəti rəhbəri” nominasiyasında isə Olimpiya çempionu Zemfira Meftahəddinova qalib elan olunublar.
Olimpiya idman növləri üzrə “İlin ən yaxşı federasiyası” adına Azərbaycan Həndbol Federasiyası, gənclərin hərbi-vətənpərvər ruhunda tərbiyəsində fəaliyyətinə görə “İlin ən yaxşı federasiyası” Azərbaycan Universal Döyüş Növləri Federasiyası layiq görülüb. Həmçinin yarışların təşkilinə görə “İlin ən yaxşı idman mərkəzi” adına “Sərhədçi” İdman Olimpiya Mərkəzi və Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzi mükafata sahib olublar.
Həmçinin “İdmanın kütləviliyinin artırılmasında göstərdiyi xidmətlərə görə” Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, idmanın inkişafında göstərdiyi xidmətlərə görə “İlin iş adamı” Səbuhi Rəcəb, qeyri-Olimpiya idman növləri üzrə “İlin idmançısı” universal döyüşçü Tahir Məsimov, “İlin idman klubu” “Sarvan” İdman Klubu, “İlin idman yazarı” Ələmdar Məmmədov, “İlin idman ictimai birliyi” “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi seçilib.
“İlin məşqçisi” Samir Həsənov, “İlin peşəkar idmançısı” Rafət Əsədov, “İlin ən yaxşı Olimpiya İdman Kompleksi” Qazax Olimpiya İdman Kompleksi, qeyri-Olimpiya idman növləri üzrə “İlin ən yaxşı federasiyası” Azərbaycan Alpaqut Federasiyası, “İlin idman yazarı” Mobil İsmayılov, “İlin ən fəal idman kompleksi” Sumqayıt Olimpiya İdman Kompleksi, qeyri-Olimpiya idman növləri üzrə “İlin məşqçisi” Ellər Orucov, “İlin ən yaxşı gənc idmançısı” Daniel Holostenko və “Döyüş növləri üzrə ilin məşqçisi” Ruslan Əfəndiyev mükafatlara layiq görülüblər. Bölgələr üzrə “İlin ən yaxşı məşqçisi” Xəyal Əliyev, “İlin ən yaxşı klub məşqçisi” Xəyyam Abışov, “İlin perspektivli idmançısı” Ayan Əliyeva və “İlin texnikalı idmançısı” nominasiyasında Samir Salmanov mükafatlandırılıblar.
AZƏRTAC-ın əməkdaşı Səxavət Quliyev “İlin idman jurnalisti” nominasiyasında mükafata layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21

