Azərbaycanda vergi yükü bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir
16.03.2017 [10:05]
“Doing business 2017” hesabatının vergilərin ödənilməsi (Paying Taxes) indikatoru üzrə Azərbaycanın ümumi vergi dərəcəsi (o cümlədən sosial sığorta ödəmələri daxil olmaqla) 39,8 faiz göstərilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin hesabatda Portuqaliya (39,8 faiz), Niderland (40,4 faiz), Türkiyə (41,1faiz), ABŞ (44 faiz), Avstraliya (47,6 faiz), Almaniya (48,9 faiz), İspaniya (49,0 faiz), Avstriya (51,6 faiz), İtaliya (62 faiz) və Fransa (62,8 faiz) kimi inkişaf etmiş ölkələrin vergi yükü daha yüksək olmaqla əks etdirilib.
Bu göstərici keçmiş sovet ölkələrindən Moldovada 40,4 faiz, Litvada 42,7 faiz, Rusiyada 47,4 faiz, Estoniyada 48,7 faiz, Ukraynada 51,9 faiz, Belarusda 54,8 faizdir. Qeyd olunub ki, bura sosial sığorta ödəmələri də daxildir.
Heritage Fondunun 2017-ci il üzrə dərc etdirdiyi rəsmi “İqtisadi azadlıq indeksi”ndə isə Azərbaycanın vergi yükü (sosial sığorta ödəmələri nəzərə alınmadan) 14,2 faiz olmaqla 28-ci yerdə göstərilib. Bu sıralamada vergi yükünün səviyyəsinə görə Azərbaycan bir çox ölkələrdən daha əlverişli mövqeyə malikdir. MDB ölkələrindən Qazaxıstan (13,2 faiz) bu sırada 20-ci yerdə qərarlaşıb.
Hesabatın 2017-ci il üzrə göstəricilərinə əsasən Özbəkistan 19,7 faiz, Qırğızıstan 20,8 faiz, Tacikistan 22,8 faiz, Belarus 23 faiz, Ermənistan 23,5 faiz, ABŞ 26 faiz, Latviya 27,8 faiz, Türkiyə 28,7 faiz, Litva 29,3 faiz, Rusiya isə 35,3 faiz vergi yükünə malikdir.
Göründüyü kimi, Azərbaycanda vergi yükü ümumilikdə bir sıra Avropa və MDB ölkələrindən daha aşağı səviyyədədir.
2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər vergiödəyicilərinin hüquqlarının genişləndirilməsi və onlara göstərilən xidmətlərin səviyyəsinin artırılması ilə yanaşı, vergi yükünün azaldılmasını da nəzərdə tutur.
Ölkəmizdə həyata keçirilən dövlət vergi siyasətinin əsas hədəflərindən biri vergi yükünün optimallaşdırılması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir. Vergi yükünün optimallaşdırılması məqsədilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcələri tam və ya qismən azaldılıb, eləcə də, bir sıra vergi güzəştləri tətbiq olunub ki, bu da vergiödəyiciləri üçün əlverişli vergi mühitinin yaranmasına şərait yaradıb.
Vergiödəyicilərinin müəyyən dövr ərzində həyata keçirdikləri təsərrüfat fəaliyyəti ilə bağlı ödədikləri vergilərin məcmusu vergi yükü hesab olunur və bu göstəricinin səviyyəsi vergiödəyicisinin ödədiyi vergilərin onun əldə etdiyi gəlirlərə nisbəti kimi müəyyən edilir. Bir sıra beynəlxalq təşkilat və qurumlar dünya ölkələrinin müxtəlif metodologiyalar əsasında hesablanmış illik vergi yükü barədə məlumatları mütəmadi olaraq dərc edirlər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

