İran Azərbaycandan bəzi məhsulların idxalında maraqlıdır
17.05.2016 [10:13]
İran Azərbaycandan bəzi məhsulların idxalında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 16-da Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirilib.
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edib.
Nazir Heydər Əsədov Azərbaycan və İran arasında siyasi, iqtisadi humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu biznes forumda 80-dən çox şirkət iştirak edir. Bu da aqrar sahəyə olan marağın göstəricisidir. Hər iki dövlətin qurumları arasında son dövrlərdə 5 sənəd imzalanıb ki, bu da aqrar münasibətlərin inkişafında hüquqi bazanı təmin edib.
“Heyvandarlığın və toxumçuluğun inkişafı, süni mayalanma, ölkələr arasında kadr mübadiləsi, aparılan elmi-tədqiqat işləri ilə bölüşmək sahələrində Azərbaycan və İran bir-birinə dəstək verməyə hazırdır”, - deyə nazir vurğulayıb.
İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti bildirib ki, hər iki ölkənin kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Ölkələrimiz arasında əlaqələr gündən-günə genişlənir, siyasi əlaqələrimiz yüksək qiymətləndirilir.
“Ötən il 112 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac etmişik. Bu məhsullara quş əti, meyvə-tərəvəz, süd məhsulları, dəniz məhsulları daxildir. Azərbaycandan da bəzi məhsulların idxalında maraqlıyıq. Eyni zamanda, müştərək qaydada məhsul istehsal edib üçüncü ölkələrə ixrac edə bilərik. Ölkələr arasında bu cür səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək”, - deyə M.Höccəti qeyd edib.
Nazir heyvandarlıq sahəsində böyük nailiyyətlər əldə etdiklərini, yeni texnologiyalar tətbiq etdiklərini və bu sahədə əməkdaşlıq etməyi və təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayi hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, İran dünyanın 300-dən çox bankı ilə əməkdaşlıq edir. Hazırda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İranda səfərdədir və İran Milli Bankı arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Düşünürəm ki, Azərbaycan və İranın Mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsi hər iki ölkənin iqtisadiyyatına öz töhfəsini verəcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.
Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

